GDU Tarix-Coğrafiya fakültəsi

GDU Tarix-Coğrafiya fakültəsi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GDU Tarix-Coğrafiya fakültəsi, Educational Research Center, H. Əliyev 267, Ganja.

Səhifənin yaradılmasında məqsəd fakültə tələbələrinin bacarıqları, qabiliyyətlərini üzə çıxarmaqda onlara dəstək olmaq, tarixi faktlar, şəxsiyyətlər və coğrafi məlumatlar paylaşmaqdır.

Photos from GDU Tarix-Coğrafiya fakültəsi's post 04/06/2025

Gəncə Dövlət Universitetində (GDU) yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin “2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri gözlənilməklə təşkil edilib. Gəncə Dövlət Universitetində imtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.

İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

2 iyun 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov auditoriyalarda imtahan prosesini yaxından izləyib. Rektor imtahanın gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinləyib, müvafiq struktur rəhbərlərinə göstəriş və tapşırıqlarını verib. Tələbələr də öz növbələrində universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Universitetdə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və GDU-nun rəsmi saytında yerləşdirilib.

Bu gündən start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bununla bağlı Gəncə Dövlət Universitetində bir sıra yeniliklər tədbiq olunub. Yeniliklərdən biri yazılı imtahanlarda işlərin qiymətləndirilməsi üçün kənar universitetlərin əməkdaşları da dəvət olunacaq.

Bildirək ki, hazırda imtahanlar yazılı və qabiliyyət formasında aparılır. Gün ərzində 2500-ə qədər tələbənin imtahanda iştirak etməsi nəzərdə tutulur. Yazılı formada olan imtahanlar 10 iyun tarixinədək davam edəcək. Yeni kurikulumun pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr bir fəndən yazılı, digər fənlərdən isə şifahi formada imtahan verəcəklər. 3 iyul tarixdə isə tələbələr komputerdə test üsulunda imtahanda iştirak edəcəklər.

Gəncə Dövlət Univeristeti yeni texnologiyalarla təhsildə keyfiyyəti artırmağa davam edir. Belə ki, GDU-da test imtahanlarında istifadə olunan server infrastrukturu yenilənilib, yeni optik xətlərlə təmin edilib.

Nəzərinizə çatdıraq ki, GDU-da “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron İmtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur. Müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır. “Elektron İmtahan Sistemi” – təsdiqlənən testlər, imtahan qeydiyyatı, imtahanlar, hesabatlar, sual bankı modulu və test bankı modulundan ibarətdir.

Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir. Tələbə kabinetinin İmtahan cədvəli menyusunda tələbənin imtahan cədvəli və imtahan sualları menyusunda isə tələbəyə göndərilmiş imtahan sualları əks olunur. Sistemdə universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra 24 saat ərzində avtomatik olaraq İmtahanlar bölməsinə düşür.

Hər il olduğu kimi, bu il də Gəncə Dövlət Universitetində imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil olunacaq.

İmtahan sessiyasının 4 iyul 2025-ci il tarixdə yekunlaşması nəzərdə tutulur

Photos from GDU Tarix-Coğrafiya fakültəsi's post 27/04/2025

Tarix-Coğrafiya fakültəsində bir qrup tələbəyə "TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ" haqqında məlumat verildi.

İlk öncə, mətbu orqanının redaktoru, TEC idarə heyətinin üzvü Rüfət Mehtiyev Tələbə Elmi Cəmiyyətinin əhəmiyyəti, fəaliyyəti haqqında məlumat verdi. Daha sonra Ümumi tarix kafedrasının t.ü.f.d, dosent Hüseyn Bəxtiyarov fakültə daxilində TEC-nin rolu və elmi seminarların təşkilindən söz açdı.

Tələbə Elmi Cəmiyyətinin sədri Zamin Abbasov TEC-in əhəmiyyətindən bəhs etdi, hər zaman tələbələrin yanında olduğumuzu vurğuladı.

Sonda, "ZƏFƏR YOLU" mətbu orqanının redaktor müavini elan edildi. Bu vəzifəyə, Aydan İsmayılova təyin olundu.

Bütün Tələbə Elmi Cəmiyyətinə və eləcə də mətbu orqanının fəaliyyətində uğurlar arzulayırıq.

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

H. Əliyev 267
Ganja
AZE2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00