Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi

Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi, School, Ивановка, Ismayıllı.

24/08/2026

Dağlıq Şirvan RTİ üzrə I sinfə qəbulla bağlı 2764 sorğu yerləşdirilib
-----
24 avqust saat 11:00-a olan məlumata əsasən, Dağlıq Şirvan RTİ üzrə ümumtəhsil müəssisələrinin birinci sinfinə 2764 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az
portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

23/08/2026
18/08/2026
17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

13/08/2026

168 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
‎- - - - -
‎Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 168 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

‎Belə ki, onlardan 91 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 77 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

‎Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

11/08/2026

Ümumi təhsil müəssisələrində vakant olan vəzifələr üzrə işə qəbul üçün müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan kitabxanaçı, kitabxana müdiri, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələri üzrə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə iki mərhələdən - sənəd qəbulu və test imtahanından ibarət olmaqla həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq, həmin Qaydada nəzərdə tutulmuş şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsində qanunvericilik, informasiya-kommunikasiya texnologiyaları və tutulacaq vəzifənin tələbləri üzrə biliklərinin yoxlanılması məqsədilə 60 sual təqdim ediləcək. Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavablara təsir göstərməyəcək. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab ediləcək.

Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqə nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçiriləcəkdir.
Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
- müharibə iştirakçıları və onların ailə üzvləri
- təhsil səviyyəsi daha yüksək olan şəxslər
- iş stajı daha çox olan şəxslər
- müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.
Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi vakant yer yarandıqca onların bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: Laborant və katibə-makinaçı vəzifələri üzrə yaxın müddətdə işə qəbul həyata keçirildiyindən və həmin vəzifələr üzrə ehtiyat kadrlar mövcud olduğundan, hazırda qeyd olunan vəzifələr üzrə işə qəbul aparılmır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 11-16 avqust 2026-cı il tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSefnDuzVQVkoNRsE7gjgHQUnqffzDh7vzCUIoe0Mum-npycJw/viewform?usp=publish-editor

Vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/drive/folders/1ziFCVnfw_BIJ0yNmigJHgUQmpe2w1pcM

09/08/2026
🇦🇿 Məktəbimizin şagirdlərindən möhtəşəm nəticə! 🚴‍♀️06–07 avqust 2026-cı il tarixlərində keçirilən Trek üzrə Temp növlər...
08/08/2026

🇦🇿 Məktəbimizin şagirdlərindən möhtəşəm nəticə! 🚴‍♀️
06–07 avqust 2026-cı il tarixlərində keçirilən Trek üzrə Temp növlərində Ölkə Kuboku yarışında məktəbimizin şagirdləri Suvar İsayeva və Marina Akimova uğurla çıxış edərək müvafiq olaraq yüksək nəticələr əldə ediblər. 👏🥈
🥈 Suvar İsayeva – U15 qızlar, 500 m fərdi ötüşmə
🥉 Suvar İsayeva – U15 qızlar, 2 km fərdi ötüşmə
🥈 Marina Akimova – U17 qızlar, 500 m fərdi ötüşmə
🥈 Marina Akimova – U17 qızlar, 2 km fərdi ötüşmə
Şagirdlərimizi və müəllim Oleq Ravçeyvi bu gözəl nəticələr münasibətilə ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

Address

Ивановка
Ismayıllı
AZ3114

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category