Gəncə şəhər 28 nömrəli tam orta məktəb

Gəncə şəhər 28 nömrəli tam orta məktəb Gəncə şəhər 28№-li tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Qasımov Ruslan Ceyhun oğlu güləş üzrə Avropa çempionu olmuşdur.

Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr, tapşırıq və tövsiyyələrini əsas götürərək sistemli və ardıcıl fəaliyyət göstərir. Məktəbin yerləşdiyi ərazidə yaşayan əhali ilə məktəb arasında mütəşəkkil formada iş aparılır.

2012-2013-cü tədris ilində məktəbdə 821 nəfər şagirdin təlim – tərbiyəsi ilə 91 nəfər müəllim məşğul olur. Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə kollektiv qarşıya müasir təhsilin tələblərini səviyyəsinə cavab verən konkret vəzifələr qoymuş və bu vəzifələrin məsuliyyətlə, şərəflə yerinə yetirilməsi üçünpeşəkarlığı və tələbkarlığı artırmışdır. Təlim – tərbiyə prosesinin qoyulan tələb səviyyəsində qurulmasına nail olmaq üçün məktəbdə səmərəli və məqsədyönlü işlər aparılır. Bütün bunlar məktəbin demokratik qaydada idarə olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təlim – tərbiyə prosesinin düzgün təşkili və idarə olunması, şagird şəxsiyyətinin formalaşması, məktəbin valideynlərlə və icma ilə birgə fəaliyyətinin nəticəsidir ki, həm müəllimlərimiz, həm də şagirdlərimizin bir çoxu son 3 il ərzində sevindirici uğurlara imza atmışlar. Məktəbimizin Azərbaycan dili və ədbiyyat müəllimi Bayramova Gülafət Baharəddin qızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı – publisist kimi ədəbi uğurlar qazanmışdır.

2010-2011-ci ildə məktəbimizin müəllimlərindən riyaziyyat müəllimi Məmmədova Sara. Azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrənsə Əbdürrəhmanova Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşlər. Məktəbimizin rəsm, rəsmxətt və əmək hazırlığı müəllimi Həsənov Muradxan Məmməd oğlu Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Məktəbimizin şagirdlərindən Həsənov Zahid Rövşən oğlu 2010-cu ildə Çəmşid Naxçıvanski adına Hərbi liseyə yüksək balla (409) daxil olub. Həmin il Hərbi Ali məktəbə 2 nəfər şagirdimiz: Kərimov Asif Rizvan oğlu və Məmmədov Nicat Yusif oğlu qəbul olub. 2011-2012-ci dərs ilində Çəmşid Naxçıvanski adına Hərbi liseyə Əhmədov Hüseynqulu Saləddin oğlu da, 2010-2011-ci ildə də respublikamızın müxtəlif ali məktəblərinə daxil olan şagirdlərimiz yaxşı nəticələr göstərmişlər. Məktəbimizin məzunları Vəliyeva Nurtac Nihad qızı 2010-cu ildə 618 balla, Hüseynli Yüksel Cəfər qızı 624 balla və Fərəməzov Sərxan Maksim oğlu 606 balla Tibb Universitetinə qəbul olmuşlar. Məktəbin 9-11-ci sinif şagirdləri şəhər üzrə keçirilən fənn olimpiadalarında inşa yazı müsabiqələrində də, iştirak etmişlər. O cümlədən XI sinif şagirdi Qasımova Fəridə Akif qızı inşa yazı müsabiqəsində respublika turunda III yerə çıxmışdır. İdman üzrə yarışlarda da nəticələr uğurlu olmuşdur. N.Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən şəhər tədbirlərində müəllim və şagird kollektivi yaxından iştirak etmiş, sərgidə nümayiş etdikləri eks ponatlar və əsərlər içərisində dəri üzərinə yağlı boya ilə çəkilən “Leyli və Məcnun”, “ Sirlər xəzinəsi” , “Yeddi gözəl” əsərlərinə aid illüstrasiyalar böyük marağa səbəb olmuşdur. Məktəbdə qabaqcıl müəllimlərin fəaliyyəti hər zaman diqqət və qayğı ilə əhatə olunur. Belə ki, qabaqcıl müəllimlər məktəb müdiriyyəti tərəfindən fəxri fərmanlarla təltif olunur. Sosial və ictimai fəaliyyət

Vətənpərvərlik ruhunda tərbiyə etməli, bilikli, bacarıqlı şagirdlər yetişdirmək.

21/03/2026

Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin və yenilənmənin rəmzi olan Novruz bayramınız mübarək!🌸

20/03/2026

Ramazan bayramınız mübarək! 🌙 🕌

18.02.-19.02.2026-cı il tarixlərində məktəbin psixoloqları tərəfindən VI siniflərdə "Sağlamlığın əlifbası" adlı profilak...
20/03/2026

18.02.-19.02.2026-cı il tarixlərində məktəbin psixoloqları tərəfindən VI siniflərdə "Sağlamlığın əlifbası" adlı profilaktik söhbət aparıldı. Məqsəd insan sağlamlığın təkcə fiziki deyil, eyni zamanda psixoloji faktorlardan da asılı olduğunu vacibliyini vurğulamaq idi.


19/03/2026
19/03/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2026–2027-ci tədris ili üçün I sinfə qəbul zamanı prioritet hüququnun tətbiq olunacağı məktəblərin siyahısını təqdim edirik.

Məktəbimizdə şagirdlərin iştirakı ilə Novruz şənliyi keçirildi. Şənliyin keçirilməsində əsas məqsəd şagirdlərə xalqımızı...
19/03/2026

Məktəbimizdə şagirdlərin iştirakı ilə Novruz şənliyi keçirildi. Şənliyin keçirilməsində əsas məqsəd şagirdlərə xalqımızın zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini və əsrlər boyu formalaşmış adət-ənənələrini aşılamaq, onlarda milli kimlik və vətənpərvərlik hisslərini gücləndirmək oldu.


Məktəbin ibtidai sinif müəllimi Gülüstan Əliyeva 4c sinif şagirdləri və valideyinləri ilə birlikdə məktəbimizin məzunu o...
19/03/2026

Məktəbin ibtidai sinif müəllimi Gülüstan Əliyeva 4c sinif şagirdləri və valideyinləri ilə birlikdə məktəbimizin məzunu olan şəhid Elvin Mustafayevin ailəsini ziyarət etdilər.


Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimatın 2.2 bəndinə uyğun ol...
19/03/2026

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimatın 2.2 bəndinə uyğun olaraq məktəbimizdə yaradılmış tarixi eksponatlardan ibarət muzeydə şagirdlər üçün maarifləndirici dərs təşkil olundu. Dərs zamanı şagirdlər muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış oldular, onların tarixi və milli əhəmiyyəti haqqında ətraflı məlumatlandırıldılar.
Keçirilən bu dərsin əsas məqsədi şagirdlərdə tariximizə maraq oyatmaq, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi barədə maarifləndirmə aparmaq idi. Şagirdlər böyük maraqla eksponatları izlədilər və tariximiz haqqında yeni biliklər əldə etdilər.


Məktəbin tarix müəllimi Kübra Bağırova 9b  sinfində Həyat bilgisi fənni çərçivəsində "Məişətdə və gündəlik fəaliyyətdə t...
18/03/2026

Məktəbin tarix müəllimi Kübra Bağırova 9b sinfində Həyat bilgisi fənni çərçivəsində "Məişətdə və gündəlik fəaliyyətdə təhlükəsizlik qaydaları" mövzusunda maarifləndirici məşğələ keçirtdi.


Fənn aylığı çərçivəsində məktəbin fizika müəllimi Nailə İbrahimova 7b sinfində  "Elektrik dövrəsi və dövrə elementləri" ...
18/03/2026

Fənn aylığı çərçivəsində məktəbin fizika müəllimi Nailə İbrahimova 7b sinfində "Elektrik dövrəsi və dövrə elementləri" mövzusunda açıq dərs keçdi. Dərs zamanı şagirdlərə elektrik dövrəsinin quruluşunu, onun əsas elementlərini və işləmə prinsipini daha aydın və praktik şəkildə izah etdi. Mövzunu sadə və anlaşıqlı şəkildə təqdim edərək elektrik mənbəyi, naqillər, açar və istehlakçı kimi dövrə elementlərinin funksiyalarını izah etdi. Mövzu əyani vəsaitlər və praktik nümunələr vasitəsilə şagirdlərə çatdırıldı ki, bu da onların mövzunu daha dərindən mənimsəməsinə imkan yaratdı.
Şagirdlər dərs prosesində fəal iştirak edərək elektrik dövrəsinin qurulması ilə bağlı tapşırıqları yerinə yetirdilər, suallara cavab verdilər və mövzu ətrafında müzakirələr apardılar.


Məktəbin ibtidai sinif müəllimi Mədinə Kərimova 4d sinfində Həyat bilgisi fənni çərçivəsində "Məişətdə və gündəlik fəali...
17/03/2026

Məktəbin ibtidai sinif müəllimi Mədinə Kərimova 4d sinfində Həyat bilgisi fənni çərçivəsində "Məişətdə və gündəlik fəaliyyətdə təhlükəsizlik qaydaları" mövzusunda maarifləndirici məşğələ keçirtdi.


Fənn aylığı çərçivəsində məktəbin fizika müəllimi Vəfa Möylamova 7c sinif şagirdlərinə "İnduksiya yolu ilə elektriklənmə...
17/03/2026

Fənn aylığı çərçivəsində məktəbin fizika müəllimi Vəfa Möylamova 7c sinif şagirdlərinə "İnduksiya yolu ilə elektriklənmə" mövzusunda açıq dərs keçdi. Dərs zamanı şagirdlərə elektrik hadisələrinin əsas prinsiplərini daha aydın və əyani şəkildə izah etdi, induksiya yolu ilə elektriklənmə prosesinin mahiyyətini şagirdlərə çatdırdı. Mövzunu praktiki nümunələr və əyani vəsaitlərlə izah etdi, bu da şagirdlərin mövzunu daha dərindən mənimsəməsinə şərait yaratdı. Şagirdlər dərs prosesində fəal iştirak edərək suallar cavablandırdı, müzakirələr apardı və təcrübələr üzərində düşünərək nəticələr çıxardılar.
Sonda qeyd olundu ki, fizika yalnız nəzəri biliklərdən ibarət deyil, həm də gündəlik həyatımızda baş verən hadisələrin elmi izahıdır.


Address

Azərbaycan Bayrağı 1 Döngə
G***a
AZ2001

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+994224289734

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhər 28 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gəncə şəhər 28 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category