31/01/2025
31 yanvar 2025-ci il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin,Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektoru, ATİAHİ İsmayıllı Rayon Komitəsi və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə gənclərlə görüş keçirildi.
Tədbir öncəsi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, İsmayıllı təhsil sektorunun müdiri Rəşid Məmmədov, aparıcı məsləhətçi Gülnarə Qurbanova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov,İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nümayəndəsi Nilufər Mürsəliyeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva və şəhid ailələrinin üzvləri, qazilər, təhsil və mədəniyyət sahəsində fərqlənən gənc müəllimlər və fəal gənclər iştirak etmişdir.
Tədbirdə həmçinin Diyallı kənd tam orta məktəbin direktor müavini, gənc müəllim Ülvi Osmanlı məruzə ilə çıxış edib.
Tədbirdə çıxışlarla yanaşı Sahibə Abdullayeva,Tərlan Əliyev,Qərib Qəlibzadə və Ceyhun Haşımovun ifalarında maraqlı mahnılar ifa olundu.
Təhsildə nailiyyətləri ilə fərqlənən müəllimlər Dağlıq Şirvan Regional Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi