Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi

Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi

Share

AMEA Gəncə Bölməsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2619 nömrəli Sərəncamı

Photos from Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi's post 17/06/2026

AMEA-nın Gəncə Bölməsində şəhərin tarixinə dair arxeoloji tədqiqatlara həsr olunan seminar keçirilib
Bölmənin Rəyasət Heyəti üzvləri və əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açarkən, bu elm ocağının sədri, akademik Fuad Əliyev Azərbaycanın milli ruhunun ən güclü təzahürü baxımından əlamətdar şəhərlərdən olan Gəncənin tarixinin elmi cəhətdən köklü şəkildə işlənilməsi, bu xüsusda onun yerləşdiyi coğrafiyada davamlı arxeoloji tədqiqatların aparılmasının vacib olduğunu bildirib.
O, xatırladıb ki, dahi Nizami Gəncəvinin 870 illiyinin böyük təntənə ilə qeyd edildiyi tədbirlərdən bir qədər sonra, 2013-cü ildə şəhərdə bir çox arxeoloji və etnoqrafik tədqiqatların yenidən aparılmasına böyük etiyac duyulduğu nəzərə alınaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və yerli icra hakimiyyətinin dəstəyi ilə nüfuzlu beynəlxalq arxeoloji ekspedisiya qrupu Gəncə şəhərində və ətraf ərazilərdə arxeoloji qazıntılar aparmış, onun tarixinə dair qiymətli faktlar üzə çıxarmış və yeni yanaşmalar şəhərimizin yaşənın 4 min il olduğunu ortaya qoymuşdur.
Akademik Fuad Əliyev bugünkü seminarın Gəncə şəhərinin tarixi-etnoqrafik mənzərəsinin öyrənilməsi yönündə xüsusən gənc tədqiqatçılara dəyırli məlumat və tezislər verə biləcəyinə inandığını bildirib.
Bu baxımdan, seminarda “Gəncədə aparılmış arxeoloji qazıntıların nəticələri və onların tarixi əhəmiyyəti” mövzusu üzrə Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova çıxış edib.
O, Şərq aləminin əhəmiyyətli yaşayış və nüfuz mərkəzlərindən biri olmuş Gəncə şəhərinin arxeoloji tədqiqatlarının xronologiyasına nəzər salıb. Bu baxımdan, çıxışçı xüsuilə XIX əsrdən etibarən şəhərin qədim və həmin dövrlərdəki tarixini və əhalinin məişətini öyrənmək üçün Avropa və Rusiya tədqiqatçılarının, eləcə də XX əsrdə görkəmli sovet və Azərbaycan alimlərinin, müstəqillik qazandığımızdan sonrakı müasir dövrümüzdə isə aparıcı arxeoloqlarımızın da iştirak etdiyi beynəlxalq ekspedisiyaların nəticələri barədə ətraflı məlumatlar verib.
İştirakçılar maraqlandıqları məsələlər barədə sual və mülahizələrini bölüşüblər.
Yekunda akademik Fuad Əliyev çıxışçı və iştirakçılara maraqlı müzakirələrə görə təşəkkür edib. O, tədbirin xüsusən gənc tədqiqatçıların Gəncənin arxeologiyası mövzusunda məlumatlarının artırılması üçün faydalı olduğunu vurğulayıb.

12/06/2026

“Son zamanlar sürətlə inkişaf edən süni intellekt texnologiyaları proqram mühəndisliyi, rəqəmsal dövlət, kompüter mühəndisliyi, data analitikası, data mühəndisliyi, kibertəhlükəsizlik, informasiya hüququ, rəqəmsal kriminalistika və s. kimi ixtisaslar üzrə peşəkar kadrlara tələbatı daha da artırıb.”

Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev deyib.

