Kürdəmir rayonu Karrar qəsəbə tam orta ümumtəhsil məktəbi

Kürdəmir rayonu Karrar qəsəbə tam orta ümumtəhsil məktəbi Kürdəmir rayonu Karrar qəsəbə tam orta ümumtəhsil məktəbinin rəsmi facebook səhifəsi.

14/08/2026
12/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

01/08/2026

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

01/08/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə nəticələr müəllimlərin şəxsi kabinetlərinə göndərilib

17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.

Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.

Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat 12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil edilib. Ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər. Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.

Belə ki, 24 iyun tarixində keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, 24 iyun tarixində keçirilmiş imtahanda riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, 25 iyun tarixində keçirilmiş imtahanda texnologiya fənni üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq müəyyən olunub.

Texniki səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənn müəllimlərinin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib. Müəllimlər platformanın “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini...
01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.




Bu gün Karrar qəsəbə tam orta ümumtəhsil məktəbin kollektivi  Şəhid Məlik Zülfüqarovun mövludu günü ilə əlaqədar onun mə...
24/07/2026

Bu gün Karrar qəsəbə tam orta ümumtəhsil məktəbin kollektivi Şəhid Məlik Zülfüqarovun mövludu günü ilə əlaqədar onun məzarını ziyarət etdilər.

Address

Əlheydər Xəlilov Küçəsi
Küçəsi
AZ3314

Telephone

+994504311273

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir rayonu Karrar qəsəbə tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kürdəmir rayonu Karrar qəsəbə tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category