24/04/2026
Bu gün məktəbimizdə “Məktəb–valideyn əlaqəsi” mövzusunda konfrans keçirilmişdir. Bu görüş təkcə bir tədbir deyil, həm də məktəb və ailə arasında körpü rolunu oynayan bir fikir mübadiləsi məkanı olmuşdur.
Tədbirdə məktəb direktoru, fənn müəllimləri, icra nümayəndəsi və valideynlər iştirak etmişdir. Çıxışlar zamanı təhsil prosesinin daha səmərəli təşkili, uşaqların inkişafında birgə məsuliyyət və əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Valideynlərin fikirləri diqqətlə dinlənilmiş, onların təklif və rəyləri səmimi müzakirə olunmuş, sonda isə rəy sorğusu keçirilmişdir. Bu görüş məktəb və ailənin eyni məqsəd – sağlam, savadlı və gələcəyə inamla baxan nəsil yetişdirmək yolunda birliyini bir daha nümayiş etdirmişdir.