Samux şəhər 3 nömrəli tam orta məktəb

Samux şəhər 3 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibinə daxil olan təhsil müəssisəsidir. Samux şəhər Kolayır pr.26 ünvanında yerləşir.

Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən III Ərik Festivalında Samux şəhər 3 nömrəli tam orta məktəb də f...
20/06/2026

Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən III Ərik Festivalında Samux şəhər 3 nömrəli tam orta məktəb də fəal iştirak etmişdir.

Məktəbimizin təqdim etdiyi sərgidə ərik mövzusuna uyğun hazırlanmış kompozisiyalar, şirniyyatlar, mürəbbə və kompot nümunələri nümayiş etdirilmiş, eyni zamanda şagirdlərimizin maraqlı obrazları və təqdimatları festival iştirakçılarının xüsusi diqqətini cəlb etmişdir. Ərik mövzusunda hazırlanmış dekorativ guşə və yaradıcı təqdimat məktəbimizin festivaldakı iştirakına xüsusi rəng qatmışdır.

Gün ərzində sərgimiz çoxsaylı qonaqlar tərəfindən ziyarət olunmuş, nümayiş etdirilən nümunələr və təqdimatlar böyük maraqla qarşılanmışdır.

Festival iştirakçılarının məktəbimizə göstərdiyi diqqət və xoş münasibət kollektivimiz üçün qürurverici olmaqla yanaşı, gələcək fəaliyyətimiz üçün də böyük stimul olmuşdur.

12.06.2026- cı il tarixdə Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbdə "15 İyun - Milli Qurtuluş Günü" münasibəti...
15/06/2026

12.06.2026- cı il tarixdə Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbdə "15 İyun - Milli Qurtuluş Günü" münasibəti ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi şagirdlərə Azərbaycan xalqının taleyində mühüm rol oynayan bu tarixi günün əhəmiyyətini çatdırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və dövlətçilik ənənələrinə hörmət aşılamaq olmuşdur.

13 iyun 2026-cı il tarixində Samux şəhər 3 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.Məzunlarımız üçün xüsu...
14/06/2026

13 iyun 2026-cı il tarixində Samux şəhər 3 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.

Məzunlarımız üçün xüsusi əhəmiyyət daşıyan bu gün sevinc, qürur və kövrək duyğularla yadda qaldı. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak edərək şagirdlərimizin həyatının bu mühüm mərhələsinə şahidlik etdilər.

İllər boyu məktəbimizdə təhsil alan məzunlarımız bu gün yeni həyat yoluna qədəm qoyurlar. Onlara gələcək təhsillərində, peşə fəaliyyətlərində və həyat yollarında uğurlar arzulayırıq.

Bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi olan bütün müəllimlərə, təşkilatçılara, valideynlərə və şagirdlərə təşəkkür edirik.

Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz uğurlu olsun!

09/06/2026
İnsan Hüquqları aylığı çərçivəsində Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsi məktəbində "Hüquqlarımızı öyrənək" adlı ma...
09/06/2026

İnsan Hüquqları aylığı çərçivəsində Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsi məktəbində "Hüquqlarımızı öyrənək" adlı maarifləndirici tədbir təşkil edildi.
Bu tədbirdə insan hüquqlarının təbliği, hüquqi biliklərin artırılması və cəmiyyətdə tolerantlıq, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İnsan hüquqlarının qorunması demokratik və hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biridir. Hər bir şəxs öz hüquqlarını bilməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalı və insan hüquqlarının müdafiəsinə töhfə verməlidir.

Məktəbimizdə şagirdlərin böyük marağına səbəb olan "Milli Kosmik Poçt Kartı" müsabiqəsinin məktəb mərhələsi uğurla başa ...
08/06/2026

Məktəbimizdə şagirdlərin böyük marağına səbəb olan "Milli Kosmik Poçt Kartı" müsabiqəsinin məktəb mərhələsi uğurla başa çatdı!
Layihə çərçivəsində istedadlı şagirdlərimiz öz xəyal dünyalarını, kosmos və elmə olan sevgilərini poçt kartları üzərinə köçürdülər. Rəsmlərin hər biri o qədər rəngarəng, yaradıcı və maraqlı idi ki, onların arasından seçim etmək bizim üçün olduqca çətin oldu.
Məktəb rəhbərliyi və münsiflər heyətinin birgə qərarı ilə rəsmlər arasından 1 nəfər qalib seçilmiş və növbəti mərhələ üçün rəsmi şəkildə Samux rayon Təhsil Sektoruna təhvil verilmişdir.
Şagirdimizi təbrik edir, ona növbəti mərhələlərdə uğurlar arzulayırıq! İnanırıq ki, onun bu çəkdiyi rəsm məktəbimizi ən yüksək səviyyədə təmsil edəcək. Müsabiqədə iştirak edən, əməyi keçən bütün şagirdlərimizə və müəllimlərimizə təşəkkür edirik!

08/06/2026

📢 Vətəndaşların nəzərinə!

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vətəndaşların qəbulu həyata keçirilir.

🗓️ Qəbul günləri: Hər həftənin çərşənbə axşamı günü
🕒 Qəbul saatı: 14:30 – 16:30

Vətəndaşlar onları maraqlandıran məsələlərlə bağlı müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.

Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində insan hüquqları ilə bağlı sərgi təşkil olundu.
08/06/2026

Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində insan hüquqları ilə bağlı sərgi təşkil olundu.

07/06/2026

Gəncə-Daşkəsən regionunda 2026–2027-ci tədris ili üzrə təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan olunur.

Layihəyə hazırda ümumtəhsil məktəblərinin IX və X siniflərində təhsil alan şagirdlər müraciət edə bilərlər.

ℹ️ Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir.

Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər N.Aydın 18 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat üçün link

https://forms.gle/4BQ5D2tX5N4tBZMU6

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

🛜 Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbdə "İnsan hüquqları və uşaq hüquqları" mövzusunda , həmçinin "Şagird və...
06/06/2026

Samux şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbdə "İnsan hüquqları və uşaq hüquqları" mövzusunda , həmçinin "Şagird və müəllim münasibətlərində hüquqi çərçivə" mövzusunda maarifləndirici tədbir təşkil edildi.

Address

Kolayır Pr, SAmux
Kolayır
AZ5100

Opening Hours

Monday 07:30 - 17:45
Tuesday 07:30 - 17:45
Wednesday 07:30 - 17:45
Thursday 07:30 - 17:45
Friday 07:30 - 17:45
Saturday 07:30 - 17:45

Telephone

022276203

Website

Alerts

Be the first to know and let us send you an email when Samux şəhər 3 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Samux şəhər 3 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category