13/06/2026
“Son Zəng” tədbiri keçirildi
Məktəbimizdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son Zəng” tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra məktəbin direktoru Arif İsmayılov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzulayıb. Sonra tədbirin qonağı İcra nümayəndəsi Ayaz Mehralıyev çıxış edib, məzunları təbrik edib.
Tədbirdə valideylər , şəhid bacısı Sevil Əsgərova və qazi atası Ağa Qasımov da iştirak edib, məzun və valideynləri təbrik ediblər.
Tədbir “Son Zəng”in səsləndirilməsi ilə yekunlaşdı.
Məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar, yeni nailiyyətlər və işıqlı bir gələcək arzulayırıq!