30/04/2026
Bu gün məktəbimizin 11 ci sinif şagirdləri ilə maraqlı maarifləndirici görüş keçirildi. Bu sadəcə bir tədbir deyil, həm də bir millətin ortaq düşüncə sisteminin, əlifba və dil birliyinin təməlinin qoyulduğu günün - Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı görüş idi. Məktəbin tarix müəllimi Şəhla Səlimova öz çıxışında 1926-cı il fevralın 26-dan martın 6-na qədər Bakıda baş tutan həmin möhtəşəm hadisənin əhəmiyyətini vurğuladı: "Bakı o zaman təkcə neft mərkəzi deyil, həm də bütün türk dünyasının elmi və mədəni paytaxtına çevrildiyni, qurultayın latın qrafikalı əlifbaya keçid prosesindəki həlledici rolunu xüsusi qeyd etdi. Bakıda tarixi İsmailiyyə binasında keçirilmiş bu qurultay təkcə dilçilik məsələlərini deyil, həm də bir millətin özünüdərk və müasirləşmə yolundakı iradəsinin nümayişi idi. Bu gün qurultaydan 100 il keçməsinə baxmayaraq, orada qaldırılan məsələlər hələ də aktualdır. Birinci Türkoloji Qurultay Azərbaycanın türk dünyasındakı birləşdirici rolunun və elmi potensialının sönməz bir rəmzidir. Bu irs gələcək nəsillər üçün həm milli qürur mənbəyi, həm də elmi yol xəritəsidir.