Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi

Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi

14/09/2026
Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında idmançılarımızdan Ələkbər Xanməmmədov (56 kq)...
14/09/2026

Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında idmançılarımızdan Ələkbər Xanməmmədov (56 kq), Yasin İbrahimov (60 kq) və Nihat Quliyev (65 kq) bürünc medal qazanıblar.
Təbrik edirik!



🇦🇿 Azərbaycan Velosiped İdmanı Federasiyasında velosiped idmanı sahəsində çalışan məşqçilərin fəaliyyətinin səmərəliliyi...
08/09/2026

🇦🇿 Azərbaycan Velosiped İdmanı Federasiyasında velosiped idmanı sahəsində çalışan məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq, idmançıların hazırlıq prosesinə sistemli və peşəkar yanaşmanın, məşq proqramlarının müasir tələblər əsasında qurulmasının və hər bir idmançının fərdi potensialının aşkarlanaraq düzgün qiymətləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Uşaq və yeniyetmələr arasında seleksiya işinin gücləndirilməsi, məşqçilər arasında təcrübə mübadiləsinin artırılması və idmançıların inkişaf dinamikasının mütəmadi olaraq təhlil olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Sahib Ələkbərov Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq Gənclər Velosiped Məktəbinin qarşısında qoyduğu vəzifələri və tələbləri düzgün yerinə yetirə bilməməsi səbəbindən peşəkar velosipedçilərin yetişdirilməsi sahəsində ciddi nöqsanlar olduğunu nəzərə alaraq, məktəbin rəhbərliyinin dəyişdirildiyini və məktəbdə ciddi islahatlara start verildiyini bildirib. Regionlarda olan istedadlı gənclərin velosiped idmanına cəlb olunması məqsədilə 18 şəhər və rayonda velosiped bölmələrinin yaradıldığı, peşəkar və savadlı məşqçilərin bu işə cəlb olunduğu, həmin bölmələrin müvafiq yer və lazımi avadanlıqlarla təmin olunduğu diqqətə çatdırılıb.

Federasiyanın baş məşqçisi Vladimir Buşanskiy məşqçilərlə aparılan işlərin müasir tələblər səviyyəsində qurulması və məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün görüləcək işlər barədə məlumat verilib.

Velosiped məktəbinin baş məşqçisi Sabir Həsənov, məşqçilər Elçin Əsədov, Elçin Qasımov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov və başqaları çıxış edərək ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı hər cür şəraitin yaradıldığını, bu idmana marağı olan uşaqlar və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi hesabına yaxın bir neçə il ərzində peşəkar velosipedçilərin hazırlanması sahəsində ciddi irəliləyişlərin əldə edilməsinin mümkün olduğu, yalnız məşqçilərin öz üzərlərində daim çalışmaları, vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalı olduqları barədə fikirlərini və təkliflərini bölüşüblər ✅

➡️ Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi • Respublika Olimpiya Velosiped Məktəbi • @подписчики •

Bu gün Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin direktoru, İdman Ustası Beyrək Bağırovun Ad günüdür.Məktəbin ...
05/09/2026

Bu gün Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin direktoru, İdman Ustası Beyrək Bağırovun Ad günüdür.

Məktəbin kollektivi adından Beyrək Bağırovu təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq.

Ad gününüz mübarək! 🎂👏


🇦🇿 GƏDƏBƏY İDMANÇISI DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIRGədəbəy rayon uşaq-gənclər idman-şahmat məktəbinin direktoru, Azərbayc...
18/08/2026

🇦🇿 GƏDƏBƏY İDMANÇISI DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIR

Gədəbəy rayon uşaq-gənclər idman-şahmat məktəbinin direktoru, Azərbaycan Savat Federasiyasının milli komandasının üzvü Beyrək Bağırov böyüklər arasında Bakı şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir.

Beyrək Bağırov 09–12 sentyabr 2026-cı il tarixlərində Fransada keçiriləcək Savatın Assault növü üzrə böyüklər arasında Dünya Çempionatında 80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, Beyrək Bağırov dünya və Avropa mükafatçısı, beynəlxalq yarışların qalibidir. O, Savatın Assault növü üzrə kişilər arasında Azərbaycanın ilk dünya mükafatçısıdır.

🇦🇿 Beyrək Bağırova uğurlar arzu edirik!
İnanırıq ki, o, Dünya Çempionatında qızıl medal qazanaraq Azərbaycan və Gədəbəy idmanı adına tarixi nailiyyət əldə edəcək!


03/08/2026

🥋 Gədəbəydə bir ilk! Azərbaycan Taekvondo Federasiyasının Demo Komandasının möhtəşəm çıxışından görüntülər.

Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiAzərbaycan Respublikası Elm və Təhsil NazirliyiYeni Azərbaycan Partiyası/ New Azerbaijan PartyMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiGədəbəy Rayon İcra HakimiyyətiAzerbaijan International Mining CompanyAzerbaijan Taekwondo FederationGədəbəy İdman Klubu İctimai BirliyiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy rayonu üzrə təhsil sektoruGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiQazax-Tovuz Regional Təhsil İdarəsi

🥋 Gədəbəydə ilk dəfə Azərbaycan Taekvondo Federasiyasının Demo Komandasının nümunəvi çıxışı keçirilib1 avqust 2026-cı il...
03/08/2026

🥋 Gədəbəydə ilk dəfə Azərbaycan Taekvondo Federasiyasının Demo Komandasının nümunəvi çıxışı keçirilib

1 avqust 2026-cı il tarixdə Dünya Dostluq Gününə həsr olunmuş tədbir çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gədəbəy Rayon Təşkilatının, Azərbaycan Taekvondo Federasiyasının, Gədəbəy Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin (AİMC) və Gədəbəy İdman Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gədəbəydə ilk dəfə Azərbaycan Taekvondo Federasiyasının Demo Komandasının nümunəvi çıxışı təşkil olunmuşdur.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, idmançılar və çoxsaylı idman həvəskarları iştirak etmişlər. Demo komandasının peşəkar idmançılarının nümayiş etdirdiyi dinamik və yüksək peşəkarlıqla hazırlanmış çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və gur alqışlarla qarşılanmışdır.

Nümunəvi çıxış zamanı taekvondonun müxtəlif texniki fəndləri, müdafiə və hücum elementləri, eləcə də idmançıların yüksək fiziki hazırlığı və ustalıq səviyyəsi nümayiş etdirilmişdir.

Tədbirin əsas məqsədi Dünya Dostluq Gününün dəyərlərinin təbliği, gənclər arasında sağlam həyat tərzinin təşviqi, taekvondo idman növünə marağın artırılması, idmanın kütləviliyinin genişləndirilməsi və yeniyetmə-gənclərin idmana cəlb olunmasına dəstək göstərilməsi olmuşdur.

Gədəbəydə ilk dəfə keçirilən bu möhtəşəm nümunəvi çıxış rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmış və gənclərin taekvondo idman növünə marağının artmasına mühüm töhfə vermişdir.

Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiAzərbaycan Respublikası Elm və Təhsil NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiGədəbəy Rayon İcra HakimiyyətiAzerbaijan Taekwondo FederationAzerbaijan International Mining CompanyGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy İdman Klubu İctimai BirliyiGədəbəy rayonu üzrə təhsil sektoruYeni Azərbaycan Partiyası/ New Azerbaijan Party

Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı və məşqçi-müəllimi təltif olunduQazax şəhərində keçirilmiş...
30/07/2026

Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı və məşqçi-müəllimi təltif olundu

Qazax şəhərində keçirilmiş Velosiped idmanı üzrə Federasiya Kuboku yarışında uğurla çıxış edərək yüksək nəticə qazanan Gədəbəy Rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançısı və onun məşqçi-müəllimi məktəbin direktoru tərəfindən Fəxri Fərman ilə təltif ediliblər.

Təltifetmə mərasimində Gədəbəy Meqa Mall rəhbərliyi də idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq idmançımıza və məşqçi-müəllimimizə idman geyim dəstləri hədiyyə edib.

İnanırıq ki, dövlət qurumları ilə yanaşı, özəl müəssisələrin də idmana verdiyi bu cür dəstək gənclərin idmana marağının artırılmasına, idmançıların daha böyük uğurlara həvəsləndirilməsinə və rayonumuzda idmanın inkişafına mühüm töhfə verir.

Göstərdikləri diqqət və dəstəyə görə Gədəbəy Meqa Mall rəhbərliyinə səmimi təşəkkürümüzü bildirir, idmançımıza və məşqçi-müəllimimizə gələcək yarışlarda yeni-yeni qələbələr və uğurlar arzulayırıq.

Gədəbəy idmanının hər bir uğuru rayonumuzun qürurudur! 🚴🏅


Gədəbəy Rayon İcra Hakimiyyəti Azerbaijan Cycling Federation

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 32 il ötür.
26/07/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasından 32 il ötür.

26/07/2026

Address

Gədəbəy şəhəri, Mir Cəlal Paşayev Küçəsi, Giriş 11
Kedabek
AZ2100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 06:00
Wednesday 18:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 06:00

Telephone

+994105100021

Website

Alerts

Be the first to know and let us send you an email when Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi:

Shortcuts

Share

Category