Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası

Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası Bu səhifə Humanitar Fənlər Gimnaziyasının pedaqoji və şagird kollektivini təhsildə olan yeniliklər və gimnaziyanın fəaliyyəti ilə bağlı məlumatlandırır

Bu S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının rəsmi facebook səhifəsidir

https://www.facebook.com/share/1JGBtBu9cG/
25/08/2026

https://www.facebook.com/share/1JGBtBu9cG/

İşə qəbul müsabiqəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 avqust saat 12:00-dan 28 avqust saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri 28 avqust 2026-cı il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- Əmək kitabçasının surəti.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər.

Elan: https://baku.edu.gov.az/az/page/228/8080

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təli...
23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!



https://www.facebook.com/share/17vz1ouk7U/

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün...
20/08/2026

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.

Qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir. Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kollektivi gənc nəslin təlim-tərbiyəsində, milli ruhda böyümə...
15/08/2026

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kollektivi gənc nəslin təlim-tərbiyəsində, milli ruhda böyüməsində müstəsna xidmətləri olan, tanınmış pedaqoq, “Qabaqcıl təhsil işçisi”, “Tarix Klubu”nun təsisçisi, gimnaziyanın tarix kafedrasının rəhbəri Həsən Osmanovun vaxtsız vəfatından dərin kədər hissi keçirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Həsən müəllim ömrünü tarix elminin sirlərini gənc nəslə öyrətməyə həsr etmiş, yüksək peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə həm şagirdlərinin, həm də həmkarlarının qəlbində silinməz izlər qoymuşdur. Onun rəhbərlik etdiyi tarix kafedrası hər zaman fəallığı, təşəbbüskarlığı və təhsilə verdiyi dəyərli töhfələrlə seçilmişdir.

Təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə layiq görüldüyü “Qabaqcıl təhsil işçisi” fəxri adı onun zəngin pedaqoji fəaliyyətinin və illərlə göstərdiyi fədakar əməyin bariz nümunəsidir.

Gözəl insan, fədakar müəllim və unudulmaz həmkarımız Həsən Osmanovun işıqlı xatirəsi Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının tarixində və onu sevən insanların qəlbində əbədi yaşayacaqdır.

Bəzən bir gün, bəzən də bütöv bir ömür başa çatır. Geridə isə xatirələr, bir dua və kameranın yaddaşına həkk olunmuş bir kadr qalır...

Allah rəhmət eləsin!
Amin!

Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təs...
12/08/2026

Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Ötən illərdən Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyasında Pedaqoji Şuranın qərarı ilə məktəb forması olaraq “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə əlavədəki geyim forması qəbul olunub.

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Vahid məktəbli geyimlərini ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrindən əldə edə bilərsiniz.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

🎓Məzunumuz Büşra Məmmədlidən Böyük Uğur! 🎓Büşra Məmmədli növbəti möhtəşəm uğuru ilə bizi qürurlandırdı! 🌟Büşra, Bakı Müh...
11/08/2026

🎓Məzunumuz Büşra Məmmədlidən Böyük Uğur! 🎓

Büşra Məmmədli növbəti möhtəşəm uğuru ilə bizi qürurlandırdı! 🌟

Büşra, Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın INHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində “İnformasiya texnologiyaları” ixtisasına qəbul olmuşdur. 🇦🇿🇰🇷

Məzunumuzu bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona təhsil həyatında və informasiya-kommunikasiya texnologiyaları sahəsində daha böyük uğurlar, yeni zirvələr və parlaq gələcək arzulayırıq! ✨

Gimnaziyamız səninlə fəxr edir, Büşra! 💙

MəzunlarımızlaFəxrEdirik UğurHekayəsi

🎓✨Gimnaziyamızın növbəti beynəlxalq uğuru! ✨🎓Məzunumuz Hüseyn Həsənzadə növbəti böyük uğuru ilə bizi qürurlandırdı! 🌟Hüs...
11/08/2026

🎓✨Gimnaziyamızın növbəti beynəlxalq uğuru! ✨🎓

Məzunumuz Hüseyn Həsənzadə növbəti böyük uğuru ilə bizi qürurlandırdı! 🌟

Hüseyn, Türkiyənin ən nüfuzlu və köklü ali təhsil müəssisələrindən biri olan Yıldız Teknik Universitetinin (Yıldız Teknik Üniversitesi) Maşınqayırma fakültəsinin Mekatronik mühəndisliyi (Makine Fakültesi / Mekatronik Mühendisliği) ixtisasına qəbul olmuşdur. 🇹🇷👏

Məzunumuzu bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında, mühəndislik sahəsində və peşəkar fəaliyyətində daha böyük uğurlar, yeni zirvələr və parlaq gələcək arzulayırıq! ✨

Gimnaziyamız səninlə fəxr edir, Hüseyn! 💙🌟

UğurHekayəsi

https://www.facebook.com/share/1DP6HGWQQ8/
11/08/2026

https://www.facebook.com/share/1DP6HGWQQ8/

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üzrə məktəb seçiminə başlanılır. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir və 14 sentyabr saat 18:00-dək davam edəcək.
📌 Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

🥳 Qəbulumuz var!🎓✨Məzunumuz Yusif Eynullayev növbəti möhtəşəm uğura imza atıb!Yusif yüksək nəticə göstərərək Azərbaycan–...
05/08/2026

🥳 Qəbulumuz var!🎓✨

Məzunumuz Yusif Eynullayev növbəti möhtəşəm uğura imza atıb!

Yusif yüksək nəticə göstərərək Azərbaycan–Fransız Universitetinin (UFAZ) ”Kompüter elmləri” ixtisasına dövlət sifarişi əsasında (ödənişsiz) qəbul olub. Tədris dili ingilis dilidir.

Şagirdimizi bu möhtəşəm nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında və texnologiya sahəsində yeni-yeni uğurlar, böyük nailiyyətlər arzulayırıq!

Gimnaziyamız səninlə fəxr edir, Yusif!💙

UğurHekayəsi

🎉🎓 QƏBUL UĞURU!Gimnaziyamızın məzunu Leyla Hüseynzadə yüksək nəticə göstərərək UFAZ-ın (Azərbaycan–Fransız Universiteti)...
05/08/2026

🎉🎓 QƏBUL UĞURU!

Gimnaziyamızın məzunu Leyla Hüseynzadə yüksək nəticə göstərərək UFAZ-ın (Azərbaycan–Fransız Universiteti) Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olub. Tədris dili: ingilis dili. 🇦🇿🇫🇷

Leylanı bu möhtəşəm uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsil və peşə həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!

Bu uğurda əməyi olan bütün müəllimlərimizə də dərin təşəkkürümüzü bildiririk. 💙

Address

Faiq Yusifov Küçəsi 39
Küçəsi
AZ1052

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

(012) 567-22-17

Alerts

Be the first to know and let us send you an email when Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası:

Shortcuts

Share

Category