Şərur Rayon Təhsil Şöbəsi

Şərur Rayon Təhsil Şöbəsi Təhsil millətin gələcəyidir. Heydər Əliyev

🏆🤼‍♂️ Yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib! 🥇🥈🥉📅 14 avqust 2026-cı il tarixdə “Şəhərsalm...
14/08/2026

🏆🤼‍♂️ Yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib! 🥇🥈🥉

📅 14 avqust 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi təşkil olunub.

🏟️ Yarış Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və UGİM-nin birgə təşkilatçılığı ilə Gənclər və İdman İdarəsinin idman zalında keçirilib.

🎯 Birinciliyin əsas məqsədi sərbəst güləş idman növünün inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği, yeniyetmələrin idmana marağının artırılması, istedadlı idmançıların aşkar olunması və yarış təcrübələrinin zənginləşdirilməsi olub.

👥 Yarışda 10 çəki dərəcəsi üzrə 60 idmançı mübarizə aparıb. Gənc güləşçilər yüksək əzmkarlıq və bacarıq nümayiş etdirərək maraqlı görüşlərlə yadda qalıblar. 💪🔥

🏅 Keçirilən görüşlərin nəticələrinə əsasən qaliblər müəyyənləşdirilib, ilk üç yeri tutan idmançılar diplomlarla təltif olunublar. 📜👏

✅ Bu cür yarışlar yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və rayonumuzda sərbəst güləşin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 🌟🤝

Naxçıvan Sənaye Parkının təməli qoyuldu.Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması...
14/08/2026

Naxçıvan Sənaye Parkının təməli qoyuldu.
Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir.

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir.Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, t...
14/08/2026

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir.
Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir.Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bay...
14/08/2026

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir.
Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir.

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıv...
14/08/2026

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə barəd...
14/08/2026

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə barədə

- İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri.
Səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır;

27-31 iyul 2026-cı il tarixlərdə, Türkiyə Respublikasının İğdır şəhərində Şəhid Turgut Demirkayanın xatirəsinə həsr olun...
04/08/2026

27-31 iyul 2026-cı il tarixlərdə, Türkiyə Respublikasının İğdır şəhərində Şəhid Turgut Demirkayanın xatirəsinə həsr olunmuş Beynəlxalq Muaytay Təlim-Məşq toplanışı və çempionatı keçirilmişdir. Turnirdə müxtəlif ölkələrdən idmançılar iştirak edərək öz qüvvələrini sınamışlar.

Beynəlxalq turnirdə Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbini məşqçi-müəllim Namiq Musayevin rəhbərliyi ilə idmançılar təmsil etmiş və yüksək nəticələr əldə etmişlər.

Yarışın nəticələrə əsasən:

Sinan Kazımov (60 kq) l-yer
Güloğlan Qurbanov (71 kq) l-yer
Taleh Ağayev ( 63 kq) l - yer
Xəyal Paşayev ( 45 kq ) l - yer
Yusif Musayev (23 kq) l - yer
Nağı Vəliyev ( 24 kq) l - yer
Vüqar Hüseynzadə (54 kq ) ll - yer
Tofiq Ağayev ( 29 kq) ll - yer

Beləliklə, idmançılarımız yarışda 6 qızıl 2 gümüş medal qazanaraq uğurlu çıxış etmiş, ölkəmizi və rayonumuzu beynəlxalq arenada layiqincə təmsil etmişlər.

Qazanılan nailiyyətlər idmançılarımızın hazırlıq səviyyəsinin yüksəldiyini, məşqçi əməyinin səmərəli olduğunu və muaytay idman növünün inkişafına mühüm töhfə verdiyini bir daha nümayiş etdirmişdir. Şərur Rayon Gənclər və İdman İdarəsi adından idmançılarımızı və onların
məşqçi-müəllimini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

Təbrik edirik
03/08/2026

Təbrik edirik

ℹ️ 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür🇦🇿 Azərbaycan əlifbası milli-mənəvi dəyərlərimizin, zəngin d...
01/08/2026

ℹ️ 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

🇦🇿 Azərbaycan əlifbası milli-mənəvi dəyərlərimizin, zəngin dilimizin və mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.

✅ ️Ana dilimizin saflığının qorunması, düzgün istifadəsi və gənc nəslə sevdirilməsi təhsilimizin əsas prioritetlərindən biridir.

✨️ 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə xalqımızı təbrik edir, ana dilimizin zənginliyinin, saflığının və milli-mənəvi dəyərinin qorunub saxlanılması və gələcək nəsillərə layiqincə ötürülməsi istiqamətində hər kəsə uğurlar arzulayırıq!


ℹ️ Məktəblərimiz buraxılış imtahan fənləri üzrə ölkənin ən yaxşı 20 məktəbi sırasında yer alıb📢 Dövlət İmtahan Mərkəzi t...
30/07/2026

ℹ️ Məktəblərimiz buraxılış imtahan fənləri üzrə ölkənin ən yaxşı 20 məktəbi sırasında yer alıb

📢 Dövlət İmtahan Mərkəzi tərəfindən ölkə üzrə 2024-2025-ci tədris ili üçün şagirdləri buraxılış imtahan fənlərindən yüksək nəticə göstərən ən yaxşı 20 məktəb haqqında məlumatları açıqlayıb.

🔷 ️20 məktəb arasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyi Azərbaycan dili və riyaziyyat fənni üzrə, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi riyaziyyat fənni üzrə, Ordubad Rayon Azad kənd tam orta məktəbi isə fransız dili fənni üzrə əldə etdikləri yüksək nəticələrlə ölkənin ən yaxşı məktəbləri sırasında yer alıblar.

✅ ️Naxçıvan Qızlar Liseyi Azərbaycan dili fənni üzrə 87.07, riyaziyyat fənni üzrə 74,73, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi riyaziyyat fənni üzrə 71,52, Ordubad Rayon Azad kənd tam orta məktəbi isə fransız dili fənni üzrə 34.49 faiz nəticə göstərərək uğurlu təhsil mühitinin, peşəkar müəllim əməyinin və şagirdlərin əzmkarlığının bariz nümunəsini nümayiş etdirib.

✨ ️Bu mühüm nailiyyət münasibətilə məktəblərimizin məzunlarını, onların valideynlərini, müəllimlərini və pedaqoji kollektivlərini təbrik edir, hər birinə gələcək təhsil və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Address

K. Kərimov Küçəsi
Küçəsi
6800

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365423084

Alerts

Be the first to know and let us send you an email when Şərur Rayon Təhsil Şöbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şərur Rayon Təhsil Şöbəsi:

Shortcuts

Share