Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

Tanırqulu Əliqulu oğlu adına

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 20/05/2026

Məktəbdə uşaq birliyi rəhbəri və psixoloq tərəfindən müxtəlif sinif şagirdləri ilə “İnsan alveri” və “Narkomaniyaya yox deyək” mövzularında maarifləndirici söhbətlər aparılmışdır. Söhbətlər zamanı şagirdlərə insan alverinin və narkomaniyanın fəsadları, onların yaratdığı təhlükələr, zərərli vərdişlərdən uzaq olmağın vacibliyi barədə ətraflı məlumat verilmişdir.

Photos from Azərbaycan Respublikasının Təhsil İnstitutu's post 19/05/2026
Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 19/05/2026

Məktəb psixoloqu və Uşaq Birliyi Rəhbəri tərəfindən 7-ci sinif şagirdləri ilə “Bullinq nədir?” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
Görüş zamanı şagirdlərə bullinqin mahiyyəti, onun yaratdığı psixoloji təsirlər, qarşısının alınması yolları və bu kimi hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat verilmişdir. Şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 19/05/2026

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərlə məktəb rəhbərliyinin görüşü keçirilmişdir.
Görüş zamanı müəllimlərlə sertifikasiya imtahanına hazırlıq prosesi, qarşıda duran əsas vəzifələr və imtahan zamanı diqqət yetirilməsi vacib olan məqamlar bir daha nəzərə çatdırılmışdır.
Məktəb rəhbərliyi müəllimlərin kifayət qədər bilikli və təcrübəli olduqlarını, lakin imtahan günü bu bilik və bacarıqları bir daha nümayiş etdirmələrinin vacibliyini vurğulamışdır. Eyni zamanda müəllimlərə motivasiyaedici tövsiyələr verilmiş, onlara uğurlar arzulanmışdır. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmişdir.

19/05/2026

Ötən həftənin “Nümunəvi şagirdi” adına məktəbin 8b sinif şagirdi Məmmədli Aysu Teymur qızı layiq görülmüşdür. Aysu bütün fənləri əla qiymətlərlə oxuyur, davranışı və məktəb həyatındakı fəallığı ilə seçilir. O, xüsusilə riyaziyyat fənninə böyük maraq göstərir və bu sahədə yüksək nəticələr əldə edir.
Eyni zamanda məktəbli geyim qaydalarına nümunəvi şəkildə əməl etməsi ilə də fərqlənir. Aysuya gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq.

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 18/05/2026

6-cı sinifdə təhsilalan şagirdlər üçün məktəbdaxili monitorinq imtahanı keçirilmişdir. İmtahanda iştirak edən 35 şagird Azərbaycan dili, Riyaziyyat və Təbiət fənləri üzrə təqdim olunan ümumilikdə 75 sualı cavablandırmışdır.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıq səviyyəsinin yoxlanılması, eləcə də tədrisin keyfiyyətinin qiymətləndirilməsi olmuşdur.

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 18/05/2026

6, 7, 8 və 9-cu siniflərdə təşkil olunan “Oxu dəqiqələri” zamanı şagirdlər tərəfindən Maqsud İbrahimbəyovun əsərləri, Elionor Porter-Polliana, Artur Konan Doyl, Çingiz Aytmatov-Ağ gəmi əsərləri oxunulmuşdur..
Oxunan əsərlər ətrafında müzakirələr aparılmış, şagirdlərin mütaliəyə marağının artırılması istiqamətində fikir mübadiləsi edilmişdir.

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 18/05/2026

İbtidai sinif şagirdlərindən ibarət “Bacarıqlı əllər” dərnəyində məşğələ dərs cədvəlinə uyğun olaraq davam etdirilir. Şagirdlər dərnək zamanı müxtəlif əl işləri hazırlayaraq yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər.

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 18/05/2026

1a, 3a, 3b, 5a və 7a siniflərində valideyn iclasları keçirilmişdir. İclaslarda şagirdlərin təlim-tərbiyəsi, dərsə davamiyyəti, nizam-intizam qaydaları və qarşıda duran məsələlər müzakirə olunmuşdur. Valideynlərlə fikir mübadiləsi aparılaraq onları maraqlandıran suallar cavablandırılmışdır.

Photos from Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi's post 18/05/2026

Şagirdimizə uğurlar

Photos from Goranboy Rayon Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 15/05/2026

Tarix fənn aylığı çərçivəsində 6-cı siniflərdə tarix müəllimi Bağırova Aytən tərəfindən “Əylənərək öyrənək” devizi altında Qafqaz Albaniyası və Atropatena dövlətlərinin müqayisəsinə həsr olunmuş dərs təşkil edilmişdir. Şagirdlər hər iki dövlətin coğrafi mövqeyi, idarəetmə sistemi, əhalisi, təsərrüfatı və tarixi əhəmiyyəti barədə məlumatları müqayisəli şəkildə təqdim etmiş, maraqlı müzakirələr aparmışlar

Want your school to be the top-listed School/college?

Telephone

Website

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00