İmişli şəhər Uşaq Musiqi Məktəbi

İmişli şəhər Uşaq Musiqi Məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İmişli şəhər Uşaq Musiqi Məktəbi, Music Lessons & Instruction School, Проспект Г. Алиева, 117, Imishly.

20/09/2025

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Diyardan diyara Üzeyir nəğməsi” adlı konsert proqramı təşkil edilib.

18/09/2025
Məktəbimizin məzunu Nurullayev Roman Azərbaycan Milli Konservatoriyasına qəbul olub Təbrik edirik və gələcək təhsilində ...
27/08/2025

Məktəbimizin məzunu Nurullayev Roman Azərbaycan Milli Konservatoriyasına qəbul olub

Təbrik edirik və gələcək təhsilində uğurlar arzulayırıq!

Məktəbimizin məzunu, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində fortepiano ixtisasına yiyələnmiş Mahmu...
27/08/2025

Məktəbimizin məzunu, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində fortepiano ixtisasına yiyələnmiş Mahmudova Aydan bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub

Təbrik edirik və gələcək təhsilində uğurlar arzulayırıq!

Məktəbimizin məzunu Yusifzadə Bəxtiyar Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinə qəbul olub T...
27/08/2025

Məktəbimizin məzunu Yusifzadə Bəxtiyar Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinə qəbul olub

Təbrik edirik və gələcək təhsilində uğurlar arzulayırıq!

13/08/2025

📢 Attestasiyanın ikinci mərhələsinin nəticələri üzrə növbəti təlimlərə başlanılır

🎶🎨Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 📍Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesinin ikinci mərhələsinin nəticələrinə əsasən, 3️⃣ əleyhinə, 2️⃣ lehinə səs nisbəti ilə qiymətləndirilmiş 70-dən çox təhsilverən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən təlimlərə cəlb olunacaq.

🎓 Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən təlimlərin ikinci mərhələsində 🎹 fortepiano, 📚 musiqi nəzəriyyəsi, 🎻 tar, 🎼 kamança, 🎶 qarmon, 🎤 xanəndəlik və 🥁 nağara ixtisasları üzrə iştirakçılar zəngin proqram əsasında dərslərə cəlb olunaraq, hər bir ixtisas üzrə nəzəri biliklərlə yanaşı 📖 praktiki ifa bacarıqlarını da inkişaf etdirmək imkanı qazanacaqlar.

📩Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə 📧elektron poçt və 📱SMS məlumatlandırma xidməti vasitəsilə bildirişlər göndəriləcək.

Ətraflı: https://culture.gov.az/az/news/news-detail/attestasiyanin-ikinci-merhelesinin-neticeleri-uzre-novbeti-telimlere-baslanilir/2740

26/07/2025

Uşaq İncəsənət Festivalının 2-ci Seçim Mərhələsi başlayır! 🔥

4 avqustdan etibarən Uşaq İncəsənət Festivalının ikinci seçim turu rəsmi olaraq start götürəcək və səhnədə özünü göstərmək, istedadını parlatmaq istəyən bütün iştirakçılar üçün həyəcan dolu anlar yaşanacaq. 🎭🎶

📢 Diqqət! Yaxın günlərdə məntəqələr və tarixlər haqqında bütün məlumatlar www.uif.az portalında şəxsi kabinetinizdə yerləşdiriləcək.

15/07/2025

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

04/07/2025

Uşaq İncəsənət Festivalının I seçim turunun nəticələri artıq bəllidir! 😍

Hər kəs www.uif.az portalına keçid edərək nəticəsini yoxlaya bilər! 👀✨

Yaxın günlərdə növbəti seçim turunun vaxtı və məntəqələri haqqında da məlumat paylaşacağıq.

Gözünüz bizdə olsun. 😉💬

📩 Apelyasiya müraciəti etmək istəyənlər üçün: [email protected] e-poçt adresi və 147 qaynar xətti aktivdir

19/06/2025

İmişli şəhər Uşaq Musiqi məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlara Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyəyini əks etdirən fotostendlər barədə məlumat verilib. Daha sonra UİF 2025 iştirakçıları rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Address

Проспект Г. Алиева, 117
Imishly

Website

Alerts

Be the first to know and let us send you an email when İmişli şəhər Uşaq Musiqi Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share