İsmayıllı rayonu Quşencə kənd Ə. Babayev adına tam orta məktəb

İsmayıllı rayonu Quşencə kənd Ə. Babayev adına tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İsmayıllı rayonu Quşencə kənd Ə. Babayev adına tam orta məktəb, School, Ismayıllı.

Məzunlarımızı Təbrik Edirik! 🔔   Məktəb illərinin son akkordu, yeni və müstəqil həyatın ilk sədası olan "SON ZƏNG" sorağ...
13/06/2026

Məzunlarımızı Təbrik Edirik! 🔔
Məktəb illərinin son akkordu, yeni və müstəqil həyatın ilk sədası olan "SON ZƏNG" sorağı ilə növbəti bir tədris ilini geridə qoyduq.
Bu gün məktəbimizlə vidalaşan, doğma sinif otaqlarına və müəllimlərinə "əlvida" deyən bütün məzunlarımızı ürəkdən təbrik edirik!
Bu nailiyyətlərin memarı olan fədakar müəllimlərimizə və övladlarının sevincini paylaşan valideynlərə dərin təşəkkürümüzü bildiririk.
Yolunuz açıq, gələcəyiniz parlaq olsun, əziz məzunlar! 🎓✨

15 İyun – "Milli Qurtuluş Günü"  məktəbimizdə qeyd olundu!Məktəbimizin tarix müəllimi Ədalət İsgəndərov tərəfindən şagir...
12/06/2026

15 İyun – "Milli Qurtuluş Günü" məktəbimizdə qeyd olundu!
Məktəbimizin tarix müəllimi Ədalət İsgəndərov tərəfindən şagirdlərimizə "15 İyun - Milli Qurtuluş Günü"nün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verildi.
Maarifləndirici söhbət zamanı şagirdlərə 1993-cü ildə ölkəmizin üzləşdiyi çətin sınaqlar, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və bu qayıdışın müstəqil dövlətçiliyimizin xilasındakı həlledici rolu barədə məlumat verildi.

Ə.Babayev adına Quşencə kənd tam orta ümumtəhsil məktəbin futbol komandası Məktəblərarası keçirilən "Mini futbol" yarışı...
11/06/2026

Ə.Babayev adına Quşencə kənd tam orta ümumtəhsil məktəbin futbol komandası Məktəblərarası keçirilən "Mini futbol" yarışında məktəbimizi uğurla təmsil edərək II yerə layiq görülmüşdür. Şagirdlərimizi və Fiziki Tərbiyə müəllimi Ziya Əliyevi təbrik edir, növbəti yarışlarda da uğurlar arzu edirik.

Zəif oxuyan şagirdlərlə bağlı I, II, III, V, IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilən əlavə də...
09/06/2026

Zəif oxuyan şagirdlərlə bağlı I, II, III, V, IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilən əlavə dərs məşğələləri

Uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək, azərbaycançılıq ideologiyasına sadiq, vətəninə bağlı, mən...
08/06/2026

Uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək, azərbaycançılıq ideologiyasına sadiq, vətəninə bağlı, mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaş kimi formalaşmasına dəstək olmaq məqsədilə şagirdlər üçün Milli Filmlərimizin nümayişi təşkil olundu.
Nümayiş çərçivəsində şagirdlərə Azərbaycan kinosunun dəyərli nümunələrindən biri olan "Qayınana" filmi təqdim edildi.

08/06/2026
Məktəbimizdə gənc nəslin sağlam və fəal böyüməsi, zərərli vərdişlərdən uzaq olması məqsədilə psixoloq Aysel Məmmədova tə...
05/06/2026

Məktəbimizdə gənc nəslin sağlam və fəal böyüməsi, zərərli vərdişlərdən uzaq olması məqsədilə psixoloq Aysel Məmmədova tərəfindən "Narkomaniya və zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirildi.

Fiziki tərbiyə müəllimi Ziya Əliyev tərəfindən məktəbin V və VI siniflərinin iştirakı ilə futbol yarışı keçirildi.
04/06/2026

Fiziki tərbiyə müəllimi Ziya Əliyev tərəfindən məktəbin V və VI siniflərinin iştirakı ilə futbol yarışı keçirildi.

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Rüstəmova və Kitabxana rəhbəri Reyhan Mirzəliyeva tərəfindən ş...
04/06/2026

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Rüstəmova və Kitabxana rəhbəri Reyhan Mirzəliyeva tərəfindən şagirdlər üçün "Tanınmış şəxsiyyətlər" mövzusunda maraqlı və maarifləndirici dərs təşkil olundu.
Məqsəd şagirdlərə Azərbaycanın tarixini, mədəniyyətini, elmini və ədəbiyyatını dünyaya tanıdan görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını aşılamaqdır.

Məktəb psixoloqu Aysel Məmmədova və Biologiya müəllimi Kəmalə Ramazanova tərəfindən X sinifdə "Sağlamlıq" mövzusunda maa...
03/06/2026

Məktəb psixoloqu Aysel Məmmədova və Biologiya müəllimi Kəmalə Ramazanova tərəfindən X sinifdə "Sağlamlıq" mövzusunda maarifləndirici dərs keçirildi.

Address

Ismayıllı

Website

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı rayonu Quşencə kənd Ə. Babayev adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category