13/06/2026
13.06.2026-cı il tarixdə İmişli rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə "Son Zəng" tədbiri keçirildi.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı İltizam Quliyev,İmişli rayon təhsil sektorunun əməkdaşı Vüsal Bayramov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və məzunlar iştirak etdilər.
"Son Zəng” tədbiri məktəblilərin hazırladıqları rəngarəng musiqili - bədii çıxışlarla izlənildi. Son zəng səsləndi və şagirdlərə uğurlar arzulandı.
Məzunlarımızı təbrik edir, təhsildə və şəxsi həyatlarında uğurlar arzu edirik!
🔔
12/06/2026
65-il bir tarix,bir ömür…
“Uzun illər ərzində məktəbimizdə şagirdlərin sağlam, güclü və vətənpərvər ruhda yetişməsində əvəzsiz xidmətləri olan dəyərli Fiziki tərbiyə müəllimimiz Məmmədov Şahmar 65 yaşını tamamlayaraq əmək fəaliyyətini başa vurur. Ona göstərdiyi zəhmətə, fədakarlığa və hər bir şagirdə verdiyi dəyərə görə sonsuz təşəkkürümüzü bildiririk. Gələcək həyatında möhkəm can sağlığı, xoşbəxtlik və firavan günlər arzulayırıq. Yolunuz həmişə açıq olsun, hörmətli müəllim!”
10/06/2026
Məktəbimizin 7-ci sinif şagirdi Behbudov Hüseyn Zamir oğlu Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində yüksək nəticə göstərərək Qızıl Medala layiq görülmüşdür. Bu böyük nailiyyət münasibətilə şagirdimizi, müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək uğurlar arzulayırıq.
Əzmi, biliyi və zəhməti sayəsində qazandığı bu uğur bütün məktəb kollektivimiz üçün qürur mənbəyidir. 👏📚✨
01/06/2026
🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu🥳🎈
İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.
29/05/2026
21.05.2026
İmişli rayon Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində "Ustad dərs" lər davam edir. Məktəbimizin qabaqcıl müəllimlərindən olan Günel müəllimənin təşkil etdiyi dərs məktəb rəhbərliyi və müəllimlər tərəfindən bəyənildi.Dərs prosesində bütün şagirdlərin aktiv iştiraki müsbət qiymətləndirildi. Məktəbimizin metodisti Kəmalə Əmirova da dərsdinləmələr zamanı müəllimənin dərsini yüksək dəyərləndirdiyini bildirdi .
22/05/2026
İmişlidə “Gələcəyini qoru, narkotikə yox de!” mövzusunda maarifləndirici görüşlər keçirilib.
---
İmişli rayonunda gənclərin sağlam həyat tərzinə təşviqi, onların zərərli vərdişlərdən uzaq saxlanılması və narkomaniyaya qarşı mübarizə istiqamətində növbəti maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər İmişli rayon prokurorluğu və İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 1, 2, 5, 7 və 8 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.
“Gələcəyini qoru, narkotikə yox de!” mövzusuna həsr olunan görüşlərdə şagirdlərlə açıq müzakirələr aparılıb, narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib. Çıxış edənlər xüsusilə yeniyetmə və gənclərin sağlam düşüncəli, savadlı və vətənpərvər ruhda formalaşmasının vacibliyini vurğulayıblar.
Görüşlərdə çıxış edən İmişli rayon prokuroru Valeh Səmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələrdən danışaraq bildirib ki, bu bəla yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin gələcəyinə ciddi təhdid yaradır. O, gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin mühüm rol oynadığını diqqətə çatdırıb.
İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev isə çıxışında məktəblərdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların elmə, idmana və sosial fəaliyyətlərə yönləndirilməsi sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Tədbirlər zamanı iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən məlumatlar təqdim olunub, mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb
20/05/2026
Məktəbimizdə müxtəlif fənlər üzrə ustad dərslərin keçirilməsi uğurla davam edir.
Bu gün məktəbimizin Fiziki tərbiyə müəllimi Elvin Mehdiyev tərəfindən 5C sinifində "Çeviklik qabiliyyətinin təkmilləşdirilməsi - Kordinasiya və reaksiya çevikliyi mövzusunda Fiziki tərbiyə fənnindən ustad dərs keçirilib.
Dərsin məqsədi şagirdlərdə Çeviklik qabiliyyətinin təkmilləşdirilməsini apararaq, onlarda diqqətin bölüşdürülməsi,
göz-əl koordinasiyası və
məkan hissiyyatını inkişaf etdirməkdən ibarət olub.
Bu dərsin dinlənilməsi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, metodist Kəmalə Əmirova və məktəbin digər fənn müəllimləri tərəfindən aparılaraq qiymətləndirilmişdir.
20/05/2026
19.05.2026
✨ Film nümayişi 🎬📽️
🇦🇿 Şagirdlərdə milli dəyərlərə bağlılıq, vətən sevgisi və mənəvi keyfiyyətlərin formalaşdırılması məqsədilə 3“b” sinif şagirdləri Rəqsanə Bayramovanın təşkilatçılığı ilə “Bir qalanın sirri” filmini izləyiblər 🎞️
20/05/2026
🔹 Məktəbdaxili təhlükəsizlik və maarifləndirmə tədbirləri çərçivəsində N.Gəncəvi adına 2nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə növbəti görüş təşkil olunmuşdur.
Tədbirdə “Azərbaycan Dəmir yolları” QSC İmişli Mühafizə bölməsinin rəisi Rauf Bağırov,İmişli xətt polis şöbəsinin əməkdaşı Polis kapitanı Cavanşir Bayramlı iştirak etmişlər.
📌Görüş zamanı şagirdlərlə təhlükəsiz davranış qaydaları barədə maarifləndirici söhbətlər aparılmışdır. Şagirdlərə təhlükəsiz və sağlam təhsil mühitinin qorunmasının vacibliyi diqqətə çatdırılmışdır.
📍Məqsəd şagirdlər arasında məsuliyyət hissinin artırılması, təhlükəsiz mühitinin formalaşdırılması olmuşdur. 🤝📘
20/05/2026
🍎🥦 Sağlam qida – sağlam həyatın təməli!
Sağlam qidalanma insan orqanizminin düzgün inkişafı və güclü immun sisteminin formalaşması üçün vacib amillərdən biridir. Gündəlik rasionda meyvə və tərəvəzlərə, təbii və faydalı qidalara üstünlük vermək orqanizmin enerji ehtiyacını qarşılayır və sağlamlığı qoruyur. 💪🌱
Eyni zamanda, şəkərli və fast-food məhsullarının həddindən artıq istifadəsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. ⚠️ Buna görə də düzgün və balanslı qidalanma vərdişlərinin formalaşdırılması hər birimiz üçün böyük əhəmiyyət daşıyır.
Unutmayaq ki, sağlam seçimlər sağlam gələcəyin əsasını qoyur! ✨