19/03/2026
Məktəbimizdə Qeyri-səlis məntiqin yaradıcısı Lütfi Zadə haqqında şagirdlərə məlumat verilib.Onun texnologiya tarixindəki yeri haqqında müzakirələr aparılıb.
Təhsil
19/03/2026
Məktəbimizdə Qeyri-səlis məntiqin yaradıcısı Lütfi Zadə haqqında şagirdlərə məlumat verilib.Onun texnologiya tarixindəki yeri haqqında müzakirələr aparılıb.
05/03/2026
2-5 mart 2026-ci il tarixində Gədəbəy rayon Qaravəlilər kənd tam orta ümumtəhsil məktəbində idman həftəsi
26/02/2026
𝟐𝟔 𝐅𝐞𝐯𝐫𝐚𝐥-𝐗𝐨𝐜𝐚𝐥ı 𝐬𝐨𝐲𝐪ı𝐫ı𝐦ı: 𝐓𝐚𝐫𝐢𝐱𝐢 𝐲𝐚𝐝𝐝𝐚𝐬̧ 𝐯ə ə𝐝𝐚𝐥ə𝐭 𝐭ə𝐧𝐭ə𝐧ə𝐬𝐢
Xocalı soyqırımı XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş ən ağır və dəhşətli cinayətlərdən biridir. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edilmiş, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının faciəsi olmaqla yanaşı, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixə düşmüşdür.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olmuşdur. Strateji mövqedə yerləşən Xocalı şəhəri Qarabağın yeganə hava limanına malik idi və regionda mühüm əhəmiyyət daşıyırdı. Şəhərin işğalı ilə bölgədə azərbaycanlı əhalinin müqavimət imkanları zəiflədilmişdir.
Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinın taleyi naməlumdur.
İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Xatın, Sonqmi və Holokost soyqırımı kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı Soyqırımı neçə illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yönəldilmiş etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi vurğulanmalıdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur ki, bunun da əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
İkinci Qarabağ müharibəsinin Böyük Zəfəri və qazanılan Qələbə, yəni torpaqlarımızın işğaldan azad edilməsi, Şuşada Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyildi, bu, həm də şəhidlərimizin qisası idi. Məhz həmin Qələbə Xocalı qətliamı qurbanlarının qisasının alınması idi. Deməli, bu Qələbə bütün şəhidlərimiz kimi, Xocalı şəhidlərinin də ruhunun rahatlığı idi. Şad olan ruhlar Böyük Zəfərin əzəmətini, onun tarixini bir az da artırdı. Hər kəsə göstərdi ki, Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, Azərbaycan ordusu və Azərbaycan xalqı öz sərhədlərini bərpa etmək, öz haqqını sübut etmək və onu qorumaq gücündədir.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri tam nəzarətə götürülmüşdür.
15 oktyabr 2023-cü ildə Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzi hadisəsi kimi qiymətləndirilir.
Bəli, bu gün Xocalı şəhidlərinin ruhu rahatdır. Çünki onların qisası alınıb! Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.
Hazırda Xocalı şəhərində və kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuşdur.
Bu faciənin beynəlxalq səviyyədə daha geniş tanıdılması, hüquqi-siyasi qiymətin verilməsi və gələcək nəsillərə çatdırılması mühüm vəzifə olaraq qalır.Tarixi ədalətin bərpası ilə yanaşı, informasiya mübarizəsinin davam etdirilməsi, memorial komplekslərin yaradılması Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas istiqamətlərdir.
26/02/2026
Məktəbimizdə "Qəhramanlıq abidəsi-Mübariz İbrahimov" mövzusunda tədbir keçirilmişdir.
26/02/2026
Məktəblilər yeni ili böyük sevinclə qarşılayır.
26/02/2026
Gədəbəy rayon Qaravəlilər kənd tam orta ümumtəhsil məktəbində "Şəhidlərimiz bizim qürur yerimizdir" mövzusunda tədbir keçirilmişdir.
24/11/2025
24 noyabr 2025-ci il tarixində Gədəbəy rayon Qaravəlilər kənd tam orta ümumtəhsil məktəbində Konstitusiya və Suverenlik ayının fəaliyyət planına uyğun olaraq tədbirlər icra olunmuşdur.Şagirdlərə hüquq və vəzifələr ilə bağlı məlumat verilmişdir.
14/11/2025
26/09/2025
Qaravəlilər kənd tam orta ümumtəhsil məktəbində "27 sentyabr anım günü" münasibətilə tədbir keçirilmişdir.