Sahibe İdris

Sahibe İdris

Share

...

27/09/2024

Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Artıq dördüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Ötən il olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.
2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.
Bütün bunlara Azərbaycan Ordusunun şəhidlərinin qanı bahasına nail olunub. Uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.
İllər ötəcək, nəsillər dəyişəcək, müdrik Azərbaycan xalqı müqəddəs şəhidlərimizi heç zaman unutmayacaqdır. Onların əziz xatirəsi hər zaman böyük hörmət və ehtiramla anılacaqdır.
Allah şəhidlərimizə rəhmət eləsin!

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

26/08/2024

HÖRMƏTLİ SEÇİCİLƏR!

1 SENTYABR 2024-cü il AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR GÜNÜDÜR. SEÇKİLƏRDƏ FƏAL OLAQ!

23/08/2024

HÖRMƏTLİ SEÇİCİLƏR!

1 SENTYABR 2024-cü il AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR GÜNÜDÜR. SƏSVERMƏDƏ FƏAL İŞTİRAK EDƏK!

Photos from Sahibe İdris's post 23/08/2024

Seçicilərin mövqeyi önəmlidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İsrafil Məmmədovun İmişli rayon Bəcirəvan və Ağcüyür kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev qeyd edib ki, Azərbaycan mühüm bir siyasi hadisə ərəfəsindədir: “Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin siyasi həyatında xüsusi önəm kəsb edir”.
Çıxış edən YAP-ın 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi İsrafil Məmmədov, əvvəlcə YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampanıyası və seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək: “Bu bizim üçün şərəf və qürurdur, bu qüruru bizə yaşadan Ali Baş Komandanımız və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir”. Deputatlığa namizəd deyib ki, hər bir seçicinin mövqeyi YAP və dövlət üçün çox önəmlidir.
İsrafil Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə Əzimi İsmayılzadə, Nofəl Atakişiyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Photos from Sahibe İdris's post 23/08/2024

Uğurlu siyasətin izi ilə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonunda seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb. O qeyd edib ki, bu seçkilərdə xalqın seçimi yenə də YAP-ın namizədləri olacaq.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı artıq 30 ildən çoxdur ki, Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan bəhs edib. O bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə mühüm irəliləyişə nail olub: “Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə edilir”.
Tədbirdə Lalə Heydərova, Şakir Quliyev, Lətifə İmanova və digərləri çıxış ediblər.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

22/08/2024

HÖRMƏTLİ SEÇİCİLƏR!

1 SENTYABR 2024-cü il AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR GÜNÜDÜR. HAMILIQLA SƏS VERƏK!

Photos from Sahibe İdris's post 17/08/2024

Hədəflər uğurla reallaşdırılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayon Qızılkənd kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı qeyd edib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır.
Səyyad Salahlı seçiciləri vətəndaşlıq hüququndan istifadə edərək parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib.
Tədbirdə təşviqat qrupunun üzvləri Əlimirzə Şirinov, Qalib Mirzəyev və digərləri də çıxış edərək YAP-ın yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazandığını və bu dəfə də belə olacağını əminliklə söyləyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Ağaməmmədli kəndində Vətən müharibəsi şəhidi Elnur Bəylərovun ailəsini ziyarət edib, seçicilərlə fərdi görüşlər keçirib.

16/08/2024

1 SENTYABR 2024-cü il AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR GÜNÜDÜR. HƏR BİRİMİZİN SƏSİ HƏLLEDİCİDİR!

Photos from Sahibe İdris's post 16/08/2024

İmişli seçicilərinin seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının YAP İmişli rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən dövr ərzində çətin və şərəfli yol keçib. Bu gün partiyamız nəinki ölkənin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb.
Tədbirdə çıxış edən deputatlığa namizəd Səyyad Salahlı çıxışında YAP-ın seçki platformasından danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdiyini xüsusi vurğulayıb.
O da qeyd olunub ki, şəhid ailələrinə, müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaq”.
S.Salahlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin şəhid atası Çingiz Səfərov, Madər Hüseynov və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Photos from Sahibe İdris's post 15/08/2024

“Azərbaycan gəncliyinin seçimi Yeni Azərbaycan Partiyasıdır!”
2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan dövləti uğurlu gənclər siyasəti həyata keçirir. O qeyd edib ki, Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində layiqincə təmsil olunaraq mühüm uğurlara imza atırlar.
Deputatlığa namizəd Səyyad Salahlı YAP-ın seçki platformasından ətraflı bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin əsasının qoyulmasıdır: “Bu gün gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənib. Təqdirəlayiqdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə döyüş meydanında tarix yazıb - Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında misilsiz rol oynayıb”.
Səyyad Salahlı gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbir iştirakçılarından Aqil İsmayılzadə, Orxan Əliyev və digərləri çıxış edərək Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olduğunu vurğulayıb və seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Həmin gün deputatlığa namizəd rayonun Muradxanlı kəndində də görüşlər keçirib.

15/08/2024

1 SENTYABR 2024-cü il AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR GÜNÜDÜR. SƏSİNİZ HƏLLEDİCİDİR!

Want your school to be the top-listed School/college in Imishly?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Azərbaycan
Imishly