Azərbaycan Dövlət İqtisad Universiteti UNEC

  • Home
  • Azərbaycan Dövlət İqtisad Universiteti UNEC

Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi Facebook səhifəsi levels.

Azerbaijan State University of Economics (UNEC), founded in 1930, is the prestigious, multicultural, multilingual, international, and research-oriented university in Eastern Europe and Central Asia. More than 20.000 students from different countries are continuing their higher education in four main languages (English, Russian, Azerbaijan, and Turkish) on bachelor's, master's, and Ph.D. UNEC provides all disciplines of social sciences and core parts of Applied Sciences and Engineering such as economics, business administration, finance, accounting and auditing, food science, IT, digital economics, automation and mechanical engineering etc., is successfully running the grant and mobility programs within the framework of ERASMUS+, Mevlana, Fulbright, Creative Spark, DAAD etc. UNEC hosts up to 30 research centres, which equipped with highly skillful and qualified professors and experts, who conduct their research in various scientific fields. UNEC has the 24/7 open library, well-designed Distance Learning Centre, Career Centre, Incubator and Start-up Centres, Social-Business Center named after Mohammad Yunus etc. Azerbaijan State University of Economics (UNEC) is conducting dual and joint degree programs (6+1) with different higher education institutions both in Europe and Eurasia region. UNEC hosts 11 laboratories within the School of Applied Sciences and Engineering as well as 4 main laboratories of Digital Technologies and Applied Informatics School at the UNEC 3rd renovated/high-tech campus.

UNEC-ə qəbul olan tələbələr üçün Oriyentasiya günü təşkil olunacaq 🤩Tələbələr Oriyentasiya günündə universitetlə tanış o...
09/09/2026

UNEC-ə qəbul olan tələbələr üçün Oriyentasiya günü təşkil olunacaq 🤩

Tələbələr Oriyentasiya günündə universitetlə tanış olacaqlar.

Onlar universitetin infrastrukturu, auditoriyalar, kitabxana, tələbə təşkilatları və digər imkanlarla tanış olacaqlar.

UNEC-in bütün tədris binalarında keçiriləcək Oriyentasiya günündə dekanlıqların əməkdaşları, müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri və könüllülər birinci kurslara universitetlə tanışlıqda dəstək olacaqlar.

Əziz tələbələr, hər birinizi Oriyentasiya günündə gözləyirik!

Sentyabrın 8-də Xaçmazda yerləşən “Təhsil” İstirahət Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Kom...
09/09/2026

Sentyabrın 8-də Xaçmazda yerləşən “Təhsil” İstirahət Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tələbə Düşərgəsi çərçivəsində keçirilən tədbirdə ETİHİ sədri Araz Paşayev, ali təhsil müəssisələrinin rəhbərləri, UNEC-in THİK sədri İlkan Əliyev, o cümlədən müxtəlif ali, orta və peşə təhsili müəssisələrindən 700-ə yaxın tələbə iştirak edib.

UNEC-in 50 tələbəsinin qatıldığı 5 günlük yay düşərgəsində intellektual yarışlar, futbol, voleybol, şahmat turnirləri, foto və film müsabiqələri, eləcə də müxtəlif sosial və mədəni fəaliyyətlərin keçirilməsi nəzərdə tutulub.

Ətraflı: https://news.unec.edu.az/xeber/105-telebe/15412-unec-telebeleri-eti-hi-rk-nin-teshebbusu-ile-kechirilen-shehersalma-ve-memarlig-geleceye-baxish-movzusunda-tedbirde-ishtirak-edib

08/09/2026

Dəyərli Aziz Sancar!

Sizin elmə bəxş etdiyiniz misilsiz töhfələr, Nobel zirvəsilə qazandığınız böyük uğur və UNEC ailəsinin fəxri doktoru olaraq bizə yaşatdığınız sonsuz qürur hər birimizin qəlbində xüsusi yer tutur.

Qoy elmə saçdığınız işıq daim yeni nəsillərin yolunu aydınlatsın!

80 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və tükənməz elmi uğurlar arzulayırıq.

Yubileyiniz mübarək!
Dərin ehtiramla, UNEC ailəsi.

UNEC-in Qırğızıstanın aparıcı universitetləri ilə əməkdaşlığı son iki ildə əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə...
04/09/2026

UNEC-in Qırğızıstanın aparıcı universitetləri ilə əməkdaşlığı son iki ildə əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə başlayan əməkdaşlıq görüşləri növbəti illərdə konkret razılaşmalar, əməkdaşlıq memorandumları və birgə layihələrə çevrilib.

Bu gün UNEC və Qırğızıstan universitetləri arasında aktiv tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqatlar, beynəlxalq konfrans və seminarlar, rəqəmsal təhsil, süni intellekt, startaplar və yeni təhsil proqramları üzrə əməkdaşlıq həyata keçirilir.

