İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb

İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb, College & University, Azərbaycan Respublikası İsmayıllı rayonu Ruşan kəndi, Ismayıllı.

22/05/2026

Tədbirdə fəal iştirakına və nümunəvi davranışına görə şagirdlərə virtual yaşıl kart təqdim edilmişdir.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 22/05/2026

Memarlıq və şəhərsalma ili çərçivəsində şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və onların memarlıq mövzusuna marağını artırmaq məqsədilə məktəbdə şagirdlər arasında rəsm müsabiqəsi təşkil edilmişdir.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 19/05/2026

Bu gün II-IV siniflər arasında intellektual yarış keçirildi.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 13/05/2026

Bu gün məktəbimizdə "Atletika aylığı" çərçivəsində şagirdlərlə maarifləndirici söhbət aparıldı. Daha sonra V-XI siniflər arasında ən sürətli şagirdlərin 60-100 metr məsafəyə qaçış yarışı keçirildi.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 12/05/2026

11.05.2026 tarixində məktəbimizdə Qərbi Azərbaycan Icma üzvlərinin dəstəyi ilə "Qərbi Azərbaycan - Yaddaşdan qayıdışa " adlı tədbir keçirildi.Tədbirdə Alı Alıyev- folklorşünas ,tədqiqatçı alim, Faiq Xudayev- Dərələyəz mahalı Paşalı rayon icmasının sədri, Bəxtiyar Həsənov -tarixçi alim, Məhəmməd Rəsuloğlu-Gabud kənd icma sədri , İman Məmmədov - Qərbi Azərbaycan icmasının koordinatoru , Nazir Əhmədli -Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü ,Fəzair Məmmədov -Basarkeçər rayonu icma sədrinin müavini ,Qərbi Azərbaycan icmasının İsmayıllı rayonu üzrə icma sədri Vidadi Məmmədov , İsmayıllı rayon ziyalısı,el ağsaqqalı Valeh Salehov iştirak edirdilər .Tədbirdə Qərbi Azərbaycan adət -ənənələri , qədimi məişət əşyaları nümayiş olundu . Məktəb şagirdlərinin ifasında Qərbi Azərbaycan aşıqlarının şeirləri ,bayatıları səsləndi. X sinif şagirdi Vəliyeva Gülməkanın ifasında "İrəvanda xal qalmadı " "Qərbi Azərbaycanım", mahnısı Qərbi Azərbaycana həsr olunmuş digər mahnılar ,şeirlər səsləndi ,haxıştalar oxundu .Sonda məktəb şagirdləri birliyin,möhkəmliyon rəmzi olaraq "Aman Tello" rəqs havasında yallı oynadılar . Tədbir ulu öndərin öz ifasında "Biz mütləq öz dədə- baba torpaqlarımıza dönəcəyik" sözləri ilə başa çatdı .

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 08/05/2026

1.Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar məktəbimizdə həftə ərzində silsilə tədbirlər təşkil edildi.
Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş esse müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər Ulu Öndərin həyat yolu, Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu və xalqımız qarşısındakı tarixi xidmətləri barədə fikirlərini yazılı şəkildə ifadə etdilər.
2.“Memarlıq və şəhərsalma ili” çərçivəsində “Heydər Əliyev milli memarlığımızın qoruyucusu və inkişaf etdiricisidir” mövzusunda rəsm müsabiqəsi təşkil edildi. Müsabiqədə şagirdlər Azərbaycanın tarixi və müasir memarlıq abidələrini təsvir edərək, Ulu Öndərin milli memarlıq irsinin qorunması və inkişafındakı xidmətlərini öz yaradıcılıq işlərində əks etdirdilər.
3. Ümumilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına aid videoçarx, şeirlər və çıxışlardan ibarət ümumi tədbir təşkil olundu. Tədbirdə Ulu Öndərin zəngin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri haqqında məlumat verildi.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 24/04/2026

Memarlıq və Şəhərsalma ili çərçivəsində məktəb rəhbərliyinin təşəbbüsü ilə İsmayıllı Dövlət Rəsm Qalereyasının dəvət olunmuş əməkdaşları – elmi işçi Afaq Orucova, ekskursiyaçı Təranə Yüzbayeva­nın iştirakı ilə məktəb şagirdləri üçün “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda maarifləndirici görüş təşkil edilmişdir. Görüş zamanı şagirdlərə Ümummilli Lider Heydər Əliyevin memarlıq sahəsinə verdiyi töhfələr, milli memarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda milli üslubun xüsusiyyətləri izah olunmuş, bu sahədə həyata keçirilən layihələrdən nümunələr təqdim edilmişdir. Ekskursiya çərçivəsində şagirdlər rəsm əsərləri ilə tanış olmuş, onların dünyagörüşünün genişlənməsinə və estetik zövqlərinin formalaşmasına şərait yaradılmışdır.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 24/04/2026

“Böyük Azərbaycan şairi, dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illik yubileyi münasibətilə məktəbimizdə geniş və məzmunlu tədbir keçirildi”

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 24/04/2026

“Valideyn məmnunluğunun artırılması və təhsil prosesinin daha səmərəli təşkili məqsədilə bəzi şagirdlərin valideynləri ilə görüşlər və maarifləndirici söhbətlər aparılmışdır.”

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 21/04/2026

Bu gün məktəbimizdə müxtəlif yaş qrupları şagirdlər arasında şahmat yarışması keçirildi.

Photos from İsmayıllı rayon Ruşan kənd Qərib Məmmədov adına tam orta məktəb's post 20/04/2026

Məktəbimizdə VIII-XI siniflər şagirdləri ilə "Fövqəladə hallar zamanı həyat və sağlamlığın mühafizəsi" mövzusunda maarifləndirici söhbət aparıldı. Təhsil Nazirliyinin göndərdiyi videoçarxlar şagirdlərə təqdim olundu.

Want your school to be the top-listed School/college in Ismayıllı?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Azərbaycan Respublikası İsmayıllı Rayonu Ruşan Kəndi
Ismayıllı
3124