Cəlilabad Rayon Təhsil Sektoru üzrə Cəlilabad şəhər 1 N-li lisey

Cəlilabad Rayon Təhsil Sektoru üzrə Cəlilabad şəhər 1 N-li lisey

Share

Cəlilabad rayon təhsil sektoru üzrə Cəlilabad şəhər Nizami adına 1N-li lisey

18/06/2026

Təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 18 iyun tarixində keçirilən test imtahanı mərhələsində Təsviri incəsənət fənn müəllimimiz Nazxanım Məmmədova 56 bal toplamışdır. Müəllimi kollektiv adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

Photos from Cəlilabad Rayon Təhsil Sektoru üzrə Cəlilabad şəhər 1 N-li lisey's post 13/06/2026

Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü liseydə “Ayın idman növü” olaraq müəyyən edilmiş atletika idman növü üzrə siniflər arasında “Yerindən uzunluğa tullanma” estafet yarışı təşkil olunub.
Yarışın keçirilməsində məqsəd şagirdlər arasında fiziki fəallığın artırılması, atletika idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi və şagirdlərin idman bacarıqlarının inkişaf etdirilməsi olub. Tədbir zamanı iştirakçılar yüksək əzmkarlıq nümayiş etdirərək yarışın bütün mərhələlərində fəal iştirak ediblər.
Monitorinq və yekun qiymətləndirmə ərəfəsində təşkil edilən yarış şagirdlərin fiziki və emosional fəallığının qorunmasına, onların dərs prosesində yaranan gərginliyinin azalmasına müsbət təsir göstərib. Eyni zamanda belə tədbirlər şagirdlərdə öz qüvvəsinə inam hissinin formalaşmasına, qalibiyyət əzminin güclənməsinə və sağlam rəqabət mühitinin yaranmasına şərait yaradır.
Estafet xarakterli yarış iştirakçılar arasında əməkdaşlıq, qarşılıqlı dəstək və komanda məsuliyyəti kimi dəyərlərin inkişafına töhfə verib. Şagirdlər həm idmanın faydalarını yaxından hiss edib, həm də sinif yoldaşları ilə birlikdə uğur qazanmağın sevincini yaşayıblar.

Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey 11/06/2026

2026-2027-ci tədris ili üçün liseyin 8-9-cu siniflərinə qəbul başladı.Qeydiyyat müddəti 25.06.2026- cı il tarixində bitəcəkdir.

Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey 8 və 9-cu-cu siniflər üzrə liseyə qəbul şərtləri: - Şagird qəbulu 8 və 9-cu-cu siniflər üzrə aparılır. - Azərbaycan dili, riyaziyyat və xarici dil ( ingilisi dili) fənləri...

Photos from Cəlilabad Rayon Təhsil Sektoru üzrə Cəlilabad şəhər 1 N-li lisey's post 11/06/2026

Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü liseydə təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi məqsədilə 7, 8 və 10-cu siniflər üzrə yekun sınaq monitorinqi təşkil olunmuşdur.

Monitorinq zamanı şagirdlərin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə bilikləri, analitik düşünmə bacarıqları və mövzulara yanaşma tərzləri qiymətləndirilmişdir. İmtahan nəticələri liseydə tədris prosesinin güclü və zəif tərəflərini müəyyənləşdirməyə, həmçinin gələcəkdə tədris strategiyalarının daha da təkmilləşdirilməsinə imkan verəcəkdir.

Manitorinqlərin təşkili şagirdlərin öz biliklərini sınaması, müəllimlərin isə tədris nəticələrini obyektiv şəkildə analiz etməsi üçün mühüm platforma rolunu oynayır.Bu proses həm şagirdlərin məsuliyyət hissini artırır, həm də onların gələcək imtahanlara daha hazırlıqlı olmasına şərait yaradır.

Keçirilmiş yekun sınaq monitorinqi liseydə təhsil keyfiyyətinin yüksəldilməsi, şagirdlərin biliklərinin möhkəmləndirilməsi və onların gələcək uğurlarına zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Photos from Cəlilabad Rayon Təhsil Sektoru üzrə Cəlilabad şəhər 1 N-li lisey's post 10/06/2026

Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü liseydə 2025–2026-cı tədris ilinin yekun qiymətləndirmələri uğurla başa çatdı.

2025–2026-cı tədris ilində liseydə təhsil prosesinin nəticələrinin obyektiv qiymətləndirilməsi məqsədilə tərtib olunmuş cədvələ əsasən bütün BSQ-lər uğurla keçirildi və yekunlaşdırıldı.

Bu imtahanlar şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, tədris ilində əldə olunan nailiyyətlərin dəyərləndirilməsi, həmçinin gələcək mərhələlərə hazırlığın müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

09/06/2026

Kosmosa açıqçalar” (Postcards to Space) layihəsi “Blue Origin” şirkəti tərəfindən əsası qoyulmuş “Club for the Future” təşkilatının həyata keçirdiyi kosmos elmi üzrə beynəlxalq təhsil təşəbbüsüdür. Proqram dünyanın hər yerindən şagirdlərə yaradıcı mesajlarını və rəsm əsərlərini real kosmik missiyalar vasitəsilə kosmosa göndərmək imkanı verir. Missiyadan sonra açıqcalar rəsmi “Kosmosa uçmuşdur” təsdiq möhürü ilə iştirakçılara geri qaytarılır və şagirdlərə kosmik kəşfiyyatla birbaşa şəxsi əlaqəni əlçatan edir.
“Məktəblilərarası milli kosmik poçt kart müsabiqəsi” layihəsi incəsənət, təssəvvür və STEAM yönümlü fəaliyyətlər vasitəsilə Azərbaycan məktəblilərini real kosmos missiyası ilə əlaqələndirən milli təşəbbüsüdür. Layihədə liseyimiz də işrirak etmiş, şagirdlər arasında daxili poçt kart müsabiqəsi təşkil olunmuş, bir qalib poçt kartı seçilərək həmin poçt kartın kosmosa göndərilməsi, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyaya təqdim edilməsi üçün yerli təhsil idarəetmə orqanlarına təqdim olunmuşdur.

09/06/2026
Photos from Cəlilabad Rayon Təhsil Sektoru üzrə Cəlilabad şəhər 1 N-li lisey's post 09/06/2026

Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü liseydə “Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində şagirdlərin iştirakı ilə xüsusi reportaj hazırlanıb. Reportajın mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti dayanıb.

Şagirdlər reportajda, Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında tarixi rolunu işıqlandırdılar, onun milli ideyaları və müstəqillik uğrunda mübarizəsini tamaşaçılara çatdırdılar, Azərbaycan tarixindəki əhəmiyyətini yaradıcılıqla və analitik yanaşma ilə təqdim etdilər.

Bu yaradıcı təşəbbüs şagirdlərin həm tarixi biliklərinin dərinləşməsinə, həm də media savadlılığının artırılmasına mühüm töhfə verir. Şagirdlərin bu təşəbbüsünü yüksək qiymətləndirir, onların milli-mənəvi dəyərlərə bağlılığını və yaradıcı bacarıqlarını alqışlayır, şagidlərə dəstək olan Azərbaycan dili və Ədəbiyyat müəllimlərinə təşəkkürümüzü bildiririk.

Want your school to be the top-listed School/college?

Telephone

Website