Ətraflı: https://science.gov.az/az/news/open/36371

Photos from Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi's post 12/06/2026

15 İyun - Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa
Azərbaycan Milli Elmlər Akademiyasinın Gəncə Bölməsi və YAP Gəncə şəhər 2 sayli ərazi partiya təşkilatı tərəfindən “15 İYUN - GƏNCƏDƏN BAŞLAYAN QURTULUŞ SALNAMƏSİ” mövzusunda dəyirmi masa keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş sözündə xalqımızın tarixinə şərəflə yazılan Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətini vurğulayaraq, bildirib ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, erməni təcavüzü, iqtisadi böhran və o zaman iqtidarda olan qeyri-peşəkar insanların yarıtmaz idarəçiliyi ucbatından müstəqilliyimizin itirilməsi təhlükəsi şəraitində Azərbaycan xalqı bu təhlükəni hiss edərək öz xilaskarına - Heydər Əliyevə üz tutdu. Xalqın istəyi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas etdi və dövlətçiliyimizin əsasını qoydu.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli “Ulu Öndər Heydər Əliyev və Gəncə: Qurtuluşdan Milli İnkişafa”,AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Milli qurtuluş günü AMEA-nın Gəncə Bölməsinin nəşrlərində”, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin Nizaminin ensiklopediyası şöbəsinin böyük elmi işçisi Sevinc Mirzəyeva “Qurtuluşun başlanğıcı: Naxçıvandan ucalan Liderlik”, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin Dünya nizamisünaslığının tətqiqi şöbəsinin kiçik elmi işçisi Sevinc Hacıyeva “Qurtuluşla başlayan 44 günlük zəfər salnaməsi”, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin laborantı Nuranə Qənbərova “Seperatçı qüvvələrin Azərbaycanı parçalamaq planlarına qarşı Heydər Əliyevin xilaskarlıq faktoru” və AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin laborantı Nigar Həsənova “Azərbaycanın qurtuluş hərəkatında Gəncənin tarixi əhəmiyyəti” mövzularında çıxış ediblər.
Bölmənin sədrinin müavini Rasim Tağıyev də öz çxışında həmin ziddiyyətli dövrün, o cümlədən Gəncədə gedən proseslərin canlı şahidi kimi öz xatirələrini bölüşərəK, Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli addımlarının ölkənin xilası və gələcəyinin müəyyənləşdirilməsində müstəsna rol oynadığını bildirib.
Çıxışlar ətrafında müzakirələr aparılıb.
Akademik Fuad Əliyev bugünkü tədbirdə maraqlı çıxış və mülahizələrə görə iştirakçlara təşəkkür edib və xüsusilə gənc məruzəçilərin fəallığını yüksək qiymətləndirib.

Photos from Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi's post 09/06/2026

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
Genişləndirilmiş formatda keçirilən toplantıya aidiyyatı institut və şöbələrin əməkdaşlar da qatılıblar.
İclasın gündəliyi Bölmənin elmi-fəaliyyətinə dair cari işləri əhatə edib.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev toplantıdakı giriş sözündə əməkdaşları öz çıxışları zamanı müzakirə olunacaq məsələlərin əsas mahiyyətini, eləcə də konkret şəkildə görülməsi vacib olan tədbirləri əhatə etməyə çağırıb.
Akademik Fuad Əliyev gündəlikdəki ilk məsələ kimi, Gəncə Bölməsinin elmi müəssisələrinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlar, onların forma, məzmun, texniki və digər tərtibat qaydalarının, təqdim olunma prosedurlarının doğru və düzgün yerinə yetirilməsi məsələləri haqda danışıb və bu istiqamətlərdə müvafiq tövsiyələr verilib.
Gündəlikdəki növbəti məsələ, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfransının hazırlıq vəziyyəti haqda dosent Əlimuxtar Muxtarovn və m fil.ü.f.d. Təranə Verdiyeva məlumat veriblər.
AMEA-nın Gəncə Bölməsinin doktoranturasına sənəd qəbulu elanlarına dair k.ü.f.d. Aynurə Həsənova, Bölmədə fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək dili və mədəniyyəti Mərkəzinin fəaliyyəti haqda qurumun rəhbəri, fil.ü.f.d. Xəyalə Hüseynova, “Gəncə İncəsənəti” kitabının hazırlıq vəziyyəti haqda dosent Samirə Qasımova, “Gəncə Bölməsinin elmi əsərləri. Humanitar və ictimai elmlər üzrə” kitabının hazırlıq vəziyyəti haqda elmi katib Günay Cəfərova, Elmi kitabxananın müdiri Vüsalə Hüseynova və Rəqəmsallaşma və Sİ şöbəsinin mütəxəssisi Nailə Mirzəyeva danışıblar.
Toplantıda həmçinin əməkdaşların elmi ezamiyyətlərinin yekunları müzakirə edilib, bir sıra cari məsələlər haqda da danışılıb.
İclasın sonunda ənənəvi olaraq, əməkdaşların elmi jurnallara və forumlara təqdim etdikləri məqalələrinin siyahısı səsləndirilib.

