26/05/2026
Məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Məktəbimizdə 28 May – Müstəqillik Günü münasibətilə tədbir təşkil olundu. Tədbirdə məktəbin direktoru E.T.Məhərrəmov çıxış edərək 28 Mayın Azərbaycan tarixindəki əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və müstəqilliyimizin dövlətçilik tariximizdəki önəmli rolundan bəhs etdi.
Daha sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu və bayram proqramı böyük coşqu ilə davam etdi.