08/05/2026
“Tarixə adını qızıl hərflərlə yazdıran Ümummilli Lider” — Pəri müəllimənin rəhbərliyi ilə 7C sinfində “Tarixin unudulmaz şəxsiyyəti — Heydər Əliyev” mövzusunda maarifləndirici sinif saatı keçirildi. Şagirdlər dahi liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, gənclərə göstərdiyi diqqət və ölkəmizin inkişafındakı misilsiz xidmətləri haqqında məlumatlar təqdim etdilər. Tədbirdə Ulu Öndərin zəngin həyat yolu, siyasi fəaliyyəti və Vətənə olan sonsuz sevgisi xüsusi vurğulandı. Sinif saatı şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və milli dəyərlərə bağlılığın aşılanması baxımından böyük əhəmiyyət daşıdı. #