03/07/2026
Hakimlik imtahanının KAZUS (inşa) mərhələsinə hazırlıq dərslərimiz başlayır.
📚 Proqrama nələr daxildir?
Sistemləşdirilmiş Qərarlar: Konstitusiya Məhkəməsinin, Ali Məhkəmə Plenumunun və 3 ulduzlu qərarların birbaşa maddə nömrələrinə uyğun qruplaşdırılmış versiyası.
Audio və Video İzahlar: Mürəkkəb məhkəmə qərarlarının sadə dildə podkast və video formatında izahı.
Praktiki Kazus Həlli: Eksklüziv kazusların həlli və beynəlxalq standartlara uyğun peşəkar yazılış qaydalarının (IRAC, ILAC, FILAC) öyrədilməsi.
🔍 Tədrisin Əsas İstiqamətləri:
Cinayət Hüququ üzrə: Əməlin hüquqi tövsifi, cinayət tərkibinin detallı təhlili, iştirakçılıq formaları və prosessual tədbirlərin məhkəmə təcrübəsi işığında əsaslandırılması.
Mülki Hüquq üzrə: Müqavilə və qanundan irəli gələn tələblərin müəyyənləşdirilməsi, mülki icraatın təhlili və məhkəmə təcrübəsinə (AİHM, Ali Məhkəmə) istinadla mövqe bildirmə.
👨🏫 Tədris prosesi real məhkəmə təcrübəsi əsasında, eksklüziv kazuslar üzərindən Zaur Əzimov tərəfindən aparılır.
Məqsədimiz sizə təkcə qanunu əzbərlətmək yox, məhkəmə təcrübəsini dərindən öyrənməyinizə şərait yaratmaq və kazusların həllini ən üst səviyyədə, peşəkar əsaslandırma ilə yazmaq bacarığı aşılamaqdır.
📌 Yerlər məhduddur – qeydiyyatdan keçməyə tələsin!
📲 Əlaqə: +994 55 282 76 77 (WhatsApp aktivdir)