13/03/2026
Məktəb rəhbərliyi 11-ci sinif şagirdlərinə buraxılış imtahanı vərəqələrini təqdim etdi.
Təqdimat zamanı şagirdlərlə imtahan qaydaları, qapalı və açıq tipli test tapşırıqlarının düzgün kodlaşdırılması və psixoloji hazırlıq barədə söhbətlər aparıldı. Məqsəd şagirdlərin imtahana hazır və inamlı şəkildə başlamasını təmin etməkdir.
·
·
·
13/03/2026
Fizika fənn aylığı çərçivəsində “Maqnit sahəsinin cərəyanlı naqilə təsir qüvvəsi” mövzusu şagirdlərlə birlikdə müzakirə olunaraq öyrənildi. Dərs zamanı şagirdlər maqnit sahəsinin cərəyan keçən naqilə necə təsir etdiyini, bu prosesin gündəlik həyatda və texnikada tətbiqini nümunələr vasitəsilə araşdırdılar. Mövzu üzrə aparılan müzakirələr, sual-cavab və izahlar şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə kömək etdi. Bu cür interaktiv yanaşma şagirdlərin fizika elminə marağını artırmaqla yanaşı, onların məntiqi düşünmə və araşdırma bacarıqlarının inkişafına da müsbət təsir göstərdi.
13/03/2026
“Fizika həyatdır” adlı divar qəzeti hazırlandı
Məktəbimizdə keçirilən Fizika fənn aylığı çərçivəsində şagirdlərin elmə marağını artırmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və fizikanın gündəlik həyatımızdakı rolunu daha yaxından tanıtmaq məqsədilə “Fizika həyatdır” adlı divar qəzeti hazırlandı.
12/03/2026
Məktəbimizdə şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və onların dünya ədəbiyyatına marağının artırılması məqsədilə mütəmadi olaraq “Oxu dəqiqələri” təşkil olunur. Bu çərçivədə VI–VII–VIII sinif şagirdlərinin iştirakı ilə dünya ədəbiyyatının tanınmış yazıçısı Jül Vernin “Hava şarında 5 həftə” əsəri oxunur və müzakirə edilir.
Oxu saatları zamanı şagirdlər əsəri hissə-hissə oxuyur, müəllimin istiqamətləndirməsi ilə süjet xətti, qəhrəmanların xarakteri və əsərdə təsvir olunan maraqlı səyahət hadisələri barədə fikir mübadiləsi aparırlar. Müzakirələr zamanı şagirdlər öz düşüncələrini sərbəst ifadə edir, əsərin ideyası və müəllifin vermək istədiyi mesajlar üzərində dayanırlar.
12/03/2026
Məktəbimizdə milli-mənəvi dəyərlərin şagirdlərə aşılanması məqsədilə V–XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olundu. Tədbir zamanı görkəmli Azərbaycan şairi Mikayıl Müşviqin “Ana” şeiri şagirdlər tərəfindən ifadəli şəkildə oxundu.
Şeir üzərində aparılan müzakirələr zamanı şairin ana sevgisi, anaya hörmət və qayğı kimi dərin mənəvi dəyərləri necə təsvir etdiyi şagirdlərlə birlikdə təhlil edildi. Şagirdlər şeirin məzmunu haqqında öz fikirlərini bölüşdülər, ana məhəbbətinin insan həyatındakı əvəzsiz rolu barədə düşüncələrini ifadə etdilər.
11/03/2026
Məktəbdə maarifləndirici dəyirmi masa keçirildi.
Məktəbdə görkəmli rəssam Vinsent Van Qoqun yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbir zamanı şagirdlərə dünya rəssamlıq sənətində mühüm iz qoymuş sənətkarın həyatı və yaradıcılığı haqqında geniş məlumat verildi.
Şagirdlər Van Qoqun məşhur əsərləri, rəngkarlıq üslubu və incəsənətə gətirdiyi yeniliklər haqqında maraqlı faktlarla tanış oldular. Müzakirələr zamanı onun əsərlərinin sənət tarixində xüsusi yer tutduğu vurğulandı.
10/03/2026
Novruz bayramının müjdəçisi olan çərşənbələrdən biri – Yel çərşənbəsi münasibətilə məktəbdə bayram tədbiri təşkil olundu. Tədbirin keçirilməsində məqsəd şagirdlərə xalqımızın qədim adət-ənənələrini tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və Novruz bayramının mahiyyətini onlara daha yaxından çatdırmaq idi.
