02/10/2025
Sumqayıtda müəllimlərlə görüş keçirilib.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə görüş keçirilib.
Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, məktəb direktorları, müəllimlər və Həmkarlar İttifaqının nümayəndələri iştirak ediblər.
Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıtda fəaliyyət göstərən 32 nəfər müəllim təltif olunub.
Onlardan 17 nəfər müəllimə fəxri fərman,
15 nəfərə isə “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.
Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlham Abdullayeva müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Novruzov müəllim əməyinin yüksək dəyərləndirildiyini vurğulayıb: “Müəllimlərin zəhməti ölçülməzdir.
Həmkarlar İttifaqı olaraq biz daim onların sosial rifahını və əmək hüquqlarını müdafiə etməyə çalışırıq.”
Sonda isə müəllimlərə səmərəli fəaliyyət, təlim-tərbiyə prosesində uğurlar və yeni nailiyyətlər arzulanıb.