Tibb və sağlamlıq elmləri fakültəsi, Qarabağ Universiteti

Tibb və sağlamlıq elmləri fakültəsi, Qarabağ Universiteti School of Medicine and Health Sciences, Qarabağ University

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə qəbul olan tələbələrimizi ürəkdən təbrik edirik! 🎓Bu mərhə...
24/08/2026

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə qəbul olan tələbələrimizi ürəkdən təbrik edirik! 🎓

Bu mərhələ sizin akademik və peşəkar inkişaf yolunuzda mühüm başlanğıcdır. Qarşıdakı illərin yeni biliklər, praktik təcrübə, elmi maraq və yüksək nailiyyətlərlə zəngin olmasını arzulayırıq✨

Sizi fakültəmizdə qarşılamağı səbirsizliklə gözləyirik! 💚


📍Qarabağ Universitetində keçirilən Açıq Qapı Günləri çərçivəsində abituriyentlər Tibb və sağlamlıq elmləri fakültəsini z...
28/07/2026

📍Qarabağ Universitetində keçirilən Açıq Qapı Günləri çərçivəsində abituriyentlər Tibb və sağlamlıq elmləri fakültəsini ziyarət ediblər

Ziyarət zamanı abituriyentlər akademik heyətin müşayiəti ilə fakültənin təhsil mühiti və infrastrukturu, o cümlədən Tədris laboratoriyası, Tədqiqat laboratoriyası, Simulyasiya Mərkəzi və Bacarıq laboratoriyası ilə yaxından tanış olublar.

Eyni zamanda, onlara fakültənin mövcud təhsil proqramları, ixtisasları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib, maraqlandıran sualları akademik heyət tərəfindən cavablandırılıb.

Abituriyentləri fakültəmizdə görməkdən məmnun olduq və hər birinə gələcək təhsil seçimlərində uğurlar arzulayırıq!

Xatırladaq ki, Açıq Qapı Günləri 27 iyul – 7 avqust 2026-cı il tarixlərində, bazar günləri istisna olmaqla, hər gün saat 14:00-dan 17:00-dək davam edəcək.

📌 İştirak üçün qeydiyyat:

https://tinyurl.com/hbdwt4y4

📌Niyə Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi?  Fakültəmizdə tətbiq olunan təhsil modeli tələbələrin...
23/07/2026

📌Niyə Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi?

Fakültəmizdə tətbiq olunan təhsil modeli tələbələrin yalnız nəzəri biliklər əldə etməsini deyil, eyni zamanda həmin bilikləri real və praktik mühitdə tətbiq edə biləcək bacarıqlara yiyələnməsini hədəfləyir.

Güclü və beynəlxalq təcrübəyə malik professor-müəllim heyəti, beynəlxalq standartlara uyğun kurikulum, ilk tədris ilindən klinik və praktik hazırlıq, eləcə də simulyasiya və rəqəmsal öyrənmə imkanları tələbələrin hərtərəfli inkişafına şərait yaradır.

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi gələcəyin bilikli, peşəkar və pasiyentyönümlü səhiyyə mütəxəssislərini hazırlayır.

20/07/2026

📍 Tibb təhsilində yeni yanaşma – Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi beynəlxalq standartlara uyğun, kompetensiyaya əsaslanan və inteqrasiya olunmuş təhsil modeli ilə peşəkar səhiyyə mütəxəssisləri hazırlayır.

Tələbələr ilk tədris ilindən etibarən klinik və praktik bacarıqlarını inkişaf etdirir, müasir simulyasiya və rəqəmsal öyrənmə imkanlarından yararlanırlar.

Niyə məhz Tibb və Sağlamlıq Elmləri Fakültəsi?

🔹 Beynəlxalq standartlara (WFME) uyğun müasir kurikulum
🔹 Peşəkar yerli və xarici professor-müəllim heyəti
🔹 Kompetensiyaya əsaslanan və inteqrasiya olunmuş tədris modeli
🔹 İlk tədris ilindən klinik və praktik bacarıqların inkişafı
🔹 Müasir Simulyasiya Mərkəzi və rəqəmsal öyrənmə imkanları
🔹 Peşələrarası təhsil mühiti
🔹 Akademik ingilis dili və beynəlxalq resurslara çıxış
🔹 Dövlət sifarişi əsasında təhsil və müasir tələbə yataqxanası

İxtisaslarımız:

▪️ Tibb (Müalicə işi)
▪️ Tibb bacısı (qardaşı) işi
▪️ Əczaçılıq
▪️ Stomatologiya

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsi ilə peşəkar gələcəyinizə ilk addımı atın!

