18/05/2026
18 May 2026-cı il tarixdə Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbində X sinif şagirdi Yarməmmədli Samir Xosrov oğlunun RFO coğrafiya fənni üzrə Ill yer tutması münasibətilə tədbir keçirildi. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, məktəb direktoru filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Çıxış edənlər Yarməmmədli Samir və onun müəllimini , metodist Kamallı Orxanı bu uğur münasibəti ilə əlaqədar təbrik etdilər. Sonda onlara Fəxri fərmanlar təqdim edildi və məktəb direktoru filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev məktəb kollektivinin adından söz verdi ki, bundan sonra da məktəb daim yeni-yeni uğurlar üçün əlindən gələni edəcək.
18/05/2026
18 May 2026-cı il tarixdə Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbinin X sinif şagirdləri 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Lahıc Tarix - Diyarşünaslıq Muzeyində olmuşlar. Muzey əməkdaşları şagirdləri muzeyin tarixi, burada nümayiş etdirilən eksponatlarla tanış etmiş və muzeyin Lahıcın ümumi tarixi, mədəniyyəti və sənətkarlıq ənənələrinin təbliğ edilməsində rolundan danışmışlar.
14/05/2026
14 may 2026-cı il tarixdə Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbində İcma əsaslı məktəbəqədər təhsil qruplarında olan uşaqların valideyn iclası keçirilmişdir. İclası qrupun rəhbəri Aynurə Əliyeva açdı, hər iki qrupda görülmüş işlər, məşğələlər haqqında məlumat verdi və hər bir uşağın portfoliosu olduğunu bildirdi. İclasda iştirak edən məktəb direktoru filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev valideynləri salamladı, qruplarda görülmüş işlərdən söz açdı. O valideynlərə göstərdiləri dəstəyə görə təşəkkür etdi.
13/05/2026
13 may 2026-cı il tarixində Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbin coğrafiya müəllimi , metodist Kamallı Orxan "Şəhərsalma və Memarlıq ili" -nə həsr olunmuş dəyirmi masa təşkil etdi . Bakı şəhəri üçün bu beynəlxalq tədbirin əhəmiyyəti vurğulandı. Dəyirmi masa ətrafında təşkil edilən müzakirə maraqlı məqamlarla yadda qaldı .
13/05/2026
13 May 2026-cı il tarixdə Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi Bənövşə İsmayılovanın rəhbərliyi ilə 5-9-cu siniflərin şagirdləri arasında Atletika üzrə yarışlar keçirildi. Yarışlar gərgin mübarizə şəraitində keçdi və qaliblər müəyyənləşdirildi. Atletika həftəmiz davam edir...
12/05/2026
5-8 May 2026-cı il tarixdə Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbində əksər siniflərdə bədii oxu saatları keçirildi və oxudan sonra oxunan əsərlər ətrafında müzakirələr aparıldı.
05/05/2026
5 may 2026-cı il tarixdə Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbində 9 və 11-ci sinif şagirdləri ilə İsmayıllı Peşə Tədris Mərkəzinin əməkdaşlarının görüşü keçirildi. Görüşdə Peşə Tədris Mərkəzi haqqında təqdimat edildi, şagirdlərə Mərkəzdə tədris edilən peşələr barədə ümumi məlumatlar verildi və sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
05/05/2026
28.04.2026- cı il tarixində məktəbin coğrafiya müəllimi , metodist Orxan Kamallı məktəbimizin müəllimlər otağında 2026-cı il Şəhərsalma və memarlıq ili çərçivəsində WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyətini ilə bağlı təqdimat (dəyirmi masa) keçirilmişdir. Tədbir yalançı urbanziasiya və suburbanizasiya istiqamətində olmuşdur. Tədbirdə məktəbin XI sinif şagirdləri iştirak etmişdir . Qarşılıqlı şəkildə müzakirə təşkil olundu .
04/05/2026
04.05.2026-cı il tarixdə məktəbimizin 7-ci sinfində kimya müəllimi Aygün Osmanova " Turşular və turş mühit " mövzusunda nümunəvi açıq dərs keçdi.
Müəllim təlim nəticələri və onlara müvafiq olan qiymətləndirmə meyarlarını şagirdlərə elan edərək öyrənmə fəaliyyətini təşkil etdi .Tapşırıqlar birbaşa təcrübi - praktik təzahürlərlə ehtiva olunurdu . Qrup işinin təşkili və kimyəvi laboratoriya şəraitində sulfat, xlorid , nitrat və sulfit turşularının üzərində aparılan reaksiyalar əyani təsəvvür formalaşdırdı. Dərs boyunca şagirdlərlə aparılan əks - əlaqələr (rəyvermələr) onların gələcək inkişaf təmayüllərini özündə hifz edirdi. Müəllim dərsin sonunda refleksiya təşkil etdi . Müəllimimizi nümunəvi dərsi münasibəti ilə əlaqədar təbrik edir , ona bundan sonrakı pedaqoji fəaliyyətində də uğurlar arzulayırıq .