AMEA-nın Gəncə Bölməsində “Səməd Vurğun və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib 08/06/2026

AMEA-nın Gəncə Bölməsində “Səməd Vurğun və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib
Tədbir tanınmış ictimai xadim, Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Yusif oğlu Vəkilovun 120 illik yubileyinə həsr olunub.
AMEA nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masa müzakirələrini giriş sözü ilə açarkən, 20-ci əsr Azərbaycan ictimai həyatının və ədəbiyyatının görkəmli nümayəndəsi olan Səməd Vurğunun yaradıcılığının zənginliyini və onunn əsərlərinin keçmiş SSRİ məkanında, eləcə də dünyanın bir sıra ölkələrində tanındığını və müxtəlif dillərə tərcümə olunduğunu bildirib.
Akademik Fuad Əliyev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında” 23 fevral 2026- cı il tarixli Sərəncamı milli dəyərlərimizin, eləcə də tanınmış şəxslərimizin irsinin qorunması və tanıdılması kimi ali məqsədlərə xidmət edir və günkü tədbir də həmin dövlət sənədinin işığında və Bölmənin tədbirlər planına müvafiq olaraq keçirilir.
Sonra tədbirin məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tədqiqi şöbəsinin elmi işçisi Aynur Mirişli “Səməd Vurğunun həyatı və idealları”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan nizamişünaslığının tarixində Səməd Vurğunun yeri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizami irsində sənətsünaslıq şöbəsinin müdiri, fil.ü.f.d. Təranə Verdiyeva “Səməd Vurğun və Gəncə”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin elmi fəlsəfi görüşləri şöbəsinin müdiri, fil.ü.f.d. Xəyalə Hüseynova “Səməd Vurğunun epik yaradıcılığı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin elmi işçisi Sənubər Abdinova “Səməd Vurğun və “Vaqif” dramı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin böyük laborantı Güləndam İsmayılova “Səməd Vurğun və “Azərbaycan” şeiri” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.

AMEA-nın Gəncə Bölməsində “Səməd Vurğun və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib Tədbir tanınmış ictimai xadim, Xalq şairi, dramaturq, SSRİ Dövlət m...

Photos from Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi's post 08/06/2026

AMEA-nın Gəncə Bölməsində “Səməd Vurğun və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib
Tədbir tanınmış ictimai xadim, Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Yusif oğlu Vəkilovun 120 illik yubileyinə həsr olunub.
AMEA nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masa müzakirələrini giriş sözü ilə açarkən, 20-ci əsr Azərbaycan ictimai həyatının və ədəbiyyatının görkəmli nümayəndəsi olan Səməd Vurğunun yaradıcılığının zənginliyini və onunn əsərlərinin keçmiş SSRİ məkanında, eləcə də dünyanın bir sıra ölkələrində tanındığını və müxtəlif dillərə tərcümə olunduğunu bildirib.
Akademik Fuad Əliyev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında” 23 fevral 2026- cı il tarixli Sərəncamı milli dəyərlərimizin, eləcə də tanınmış şəxslərimizin irsinin qorunması və tanıdılması kimi ali məqsədlərə xidmət edir və günkü tədbir də həmin dövlət sənədinin işığında və Bölmənin tədbirlər planına müvafiq olaraq keçirilir.
Sonra tədbirin məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tədqiqi şöbəsinin elmi işçisi Aynur Mirişli “Səməd Vurğunun həyatı və idealları”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan nizamişünaslığının tarixində Səməd Vurğunun yeri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizami irsində sənətsünaslıq şöbəsinin müdiri, fil.ü.f.d. Təranə Verdiyeva “Səməd Vurğun və Gəncə”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin elmi fəlsəfi görüşləri şöbəsinin müdiri, fil.ü.f.d. Xəyalə Hüseynova “Səməd Vurğunun epik yaradıcılığı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin elmi işçisi Sənubər Abdinova “Səməd Vurğun və “Vaqif” dramı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin böyük laborantı Güləndam İsmayılova “Səməd Vurğun və “Azərbaycan” şeiri” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.

