Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəb

Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəb, Education, 20 Yanvar küçəsi, küçəsi.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 27/05/2026

26.05.2026- cı il tarixində Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 26/05/2026

25.05.2026-cı il tarixində məktəbimizdə Məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə “Ümumi məmnunluq və məktəbin nüfuzu” mövzusunda valideyn seminarı təşkil olundu.
Seminarda məktəbdə yaradılan təlim-tərbiyə mühiti, valideyn məmnunluğunun artırılması, şagird uğurlarında ailə-məktəb birliyinin rolu və məktəbin ictimai nüfuzunun formalaşdırılması mövzularında fikir mübadiləsi aparıldı.
Valideynlərin təklif və rəyləri dinlənildi, qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr keçirildi.
Birlikdə daha güclü və uğurlu məktəb mühiti qururuq!

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 26/05/2026

25.05.2026-cı il tarixində 28 May-Müstəqillik Günü münasibəti ilə Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 3a sinif şagirdləri üçün sinif rəhbəri Aslanova Narqədəm Sumqayıt Şəhər Bayraq və Tarix Muzeylərinə ekskursiya təşkil etmişdir.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 23/05/2026

23.05.2026-cı il tarixində Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 7b sinfində Biologiya fənn müəllimi Hüseynova Aytən " Zərərli vərdişlər" mövzusunda açıq dərs keçirdi.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 22/05/2026

Bu gün Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin II sinif şagirdlərinin yazı bacarıqlarının, düzgün yazı qaydalarına əməl etmə səviyyəsinin və imla vərdişlərinin yoxlanılması məqsədilə imla yazı işi keçirildi.

Keçirilən imla zamanı şagirdlərin sözlərin düzgün yazılışı, cümlələrin qurulması, durğu işarələrindən istifadə bacarıqları və xəttatlıq qaydalarına riayət etmələri diqqətdə saxlanıldı. Yoxlama nəticələri təhlil edilərək şagirdlərlə fərdi işlərin aparılması nəzərdə tutuldu.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 22/05/2026

Bu gün Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin l sinif şagirdlərinin ilkin yazı vərdişlərinin, hərflərin düzgün yazılışı və xəttatlıq bacarıqlarının yoxlanılması məqsədilə yazı işi təşkil olundu.

Yazı işi zamanı şagirdlərin hərfləri düzgün formalaşdırması, sətir üzərində düzgün yerləşdirməsi, söz və cümlələri oxunaqlı şəkildə yazması diqqətdə saxlanıldı. Eyni zamanda şagirdlərin yazı tempi və tapşırıqları yerinə yetirmə bacarıqları müşahidə edilərək nəticələr təhlil olundu.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 21/05/2026

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.02.2024-cü il tarixli, 3-29/3-2-78F/2024 nömrəli əmri ilə nazirliyin iş planı təsdiq edilmişdir.

Bu planın icrasına əsasən bu gün məktəbimizin valideyinləri ilə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirici iclas keçirilib.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 20/05/2026

20.05.2026-cı il tarixində "Tanınmış şəxsiyyətlər" çərçivəsində məktəbimizin 6c sinfində Azərbaycan kinorejissoru, ssenarist və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru Eldar Quliyevin həyat və yaradıcılığına həsr olunnuş tədbir keçirildi.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 19/05/2026

Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində metodik fəaliyyətin monitorinqi aparılıb.

Monitorinq AXRTİ-nin aparıcı metodisti Günel Alışlı tərəfindən həyata keçirilib.

Monitorinq zamanı dərs dinləmələri təşkil olunub, dərslərin təşkili, planlaşdırılması, şagirdlərin fəallığı və müəllimlərin istifadə etdiyi metodik yanaşmalar müşahidə edilib.

Dərs müşahidələrindən sonra müəllimlərlə əks əlaqə görüşləri keçirilib, dərslərin güclü tərəfləri və inkişaf etdirilməsi vacib olan məqamlar müzakirə olunub.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 19/05/2026

19.05.2026-cı il tarixində Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 2a sinif şagirdləri ilə kitabxana müdiri Xanməmmədova Təranə onların bədii ədəbiyyata marağını nəzərə alaraq "Mütaliə aylığı" çərçivəsində həvəsləndirici yarışmalar keçirdi.

Photos from Mehdiabad qəsəbə 2 nömrəli tam orta  ümumtəhsil məktəb's post 19/05/2026

19.05.2026-cı il tarixində Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 3a sinfində İbtidai sinif müəllimi Aslanova Narqədəm Azərbaycan dili fənnindən " Kərpickəsən kişinin hekayəti" mövzusunda açıq dərs keçirdi.

Want your school to be the top-listed School/college in küçəsi?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

20 Yanvar Küçəsi
Küçəsi

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00