Tədbirdə şagirdlər Yel çərşənbəsinin təbiətin oyanışında oynadığı rol, xalq inanclarında və folklorunda tutduğu yer haqqında məlumatlar təqdim etdilər. Bildirildi ki, Yel çərşənbəsi baharın gəlişindən xəbər verir, küləyin əsərək təbiəti oyatması, ağacların çiçəkləməyə hazırlaşması kimi inanclarla bağlıdır.
Şagirdlər tərəfindən Novruz adət-ənənələrini əks etdirən şeirlər səsləndirildi, mahnılar ifa olundu, səhnəciklər nümayiş etdirildi. Tədbirdə səməni, xonça və Novruzun rəmzləri nümayiş etdirilərək bayram ab-havası yaradıldı. Milli oyunlar və maraqlı çıxışlar tədbirə xüsusi rəng qatdı.
Keçirilən tədbir şagirdlərdə milli dəyərlərə bağlılıq hissini gücləndirdi, onların Novruz bayramı və çərşənbələr haqqında biliklərinin daha da artmasına töhfə verdi. Bayram tədbiri xoş ovqat və yüksək əhval-ruhiyyə ilə başa çatdı.
06/03/2026
Azərbaycan dili dərslərində “Oxu dəqiqələri” təşkil olundu
Məktəbimizdə Azərbaycan dili dərsləri çərçivəsində “Oxu dəqiqələri” təşkil edildi. Bu dəfə oxu üçün görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Buz” hekayəsi seçildi.
Əsər müəllim və şagirdlərin iştirakı ilə hissə-hissə, ifadəli şəkildə oxundu. Oxu prosesi zamanı mətnin ideya-məzmunu, obrazların xarakterik xüsusiyyətləri və müəllifin vermək istədiyi əsas fikir üzərində dayanıldı. Şagirdlər əsər barədə öz fikirlərini bölüşərək müzakirələr apardılar, suallar cavablandırıldı və mövzu ətrafında fikir mübadiləsi həyata keçirildi.
06/03/2026
Məktəbdə keçirilən İdman həftəsi çərçivəsində şagirdlər arasında müxtəlif idman növləri üzrə maraqlı və rəqabətli yarışlar təşkil olunmuşdur. Yarışların əsas məqsədi şagirdlərdə sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki hazırlığın gücləndirilməsi və komanda ruhunun formalaşdırılması olmuşdur.
Həftə ərzində sürətli qaçış, qol güləşi və digər idman növləri üzrə yarışlar keçirilmiş, şagirdlər böyük həvəslə iştirak etmiş və öz bacarıqlarını nümayiş etdirmişlər. Yarışların sonunda hər idman növü üzrə ən yaxşı nəticə göstərən şagirdlər müəyyən edilmişdir.
İdman həftəsinin yekununda qalib gələn şagirdlər məktəbin direktoru tərəfindən mükafatlandırılmışdır. Direktor çıxış edərək şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik etmiş, onlara gələcək yarışlarda da uğurlar arzulamış və idmanın sağlam həyatın vacib tərkib hissəsi olduğunu vurğulamışdır.
Qalib şagirdlərə fəxri fərman təqdim olunmuş, onların nailiyyətləri məktəb kollektivi tərəfindən alqışlarla qarşılanmışdır. Tədbir şagirdlər arasında idmana marağın daha da artmasına və sağlam həyat tərzinin təbliğinə müsbət təsir göstərmişdir.
05/03/2026
Məktəbimizdə keçirilən “İdman həftəsi” çərçivəsində tədbirlərin 4-cü günündə şagirdlər arasında maraqlı və həyəcanlı qol güləşi yarışı təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərdə sağlam həyat tərzinə marağı artırmaq, onların fiziki gücünü, iradəsini və idman ruhunu inkişaf etdirmək idi.
05/03/2026
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə Göygöl rayonu Səməndər Bayramov adına Dozular kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji və texniki heyətində çalışan xanım əməkdaşlar təbrik olunmuşdur.
Bayram münasibətilə məktəbdə çalışan qadınlara xüsusi diqqət göstərilmiş, onların təhsilin inkişafında göstərdikləri zəhmət və məsuliyyətli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, qadın müəllimlər gənc nəslin formalaşmasında mühüm rol oynayan, cəmiyyətin mənəvi dəyərlərini yaşadan və gələcəyin qurucularını yetişdirən dəyərli insanlardır.
ETİHİ Göygöl Rayon Komitəsi bütün qadın təhsil işçilərinə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayır. 🌸