17/06/2026
PEDAQOJİ ŞURANIN YEKUN İCLASI KEÇİRİLDİ
Məktəbdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəb rəhbərliyi, müəllim kollektivi və digər məsul şəxslər iştirak etdilər.
Tədbirdə ilk olaraq məktəbin direktoru çıxış edərək tədris ili ərzində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. Daha sonra rəhbər heyətin üzvlərinin hesabatları dinlənildi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı və digər məsul şəxslər öz fəaliyyət istiqamətləri üzrə görülmüş işlər, əldə olunan nəticələr və mövcud problemlər barədə ətraflı məlumat təqdim etdilər.
Hesabatlarda şagird nailiyyətləri, olimpiada və müsabiqələrdə iştirak göstəriciləri, qiymətləndirmə nəticələri, məktəbdaxili tədbirlər, peşə təmayüllü siniflərin fəaliyyəti, valideynlərlə iş və digər istiqamətlər üzrə görülən işlər təhlil olundu.
İclas zamanı müəllimləri maraqlandıran məsələlər müzakirə edildi, təklif və tövsiyələr səsləndirildi. Tədris ilinin yekunları ümumilikdə qənaətbəxş qiymətləndirildi və növbəti tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirildi.
Sonda məktəb rəhbərliyi tədris ilində səmərəli fəaliyyət göstərən pedaqoji kollektivə təşəkkürünü bildirdi və bütün əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.