Kürdəmir rayonu A.Məmmədov adına Xınıslı kənd tam orta məktəbi

Kürdəmir rayonu A.Məmmədov adına Xınıslı kənd tam orta məktəbi

Share

02/06/2021
Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 02/06/2021
02/06/2021

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

- - -

İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır. Elektron sənəd qəbulu prosesi 4-11 iyun tarixlərini əhatə edəcək.

Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir.

Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

02/06/2021

Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri

- - -

Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri elan edilib. Nəticələrə əsasən, iştirakçılardan 60 nəfər qalib elan edilib.

Qaliblərin siyahısı ilə https://olimpiada.edu.az/ saytından tanış ola bilərsiniz.

Təkilf və iradlarla bağlı rəsmi müraciətlər 3 iş günü ərzində müvafiq yerli təhsili idarəetmə orqanlarına təqdim edilə bilər.

Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

02/06/2021
02/06/2021

Təhsil güc mənbəyidir.

02/06/2021

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin inzibati binasında 2020-2021-ci tədris ilində müxtəlif müsabiqələrdə qalib olan yaxud fərqlənən şagirdlərin təltif olunması həyata keçirilib.
Ətraflı: https://kurdamir.edu.gov.az/az/page/10054/65823

02/06/2021

Kürdəmir Rayon Təhsil Şöbəsi, Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi, Kürdəmir Regional “ASAN xidmət" Mərkəzi ilə birgə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidlərimizin övladları üçün “Günəş bizim, Yer bizimdir” adlı bayram tədbiri təşkil edilib.
Ətraflı: https://kurdamir.edu.gov.az/az/page/10054/65800

Want your school to be the top-listed School/college in Kjurdamir?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Xınıslı Kənd
Kjurdamir