Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi

Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi

Share

Məktəb hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz,məktəbsiz, müəllimsiz inkişaf edə bilməz.

Photos from Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi's post 19/06/2026

Bu gün yanğın təhlükəsizliyi və sığortalanma ilə bağlı maarifləndirici tədbir keçirilib

Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbində Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İİdarəsinin və eləcə də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə yanğın təhlükəsizliyi qaydaları ilə yanaşı, yaşayış və iaşə obyektlərinin sığortalanmasının əhəmiyyəti barədə də məlumat verilib. Bildirilib ki, yaşayış evlərinin və ictimai iaşə obyektlərinin sığortalanması yanğın, təbii fəlakət və digər gözlənilməz hadisələr nəticəsində yarana biləcək maddi zərərlərin qarşılanmasında mühüm rol oynayır. Sığorta həm əmlakın qorunmasına, həm də mümkün risklərin maliyyə yükünün azaldılmasına xidmət edir.

Tədbir zamanı yanğınların qarşısının alınması, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

14/06/2026

Tarixi Zəfərin Strateji Möhürü: Şuşa Bəyannaməsi və Sarsılmaz Müttəfiqliyin Gələcək Üfüqləri

2021-ci il iyunun 15-də ulu əcdadlarımızın ruhunun şad olduğu Şuşa şəhərində imzalanan Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin çoxəsrlik qardaşlıq bağlarını rəsmən ən yüksək strateji səviyyəyə qaldıran tarixi bir dönüş nöqtəsidir. Bu sənəd sadəcə iki dövlət arasında imzalanan növbəti hüquqi müqavilə deyil, regional təhlükəsizliyin arxitekturasını yenidən quran və bütün dünyaya "Bir millət, iki dövlət" fəlsəfəsinin sarsılmazlığını nümayiş etdirən çox güclü bir strateji mesajdır. İki qardaş ölkənin xarici siyasət sahəsində atdığı koordinasiyalı addımlar bu Bəyannamə ilə daha da möhkəmlənir, qlobal arenada müştərək və qətiyyətli mövqe sərgilənməsini təmin edir və beləliklə, Azərbaycanın beynəlxalq nüfuzunu qat-qat artırır.
Bəyannamənin ən mühüm və tarixi nailiyyətlərindən biri şübhəsiz ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin rəsmi şəkildə təsbit olunmasıdır. Hər hansı bir xarici təhdid zamanı tərəflərin bir-birini hərbi vasitələrlə dəstəkləmək öhdəliyi regionda sülhü həzm edə bilməyən revanşist qüvvələrə qarşı ən kəsərli və vacib xəbərdarlıq mesajıdır. Bu hərbi və siyasi çətir həm də işğaldan azad olunmuş ərazilərin sürətli bərpası və yenidən qurulması prosesi üçün təhlükəsiz və əlverişli zəmin yaradır. Bölgədə yaranan yeni geosiyasi reallıqlar regiona böyük həcmdə xarici sərmayələrin cəlb edilməsinə, daxili və xarici investorlar üçün tam təhlükəsiz, sabit və əlverişli investisiya mühitinin formalaşmasına rəvac verir.
İqtisadi müstəvidə bu tarixi sənəd hər iki ölkənin iqtisadi qüdrətini və ticarət dövriyyəsini maksimum dərəcədə artırır, yeni nəqliyyat və logistika dəhlizlərinin reallaşmasını sürətləndirir. Bu əməkdaşlıq sadəcə iqtisadiyyat və hərbi sahə ilə məhdudlaşmır; informasiya mübadiləsi, media sahəsində ortaq platformaların qurulması və dezinformasiyalara qarşı birgə mübarizə Müttəfiqlik Bəyannaməsinin gətirdiyi mühüm yeniliklərdəndir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada ənənəvi olaraq keçirilən beynəlxalq konfranslar bu sənədin regional və qlobal əhəmiyyətini mütəmadi olaraq təhlil edir, gələcək münasibətlərin məzmununu zənginləşdirir və qarşımızda tamamilə yeni inkişaf perspektivləri açır. Sənədin beynəlxalq əhəmiyyətini şərtləndirən ən başlıca amil isə onun regionda daimi barış, sabitlik və çoxtərəfli əməkdaşlıq formatlarını təşviq edən fundamental rəsmi doktrina olmasıdır.