03/06/2026

AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi və Xaqani Şirvani” mövzusunda seminar keçirilib
Tədbiri açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev ölkə rəhəri tərəfindən tarix və mədəniyyətimizdə öz yeri olan görkəmli şəxsiyyətlərlə bağlı əlamətdar tarixlərə və onların irsinə diqqət göstərilməsinin cəmiyyətimizin milli-mənəvi zənginləşməsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bugünkü elmi seminarın da Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamının işığında və bu xüsusda AMEA-nın Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş tədbirlər planı üzrə təşkil olunduğunu bildirib.
Sonra iştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarovun “Şərq intibahının görkəmli nümayəndələri Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığının sələf və xələf ənənənələri ənənələri əsasında tədqiqi” və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin ensiklopediyası şöbəsinin böyük elmi işçisi Sevinc Mirzəyevanın “Gəncə və Şamaxı ədəbi mühiti: Nizami və Xaqani ənənələri” mövzularında məruzələri təqdim olunub.
Çıxışçılar qeyd ediblər ki, XII əsrin iki dahi Azərbaycan mütəfəkkiri — Xaqani Şirvani (1126-1199) və Nizami Gəncəvi (1141-1209) Şərq İntibahı dövrünün zirvələri hesab olunurlar. Onlar bir-birinin yaradıcılığını tamamlamış və zənginləşdirmişlər. Hər iki şair in poeziyasında insanın mənəvi azadlığı və ədalət ideyaları mərkəzi yer tutur. Həmçinin öz yaradıcılığına Nizami Gəncəvidən 15-20 il əvvəl başlayan Xaqani Şirvani poeziyaya güclü intellektual və fəlsəfi məzmun gətirmişdir. Onun qəsidələri və "Töhfətül-İraqeyn" poemasındakı bədii təsvir vasitələri, fəlsəfi ümumiləşdirmələr Nizami estetikasına təsirsiz ötüşməmişdir.
Bununla belə, Nizami Gəncəvi Xaqanidən fərqli olaraq lirik janrlardan (qəsidə, qəzəl) daha çox süjetli epik şeirə (məsnəviyə) üstünlük vermişdir. Nizami "Xəmsə"si ilə Yaxın Şərq ədəbiyyatında yeni bir məktəbin əsasını qoymuşdur.
Tədqiqatlar bu iki düha arasında səmimi ədəbi əlaqənin olduğunu göstərir. Xaqaninin şeirlərindəki realist və tənqidi ruh Nizaminin epik əsərlərindəki əxlaqi və didaktik motivlərin formalaşmasına zəmin yaratmışdır. Hər iki şair fars dilində yazsalar da,onların əsərlərində Azərbaycan mədəniyyətinin, xüsusilə də oğuz-türk mühitinin mənəvi izləri aydın şəkildə qorunub saxlanılmışdır.
Seminar iştirakçıları mövzuya aid öz mülahizələrini bildiriblər, onların maraqlandırdıqları məsələlərə dair sualları cavablandırılıb.
“Gəncə və Şamaxı ədəbi mühiti Nizami və Xaqani ənənələri” mövzulu seminarın sonunda akademik Fuad Əliyev ətraflı məlumat və elmi mülahizələrə görə iştirakçılara təşəkkür edib.