📍Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “QU...
17/07/2026

📍Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “QUTSEF Birinci İl Sonu Şənliyi – 2026” keçirilib

Tələbələri, müəllimləri, Qarabağ Universitetinin Klinikasının əməkdaşlarını və qonaqları bir araya gətirən tədbir QUTSEF-in ilk tədris ilinin formalaşmasına töhfə verən şəxslərə və komandalara təşəkkür etmək, birlik və komanda ruhunu gücləndirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində təşəkkür çıxışları səsləndirilib, əməkdaşlığa və fakültə mədəniyyətinin inkişafına töhfə verən iştirakçılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar. Tələbələrin hazırladığı ilsonu videoçarx və yaradıcı səhnə çıxışları tədbirin yaddaqalan məqamları sırasında yer alıb.

2025–2026-cı tədris ili QUTSEF üçün quruculuq, öyrənmə, əməkdaşlıq və birlik ili olub.
İlk tədris ilimizin formalaşmasına töhfə verən bütün tələbə, müəllim və əməkdaşlarımıza təşəkkür edirik!

🔗 Ətraflı məlumat üçün:
https://qu.edu.az/az/medicine/news/2026-07-17/qutsef-ilk-tdris-ili-birlikd-qeyd-olunub

📍QUTSEF-də İllik Proqram Dəyərləndirmə və Təkmilləşdirmə Simpoziumu keçirilibQarabağ Universitetinin Tibb və sağlamlıq e...
15/07/2026

📍QUTSEF-də İllik Proqram Dəyərləndirmə və Təkmilləşdirmə Simpoziumu keçirilib

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri Fakültəsində keçirilən simpoziumda 2025–2026-cı fədris ili üzrə I il proqramının tətbiqi, tələbə təcrübələri, tədris və qiymətləndirmə prosesləri, öyrənmə mühiti və proqramın ümumi nəticələri sübutlara əsaslanan yanaşma ilə dəyərləndirilib.

🎓“Tələbə Səsi” sessiyasında tələbələr təcrübə və təkliflərini bölüşüb, proqram və komitə refleksiyalarında isə əldə olunan nəticələr, mövcud çətinliklər və növbəti akademik il üçün prioritetlər müzakirə olunub.

Simpoziumun yekunları 2026–2027-ci tədris ili üzrə təkmilləşdirmə gündəliyinin, fəaliyyət planlarının və kurikulumun inkişafına dair tövsiyələrin hazırlanmasına əsas yaradacaq.

Bu simpozium QUTSEF-də ortaq refleksiya, sübutlara əsaslanan qərarvermə və davamlı təkmilləşdirmə mədəniyyətinin gücləndirilməsinə xidmət edir.


🎓Tələbələrimiz simulyasiya əsaslı qiymətləndirmə mühitində müxtəlif klinik tapşırıqları yerinə yetirərək peşəkar hazırlı...
10/07/2026

🎓Tələbələrimiz simulyasiya əsaslı qiymətləndirmə mühitində müxtəlif klinik tapşırıqları yerinə yetirərək peşəkar hazırlıqlarını nümayiş etdiriblər.

OSCE vasitəsilə onlar nəzəri biliklərini praktikaya tətbiq edir, klinik düşünmə bacarıqlarını inkişaf etdirir və təhlükəsiz, keyfiyyətli, pasiyentyönümlü səhiyyə xidmətinin gələcək peşəkarları kimi formalaşırlar.

📍Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi WONCA Europe 2026-daParis şəhərində keçirilən WONCA Europe ...
08/07/2026

📍Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi WONCA Europe 2026-da

Paris şəhərində keçirilən WONCA Europe 2026 konfransında Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin tədris proqramı təqdim olunub.

124 ölkədən 4 700-dən çox iştirakçını bir araya gətirən beynəlxalq tədbirdə fakültəmizin İcma Əsaslı Təhsil (CBE) modeli şifahi təqdimat formatında nümayiş etdirilib.

Qarabağ Universitetini tədbirdə Tibb və sağlamlıq elmləri fakültəsinin professoru Mehmet Akman təmsil edib.

Təqdimatda tələbələrimizin təhsilin ilk mərhələlərindən etibarən icmalar, ailələr, pasiyentlər, ilkin səhiyyə xidməti müəssisələri və fənlərarası əməkdaşlıqla əlaqəli öyrənmə təcrübəsi vurğulanıb.

Bu iştirak fakültəmizin beynəlxalq akademik görünürlüğünün artırılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və innovativ tədris modelimizin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

🔗 Ətraflı məlumat üçün:
https://qu.edu.az/az/medicine/news/2026-07-07/qarabag-universitetinin-tibb-v-saglamliq-elmlri-fakultsi-wonca-europe-2026

Address

Xankəndi
Khankendy

Website

Alerts

Be the first to know and let us send you an email when Tibb və sağlamlıq elmləri fakültəsi, Qarabağ Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share