08/10/2025
2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.
I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr 2025-ci il saat 15:00-dan 15 oktyabr 2025-ci il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
08/10/2025
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 2025-2026-cı tədris ili üçün həyata keçiriləcək fənn aylıqlarının qrafikini təqdim edirik.
——
Fənn aylıqlarının təşkilində əsas məqsəd şagirdlərin həmin fənnə marağının artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müəllimlərin peşəkar fəaliyyətində metodiki yanaşmaların təkmilləşdirilməsidir.
Fənn aylıqları çərçivəsində keçiriləcək tədbirlər şagirdlərin fənn üzrə praktiki vərdişlərinin formalaşmasına, onların yaradıcı və tənqidi düşünmə qabiliyyətinin inkişafına xidmət edir.
19/03/2025
Təsviri incəsənət, musiqi və texnologiya aylığı çərçivəsində sektorlar üzrə görülən işlər barədə hesabatı nəzərinizə çatdırırıq. Qeyd etmək istərdik ki, fənn aylıqlarının keçirilməsi ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, mart ayı təsviri incəsənət, musiqi və texnologiya aylığı olaraq elan edilmişdir.