Arısu kənd ümumi orta məktəbi

Arısu kənd ümumi orta məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arısu kənd ümumi orta məktəbi, Education Website, Arısu kəndi, Kedabek.

06/01/2024

Xalqın ideoloji həmrəyliyi

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildən çoxdur ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir.Ümumilli Lider Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki,1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün gələcəyə inamdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var.Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır.Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.Hər birimiz “Azərbaycan mənim qibləgahımdır”,– deyən böyük şəxsiyyətin fəaliyyətində sonsuz fədakarlığın şahidi olmuşuq. Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən Ulu Öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş,Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur.Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1991-ci ildə həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev yürütdüyü siyasətlə xalqımızı Azərbaycan dövlətinin ətrafında sıx birləşdirdi.Artıq üç ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi.

Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.Doğrudan da II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı və hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrik nitqində söylədiyi kimi Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

06/01/2024

Qələbəyə səsləyən müraciət

Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti son illərdə daha əzəmətli və qürurlu anlar yaşamağımıza səbəb olur. Çünki arxada qalan ili Azərbaycan xalqı əzəmətlə, vüqarla başa vurmuşdur. Öz Liderinin ətrafında sıx birləşərək terrora, separatizmə qətiyyətlə qalib gələn bir xalqın qürur dolu anlar yaşamağa haqqı vardır. Məhz bu qüruru yaşadan isə onun siyasi aləmdə xüsusi çəkisi olan rəhbərinin olması da önəmlidir. Bu mənada xalqı qələbədən qələbəyə aparan bir rəhbərin təvazökarlıqla, həm də ürəkdən gələn sevinclə müraciət etməsi də diqqətəlayiqdir.
Cənab İlham Əliyev bildirdi ki, “2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.”
2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.
Lakin Azərbaycan xalqı öz rəhbərinin müdrikliyinə, Ordusunun gücünə və birliyinə güvənərək hər cür təhdid və maneələri aşmağı bacardı. İlk növbəıdə düzgün siyasət, hadisələrin düzgün təhlili və vaxtında hərəkət etmək qabiliyyəti nəticəsinbdə Azərbaycanda separatizmin kökü kəsildi. Doğrudur, bundan sonra başlayan təzyiqlərə də sinə gərmək gərək oldu. Erməni havadralarının vay-şivəni, təhdidləri çox oldu. Cənab Prezident İlham Əliyev Azərbaycanın haqq younda olduğunu diplomatik müstəvidə aydınlaşdıra və belə təhdidləri neytrallaşdıra bildi. Şəhdilərimizin xatirəsini yad edən ölkə baçısı dedi: “Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.”
Bu gün isə öz suverenliyini bərpa edən Azərbaycan xalqı tarixi torpaqlarının əsil sahibi kimi tikir, qurub yaradır. Ölkəmizin başçısının dediyi kimi “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.
Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.”
Bu mesaj isə əsil müjdə oldu. İllərlə doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz evlərinə dönəcək, azərbaycan dövlətinin qüdrətli himayəsi altında firavan həyata qayıdacaqlar.
Bütün nailiyyətlərə baxmayaraq, hələ də təhdidlərin qaldığını bildirən cənab Prezident növbəti ildə də ordu quruculuğuna önəm veriləcəyini qeyd etdi: “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.”
“Ordun varsa yurdun var”-deyib atalarımız. Çox şükürlər olsun ki, bu gün Müzəffər Ordumuz və bu ordunu qələbəyə aparan Müzəffər Ali Baş Komandanımız var. Beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına çalışan və buna böyük ölçüdə nail olan cənab Prezidentin müraciəti xalqımızın sevincinə sevinc qatmaqla bərabər, yeni ildə daha böyük nailiyyətlərə səsləmiş oldu.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

15/12/2023
Photos from Kamran Əsədov's post 15/12/2023
Photos from Qazax-Tovuz Regional Təhsil İdarəsi's post 15/12/2023
Photos from Emin Amrullayev's post 15/12/2023
15/12/2023

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilib.

15/12/2023

Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir.

Want your school to be the top-listed School/college in Kedabek?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Arısu Kəndi
Kedabek