14/06/2026

Milli Qurtuluşdan Böyük Zəfərə: Müstəqilliyimizin Əbədi Memarı və Xilaskarlıq Missiyası

Azərbaycanın müstəqilliyinin ilk illəri ölkə daxilində yaşanan dərin siyasi, iqtisadi və hərbi böhranlar, xaos və anarxiya ilə xarakterizə olunurdu. Həmin dövrdə ardıcıl surətdə hakimiyyətdə olan Vəzirov-Mütəllibov rejimi, daha sonra isə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi gənc müstəqil dövləti addım-addım uçuruma doğru aparırdı. Xüsusilə hakimiyyətə gələndən sonra dərhal bir-biri ilə vəzifə və nüfuz mübarizəsinə başlayan AXC üzvlərinin ambisiyaları ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Bu qüvvələr Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışaraq idarəçilikdə tam uğursuzluğa düçar olmuşdular və real təhdidlər qarşısında suverenliyin müdafiəsi, dövlətçiliyin möhkəmləndirilməsi artıq sual altında idi. Belə bir ağır və dözülməz vəziyyətdə dövləti tamamilə parçalanmaqdan və məhv olmaqdan xilas edə biləcək yeganə ümid, yeganə çıxış yolu, dahi siyasi lider fenomeni və peşəkar dövlət xadimi olan Heydər Əliyev şəxsiyyəti idi.
Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan tarixinə tamamilə yeni və parlaq bir səhifə yazdı. Hər zaman xalqına verdiyi andına sadiq qalan böyük rəhbər, fədakarlıq nümunəsi göstərərək milli həmrəyliyin simvoluna çevrildi və dövlətin sabit inkişafının sarsılmaz bünövrəsini qoydu. Ulu Öndərin tarixi missiyasının üç mühüm amili olan qətiyyətli liderlik, milli birlik və sarsılmaz dövlətçilik təfəkkürü məhz Qurtuluşun əsas rəmzləri kimi tarixə həkk olundu. Buna görə də 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, taleyüklü əhəmiyyəti olan və ölkənin gələcək taleyini dəyişən ən böyük dönüş nöqtəsidir. Bu gün xalqımız dövlətimizi qoruyan və onu qüdrətli bir gücə çevirən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini, onun əbədi və unudulmaz xidmətlərini həmişə uca tutur və böyük ehtiramla yad edir.
Müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası və onun siyasi kursunun layiqli davamçıları dahi rəhbərin zəngin siyasi irsini, dövlətçilik məktəbini uğurla inkişaf etdirirlər. Ulu Öndərin siyasi kursunun uğurlu davamı ölkəmizi addım-addım tarixi Qələbəyə aparan möhtəşəm bir yola çevrildi. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qüdrətli Azərbaycandır. Dahi rəhbərin ən böyük arzusu olan Şuşanın, Qarabağın azad edilməsi və üçrəngli bayrağımızın bütün vətən torpaqlarında qürurla dalğalanması, onun əbədi müstəqilliyimizin memarı və xalqımızın unudulmaz Xilaskarı statusunu tariximizdə birdəfəlik möhürləmişdir.

Photos from Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi's post 13/06/2026

Bu gün məktəbimizdə Son zəng tədbiri keçirildi. Məzunlarımıza yeni həyat mərhələsində müvəffəqiyyətlər diləyirik.

12/06/2026

📢 Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 13-də keçiriləcək

ℹ️ “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb.

🤝 Bütün tədbir iştirakçılarını müəyyən edilmiş qaydalara və təlimat tələblərinə əməl etməyə çağırırıq.

🔗Təlimatla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: edu.gov.az/uploads/mutda/2026/Son%20z%C9%99ng-%20t%C9%99limat.pdf

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 12/06/2026
12/06/2026
Photos from Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi's post 12/06/2026

Bu gün Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbində IV sinif şagirdlərinin iştirakı ilə “Əlvida, ibtidai sinif!” adlı tədbir keçirilib.

Tədbirdə şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib, müxtəlif səhnəciklər nümayiş etdirərək ibtidai təhsil dövründə qazandıqları bilik və bacarıqları təqdim ediblər. Çıxışlarda müəllimlərə, valideynlərə və məktəb kollektivinə təşəkkür ifadə olunub.

Səmimi və yaddaqalan anlarla yadda qalan tədbir şagirdlərin ibtidai təhsil pilləsini uğurla başa vuraraq növbəti mərhələyə qədəm qoymalarına həsr olunub. Şagirdlərə gələcək təhsil həyatlarında uğurlar arzulanıb.

Photos from Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi's post 12/06/2026

Bu gün Qax rayonu Mərdan Məmmədov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbinin 1–3-cü sinif şagirdləri üçün “Oxu dəqiqələri” təşkil olunub. Oxu dəqiqələri çərçivəsində şagirdlər “Kralın kreslosu” əsərini mütaliə edərək onun məzmunu, qəhrəmanları və əsərin verdiyi mənəvi dəyərlər haqqında fikir mübadiləsi aparıblar. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi, söz ehtiyatının zənginləşdirilməsi və oxuduğunu anlama bacarıqlarının formalaşdırılması olub. Oxu dəqiqələri şagirdlərin fəal iştirakı və böyük marağı ilə davam edib. Oxu fəaliyyətləri şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına və nitq bacarıqlarının inkişafına mühüm töhfə verir.

Want your school to be the top-listed School/college in Kakhi?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Mərdan Məmmədov Adına Ağçay Kənd ümumi Orta Məktəbi Https://maps. App. Goo. Gl/jCbSr534xM1i9VnD 8
Kakhi
034