sahdagkursu

sahdagkursu

Share

“Şahdağ Kursları” təhsil və tədris sahəsində ən son standartlara uyğun fəaliyyət göstərəcək bir hazırlıq müəssisəsidir.

20/01/2026
23/12/2025

Hörmətli valideynlər və şagirdlər,
21 dekabr tarixində Quba, Qusar və Xaçmaz şəhərlərində keçirilməsi planlaşdırılan sınaq imtahanları ilə bağlı yaranmış narahatlıq və anlaşılmazlığa görə hər birinizdən səmimi şəkildə üzr istəyirik.
Qeyd etmək istərdik ki, imtahanların təşkilində bizdən asılı olan və olmayan səbəblərdən irəli gələn ciddi təşkilati problemlər baş vermişdir. Təəssüf ki, bu problemlər vaxtında və düzgün şəkildə bütün iştirakçılara çatdırılmamışdır. Bu isə valideynlərin və şagirdlərin haqlı narazılığına səbəb olmuşdur.
Xüsusilə:
İmtahanların ləğvi və ya vaxt dəyişikliyi barədə əvvəlcədən məlumat verilməməsi
Uşaqların uzun müddət gözləməsi
Paylanılan materiallarda texniki çatışmazlıqlar
kimi hallara görə məsuliyyəti tam şəkildə üzərimizə götürürük.
✅ Görülən və görüləcək tədbirlər:
İmtahanda iştirak üçün ödəniş etmiş bütün valideynlərə seçim imkanı veriləcək:
ya sınaq imtahanı yeni tarixdə ödənişsiz keçiriləcək,
ya da ödənilən məbləğ tam şəkildə geri qaytarılacaq.
Yeni imtahan tarixləri ən azı 3 gün öncədən SMS və WhatsApp vasitəsilə rəsmi şəkildə bildiriləcək.
Təşkilati prosesə cavabdeh heyət dəyişdirilib və nəzarət mexanizmi gücləndirilib.
Valideynlərlə birbaşa əlaqə üçün ayrı əlaqə nömrəsi ayrılıb.
Bizim üçün valideynlərin etimadı və şagirdlərin rahatlığı hər şeydən önəmlidir. Yaşanan bu hadisə bizim üçün ciddi dərs oldu və təkrar olunmaması üçün bütün lazımi addımlar atılır.
Anlayışınız və səbriniz üçün təşəkkür edirik.
Hörmətlə,
“Şahdağ” Tədris Kursları rəhbərliyi

23/12/2025

Son günlər sosial şəbəkələrdə yayılan bəzi açıqlamalarda “Şahdağ” Tədris Kursları ilə bağlı reallığı əks etdirməyən və birtərəfli məlumatlar səsləndirilir. Məsələyə aydınlıq gətirməyi zəruri hesab edirik.
📌 21 dekabr tarixində keçirilməsi planlaşdırılan sınaq imtahanlarının ləğv edilməsi kursumuzun istəyi və ya məsuliyyətsizliyi ilə bağlı olmamışdır. Bu barədə rəsmi qurum tərəfindən də təsdiqlənmiş təşkilati uyğunsuzluqlar mövcud olmuşdur və qərar şagirdlərin təhlükəsizliyi və imtahanın keyfiyyəti naminə qəbul edilmişdir.
❗ Bəzi şəxslərin iddia etdiyi kimi:
imtahan “özbaşına” ləğv edilməyib,
valideynlər qəsdən yolda saxlanılmayıb,
kurs tərəfindən heç bir öhdəlikdən yayınma halı olmayıb.
Əksinə, “Şahdağ” kursları ilk andan etibarən məsuliyyətli mövqe tutaraq: ✔ ödənişlərin tam geri qaytarılacağını,
✔ və ya imtahanın yeni tarixdə ödənişsiz keçiriləcəyini açıqlayıb.
Təəssüf ki, bəzi açıqlamalarda faktlar yoxlanılmadan, emosional yanaşma ilə yanlış təsəvvür yaradılmağa çalışılır. Biz isə hər zaman olduğu kimi şəffaflıq, məsuliyyət və valideyn etimadı prinsiplərinə sadiqik.
İctimaiyyəti təsdiqlənməmiş məlumatlara deyil, rəsmi açıqlamalara inanmağa çağırırıq.
Hörmətlə,
“Şahdağ” Tədris Kursları

16/12/2025

Qeydiyyatdan keçməyə tələsin !!!

Photos from sahdagkursu's post 25/11/2025
18/11/2025

Son 5 gün❗❗❗
Qeydiyyatdan keçməyə tələsin !

Want your school to be the top-listed School/college in küçəsi?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Quba şəhəri Heydər Əliyev Prospekti, Quba şəhəri Ərdəbil Küçəsi
Küçəsi
AZ4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00