Şuşa rayon 9 nömrəli tam orta məktəb

Şuşa rayon 9 nömrəli tam orta məktəb Şuşam, sən azadsan! Qarabağ-Azərbaycandır!

“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılırℹ️14 yanvar 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin 9–11-...
15/01/2026

“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

ℹ️14 yanvar 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin qeydiyyatı prosesinə başlanılır.

💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat 30 yanvar 2026-cı il tarixinə kimi aktiv olacaq.

🏛️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçıl...
15/01/2026

🏛️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında “Mənim irsim danışır” və “Məktəb Muzeyi” adlı respublika müsabiqələrinə start verilib.

🎯 Müsabiqələrin əsas məqsədi təhsilalanların ölkəmizin tarixi, memarlıq abidələri və mədəni irsi ilə daha yaxından tanış olmasını təşviq etmək, eyni zamanda uşaq və gənclərin yaradıcılıq və təqdimat bacarıqlarını inkişaf etdirməkdir.

🔗 Qeydiyyat linki: https://forms.gle/jRxUQJYR2RK329WT7

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanl...
15/01/2026

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.

Ətraflı: ⤵️
https://president.az/az/articles/view/71306
https://president.az/az/articles/view/71309

09/01/2026

Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 📚📖

Dərslik komplektlərinin layihələri 🌐 www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.

Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya 📧 [email protected] elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edir.

V sinifdə Açıq dərs 09.01.2026-cı il tarixdə məktəbin fəaliyyət planına əsasən "Riyaziyyat aylığı" çərçivəsində Kəmalə S...
09/01/2026

V sinifdə Açıq dərs

09.01.2026-cı il tarixdə məktəbin fəaliyyət planına əsasən "Riyaziyyat aylığı" çərçivəsində Kəmalə Sadıqovanın riyaziyyat fənnindən "Ədədin faizi" mövzusunda açıq dərsi keçirildi.

Açıq dərs zamanı şagirdlərin fəal iştirakı təmin olundu. Mövzu oyunlar, əyani vəsaitlər və həyatla əlaqəli tapşırıqlar vasitəsilə izah edildi.

Müasir təlim metodlarından istifadə edərək şagirdlərin məntiqi düşünmə, problem həlletmə və əməkdaşlıq bacarıqları inkşaf etdirildi.

Dərs şagirdlərin böyük marağına səbəb oldu və yüksək fəallıqla yadda qaldı.

Dərsdə məktəbin direktoru Vüsalə Alxanova, dərs hissə müdiri Aygün İsayeva, fizika müəllimi Rəvanə Həmidova iştirak etdilər.

Müzakirə zamanı Açıq dərsi yüksək səviyyədə qiymətləndirdilər. Qeyd etdilər ki, müəllim şagirdlərin fəallığını təmin etdi və təlim nəticəsinə nail oldu.

TənəffüsdəSokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: "Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə...
09/01/2026

Tənəffüsdə

Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: "Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar".

Təsadüfi deyildir ki, Ümummilli liderimiz H.Əliyev mütaliənin insanın bütöv şəxsiyyət kimi formalaşmasına, cəmiyyətin inkişafına əvəzsiz köməyini dəfələrlə vurğulamış, bu sahədə kitabxanalardan mənəvi xəzinə kimi bəhs edərək demişdi: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

Bu baxımdan şagirdlərimiz sevə-sevə tənəffüsdə asudə vaxtlarını mütaliə etməklə keçirirlər.

TəltifMəktəbimizin direktoru Vüsalə Alxanova bir qrup müəllimi təltif etdi.Məktəbimizin informatika müəllimi Aysel Yaqub...
09/01/2026

Təltif

Məktəbimizin direktoru Vüsalə Alxanova bir qrup müəllimi təltif etdi.

Məktəbimizin informatika müəllimi Aysel Yaqubova, fizika müəllimi Rəvanə Həmidova, biologiya müəllimi Samidə İmanova, coğrafiya müəllimi Ülviyyə Abdıyeva Təhsilverənlərin sertifikatlaşdırılmasının müsabiqə və müsahibə mərhələsində uğurlu nəticə göstərdikləri üçün Fəxri Fərmanla təltif edilmişlər.


09/01/2026

📢 Təhsil sənədləri artıq tam rəqəmsal formatda!
Nazirlər Kabinetinin yeni qərarına əsasən diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr tam elektron formada təqdim ediləcək. 🎓💻
✅ Eyni zamanda, təhsilini tamamlamayan şəxslərə verilən arayışlar da artıq elektron sənəd formasında təqdim olunacaq.

Ətraflı: https://ict.edu.az/az/news/tehsil-haqqinda-dovlet-senedleri-tam-reqemsal-formata-kecirilir-68

Prezident İlham Əliyev: “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”.".....
06/01/2026

Prezident İlham Əliyev: “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”.

"...Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Qeyd: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin, ədəbi dilin saflığının qorunması ilə bağlı mühüm məqamlara toxunaraq bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırıb.

Ətraflı: https://president.az/az/articles/view/71213

Address

Azərbaycan
Goradil

Telephone

+994123402261

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa rayon 9 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şuşa rayon 9 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category