15/06/2026
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tarixə düşüb. 1993-cü ildə ölkədə hökm sürən dərin siyasi, iqtisadi və hərbi böhran şəraitində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyin qorunması baxımından həlledici rol oynayıb.
1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən istefa verən Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı ərazi iddiaları daha da fəallaşıb. Müstəqilliyin ilk illərində isə ölkədə idarəetmə böhranı, siyasi qarşıdurmalar, qanunsuz silahlı dəstələrin fəaliyyəti, separatçılıq meylləri və iqtisadi tənəzzül dövlətin mövcudluğunu ciddi təhlükə altına salıb.
1993-cü ilin ortalarında ölkədə vəziyyət daha da gərginləşərək vətəndaş qarşıdurması və parçalanma təhlükəsi yaranıb. Həmin dövrdə xalqın böyük əksəriyyəti çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Azərbaycanın müxtəlif bölgələrindən gələn çağırışlara cavab verən Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəlib və qısa müddətdə ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atıb.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu tarix sonralar Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının yaddaşına həkk olunub. Onun hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və dövlətçiliyin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Ulu Öndər Heydər Əliyev həmin dövrdə çıxışlarının birində bildirirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu prinsip sonrakı illərdə həyata keçirilən siyasətin əsasını təşkil edib.
1993-2003-cü illər ərzində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi islahatlara başlanılıb, nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb, beynəlxalq əlaqələr genişləndirilib və Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənib. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbul edilməsi və çoxpartiyalı siyasi sistemin formalaşması da həmin dövrün mühüm nəticələri sırasında yer alıb.
Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, iqtisadi və siyasi nüfuzunu artırıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Vətən müharibəsində qazanılan tarixi Zəfər və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də Ulu Öndərin siyasi kursunun uğurlu davamı kimi qiymətləndirilir.
Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü dövlətçiliyin xilası, milli birliyin təntənəsi və müstəqil Azərbaycanın inkişaf yolunun başlanğıcı kimi qeyd edir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Məhz həmin tarixdən etibarən Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyaraq müasir, güclü və nüfuzlu dövlətə çevrilib.
Məhərrəm İbadov
Abşeron Rayov Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası
15/06/2026
✨ Milli Qurtuluş Günü – ölkəmizi tərəqqiyə, qələbələrə, sosial inkişafa aparan yolun başlanğıcıdır…
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanı dövlət müstəqilliyini itirmək və dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş qarşıdurması və dərin böhrandan xilas etdi. Həmin gün ölkəmizi tərəqqiyə, qələbələrə, sosial inkişafa doğru aparan yolun başlandığı gün kimi tariximizə qızıl hərflərlə yazılıb.
14/06/2026
Məktəbimizdə “Son zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Məzunlar çıxışlar, şeirlər və musiqi nömrələri ilə məktəb illərinə aid unudulmaz xatirələrini bölüşdülər. Tədbir zamanı məktəb direktoru Afət Camalova məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı, əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirdi və hər zaman məktəbin fəxri olacaqlarını vurğuladı. Sonda məzunlar üçün son zəng səsləndirildi və onlara parlaq gələcək arzuları çatdırıldı. 🎓🌹📚
12/06/2026
Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afət Camalova 9-cu siniflər üzrə yüksək bal toplayan şagirdlərlə görüş keçirib. Direktor şagirdləri əldə etdikləri uğurlar münasibətilə səmimi qəlbdən təbrik edib, onlara gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər arzulayıb. Görüş zamanı fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub. Tədbir şagirdlərin zəhmətinin dəyərləndirilməsi və onları yeni uğurlara ruhlandırmaq məqsədi daşıyıb. 🎓📚🏆
09/06/2026
📢 Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 2026–2027-ci tədris ili üçün yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan olunur.
Layihəyə 2026–2027-ci tədris ilində X və XI siniflərdə təhsil alacaq şagirdlər müraciət edə bilərlər.
ℹ️Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir:
📍 Sumqayıt şəhəri • Sumqayıt şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •
Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi •
Sumqayıt şəhəri 46 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •
Sumqayıt şəhəri 48 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin yaxınlığında) •
Sumqayıt şəhəri 49 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 31 nömrəli tam orta ümumtəhsil məktəbinin yaxınlığında)
📍 Xırdalan şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi (Xırdalan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)
📍 Saray qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 4 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) •
Saray qəsəbə 6 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)
📍 Mehdiabad qəsəbə 8 nömrəli tam orta ümumtəhsil məktəbi (Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)
📝 Qeydiyyat zamanı aşağıdakı məlumatlar seçilməlidir: • Təhsil alacağınız rayon və ya şəhər; • Təhsil alacağınız məktəb.
🔗 Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/kQeiMG20uR
Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
📌 Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Yeni təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.
06/06/2026
Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumitəhsil məktbində “İnsan hüquqlari”mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
03/06/2026
2 iyun tarixində məktəbimizdə direktor Afət Camalova və təşkilatçı müəllimin təşkilatçılığı ilə valideyn iclası keçirildi. İclas zamanı şagirdlərin təlim-tərbiyəsi, dərsə davamiyyəti, davranışı və qarşıda duran vəzifələr müzakirə olundu. Valideynlərin rəy və təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
02/06/2026
Abşeron rayonu Mehdiabad qəsəbəsi 3 nömrəli tam ümumitəhsil məktəbində ,,Valideyn Məktəbi” layihəsi çərçivəsində valideynlər ilə maarifləndirici görüş keçirilmişdir.Görüş məktəb rəhbərliyi və məktəbin metodistinin iştirakı ilə baş tutmuşdur.Məktəbin metodisti Aybəniz Dostiyeva valideynlərə bu mövzu ətrafında geniş məlumat vermiş, valideyn övlad münasibətlərinin düzgün qurulmasi haqqinda slaydlar təqdim etmişdir.Valideynlərin bu mövzuda nə düşündüklərinin öyrənilməsi məqsədilə sorğu keçirilmişdir.