Ətraflı: https://525.az/news/337030-unec-ve-qirgizistan-universitetlerinin-yeni-emekdasliq-merhelesi

🎓 UNEC-ə əcnəbi tələbə qəbulu uzadıldı!2026/2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura pillələrin...
02/09/2026

🎓 UNEC-ə əcnəbi tələbə qəbulu uzadıldı!

2026/2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura pillələrinə müraciətlərin qəbulu davam edir.

📅 Son müraciət tarixi: 10 sentyabr 2026
🔗 Müraciət: https://portal.edu.az/
📧 [email protected]
📞 +994 12 492 18 82

___

🎓 International student admissions to UNEC have been extended!

Applications for Bachelor’s, Master’s and Doctoral programmes for the 2026/2027 academic year are still open.

📅 Application deadline: 10 September 2026
🔗 Apply at: https://portal.edu.az/
📧 [email protected]
📞 +994 12 492 18 82

___

🎓 Приём иностранных студентов в UNEC продлён!

Продолжается приём заявлений на программы бакалавриата, магистратуры и докторантуры на 2026/2027 учебный год.

📅 Последний день подачи заявления: 10 сентября 2026 года
🔗 Подача заявления: https://portal.edu.az/
📧 [email protected]
📞 +994 12 492 18 82

UNEC-də 2026/2027-ci tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulunun qeydiyyat müddəti sentyabrın 4-dək uzadıldı.Təkr...
02/09/2026

UNEC-də 2026/2027-ci tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulunun qeydiyyat müddəti sentyabrın 4-dək uzadıldı.

Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/http://www.kabinet.unec.edu.az portalları vasitəsilə həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

•Rektorun adına ərizə;
•Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
•3x4 sm ölçüdə fotoşəkil;
•Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Telefon: (012) 564-38-92.
Mobil: (070) 578-08-59 (WhatsApp); (055) 875-04-33

Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/
Instaqram hesabı: https://www.instagram.com/sabuhitanriverdi/

Ətraflı: https://news.unec.edu.az/elan/138-gebul/15207-azerbaycan-respublikasi-elm-ve-tehsil-nazirliyi-azerbaycan-dovlet-i-gtisad-universiteti-unec-sened-gebulu-elan-edir

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə 🇰🇬🇦🇿UNEC Qırğızıstanın aparıcı ali təhsil müəssisələri il...
01/09/2026

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə 🇰🇬🇦🇿

UNEC Qırğızıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı son iki ildə əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə əsası qoyulan universitetlərarası əlaqələr 2025-ci ildə yeni tərəfdaşlıqların qurulması ilə daha da inkişaf etdirilib, 2026-cı ildə isə memorandumların və ikili diplom müqaviləsinin imzalanması ilə nəticələnib.

Əməkdaşlıq yalnız qarşılıqlı səfər və görüşlərlə məhdudlaşmayıb. Bu müddət ərzində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və nəşrlər, beynəlxalq konfrans və seminarlar, rəqəmsal təhsil, süni intellekt, startap ekosistemi, yaşıl iqtisadiyyat və dayanıqlı maliyyə kimi istiqamətlərdə konkret əməkdaşlıq mexanizmləri formalaşdırılıb.

Əməkdaşlığın real nəticələrindən biri Qırğızıstandan olan tələbənin Biznes Məktəbinin MBA proqramında təhsil almasıdır. Bu, iki ölkənin ali təhsil müəssisələri arasında inkişaf edən əməkdaşlığın akademik müstəvidə də özünü göstərdiyini təsdiqləyir.

Ətraflı:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qırğızıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı son iki ildə əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə əsası qoyulan universitetlərarası əlaqələr 2025-ci ildə yeni tərəfdaşlıqların quru...

UNEC-in “Enactus” komandası “Enactus Azerbaijan 2026” milli yarışmasında uğur qazanaraq II yerə layiq görülüb.24 univers...
01/09/2026

UNEC-in “Enactus” komandası “Enactus Azerbaijan 2026” milli yarışmasında uğur qazanaraq II yerə layiq görülüb.

24 universitetin iştirak etdiyi yarışmada UNEC komandası final mərhələsinə vəsiqə qazanan 6 universitetdən biri olub.

Final mərhələsində komanda tərəfindən təqdim olunan “Pinpoint” və “Smart Helmet” layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Nəticədə UNEC-in “Enactus” komandası milli yarışmasında Azərbaycan üzrə II yerə layiq görülərək, yarışmanın kubokunu qazanıb.

Tələbələrimizlə qürur duyuruq, uğurlar arzulayırıq!

Address

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət Küçəsi 6

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124926043

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət İqtisad Universiteti UNEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Dövlət İqtisad Universiteti UNEC:

  • Want your school to be the top-listed School/college?

Share