08/06/2026
18 may – 18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində məktəbimizdə insan hüquq və azadlıqlarının təbliği, şagirdlərin hüquqi biliklərinin artırılması və onlarda hüquq mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə şagirdlərə insan hüquqlarının mahiyyəti, uşaqların hüquq və vəzifələri, bərabərlik, ədalət, qarşılıqlı hörmət və tolerantlıq prinsipləri barədə ətraflı məlumat verilmişdir. Çıxışlar zamanı insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm rol oynadığı vurğulanmış, şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilmişdir.