13/06/2026
Məktəbimizdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son Zəng” tədbiri keçirildi.
🇦🇿🇦🇿🇦🇿
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra məktəbin direktoru Şaiq Məmmədov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı, bilik, vətənpərvərlik və mənəvi dəyərlərə sadiq qalmağın vacibliyini vurğuladı.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Vətən müharibəsi iştirakçısı, qazi Həşimov Qismət Razim oğlu çıxış edərək şagirdlərə gələcək həyatlarında uğurlar arzuladı, Vətənə layiqli vətəndaş olmağın önəmindən danışdı.
Daha sonra ibtidai sinif müəllimi Rəhimova Mailə, sinif rəhbəri Kazımlı Zümrüd və valideynlər çıxış edərək məzunlara ən xoş arzularını çatdırdılar, onlara gələcək həyatlarında uğurlar dilədilər.
XI sinif şagirdi Qəhrəmanova Aytəkin Yasəf qızı çıxış edərək müəllimlərə, valideynlərə və məktəb kollektivinə göstərilən qayğı və dəstəyə görə təşəkkürünü bildirdi.
Tədbir I sinif şagirdlərinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalarla davam etdi. Sonra ənənəyə uyğun olaraq XI sinif üzrə sinif nümayəndəsi Qəhrəmanova Aytəkin ötən il məzunlardan təhvil aldığı müqəddəs üçrəngli Azərbaycan bayrağını X sinif üzrə sinif nümayəndəsi Qəhrəmanova Qönçəyə təqdim etdi.
Tədbir “Son Zəng”in səsləndirilməsi ilə yekunlaşdı.
Məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar, yeni nailiyyətlər və işıqlı bir gələcək arzulayırıq! 🇦🇿🎓🌹