03/06/2026

Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi
26 май в 14:15
AMEA-nın Gəncə Bölməsində 28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa
“Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi: İstiqlalımızın memarlıq zəfəri” mövzusundakı tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni sələndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq, bu dəyirmi masanın 28 May Müstəqillik Günü ərəfəsində keçirildiyini qeyd edərək, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifələrindən olduğunu vurğulayıb və onların elmi fəaliyyətlərini ölkəmizin qüdrətlənməsinə töhfə kimi xarakterizı edib.
Akademik Fuad Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və dünyanın hazırki inkişaf qanunauyğunluqlarına uyğun surətdə davam etdirildiyini qeyd edib. Məhz Müzəffər Ali Baş Komandanın qüdrətli dövlət və ordu quruculuğunun təntənəsi kimi, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyünün tam bərqərar olduğunu vurğulayıb.
O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu cür elmi görüşlərin Böyük Zəfərimizin davamı olan Böyük Qayıdışın, Qarabağ və Şərqi Zəngəzurun bərpası və çiçəklənməsi yönündə ölkə başçısı tərəfindən həyata keçirilən işlərin miqyası ilə səsləşməsinin vacibliyini vurğulayıb.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Cümhuriyyət ənənəsindən Heydər Əliyev dövlətçiliyinə gedən yol”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ulu Öndər Heydər Əliyevin rolu”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, t.ü.f.d. dosent Nərgiz Rəsulova “AXC dövründə parlament və demokratik idarəetmə ənənələri”, AMEA-nın Gəncə Bölməsinin Elm və Təhsil şöbəsinin rəisi, k.ü.f.d. Aynurə Həsənova “Müstəqilliyimiz - təməlimiz, Şəhərlərimiz - gələcəyimizdir!”, AMEA-nın Gəncə Bölməsinin Elmi Kitabxanasının müdiri Vüsalə Hüseynova “İstiqlal tariximiz kitablarda”, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Cümhuriyyətə işıq saçan gənclər” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.

02/06/2026

AMEA-nın Gəncə Bölməsində “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda respublika konfransı keçirilib
Bölmənin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən elmi foruma Gəncə ilə yanaşı, Bakı, Şəki, Ağcabədi, Şabran və Lənkəran şəhərlərindən gəlmiş alim, tədqiqatçı və mütəxəssislər qatılıblar.
Respublika konfransının iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, onun önünə güllər qoymaqla, müasir Azərbaycan dövlətinin qurucusunun xatrəsinə bir daha ehtiram bildiriblər.
AMEA-nın Gəncə Bölməsinin konfrans salonunun foyesində mövzu üzrə təşkil edilmiş sərgiyə baxış olub.
Respublika konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Gəncənin memarlıq incilərindən bəhs edən videoçarx nümayiş olunub.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş nitqində konfransın iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”ndə keçirilən bu elmi forumun iri yaşayış məntəqələrimizin simasının formalaşması tarixinin və memarlıq xüsusiyyətlərinin, o cümlədən bu sahədə keçmiş zamanların təcrübəsinin və gələcək üçün perspektivlərin təhlil edilməsi baxımından alimlərimiz üçün faydalı olacağına inandığını bildirib.
Akademik Fuad Əliyev bu baxımdan, Gəncə şəhərinin həm qədimdən gələn, həm də hərmişə dövranla səsləşə bilən şəhərsalma və memarlıq xüsusiyyətlərinə sahib olduğunu xatırladıb və bugünkü elmi görüşün proqrqmında bu mövzularda xeyli materialların yer aldığını təqdirəlayiq hal kimi dəyərləndirib.
AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova çıxışında ən qədim şəhərlərimizdən,başlıcası isə Azərbaycanın milli-mənəvi ruhunun əlamətdar məkanlarından olan Gəncəni köklü mədəniyyət, o cümlədən özünəməxsus memarlıq və şəhərsalma ənənələri daşıyan iri mərkəz kimi xarakterizə edib. O, qeyd edib ki, tarixin neçə-neçə əsrləri aşan təlatümləri, eniş və yüksəlişləri bu şəhərin simasında öz izini qoyub və bu baxımdan, şəhərsalma və memarlıq isimizin Gəncə nümunəsinin diqqətli təhlili böyük elmi əhəmiyyət kəsb edir.
Dosent Nərgiz Rəsulova Bölmənin kiçik elmi işçisi İlahə Əsədzadə və laborantı Nuranə Qənbərova ilə birgə hazırladığı “Orta əsr Gəncəsinin şəhərsalma xüsusiyyətləri” adlı məruzə ilə də çıxış edib.
N. Rəsulova həmçinin tədbirin moderatoru kimi, iştirakçıları konfransın proqramı, reqlamenti ,eləcə də bölmələrin iclaslarının gedişatı haqda məlumatlandırıb.
Sonra plenar iclasdakı digər məruzələr dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvi məqbərəsi Gəncə memarlığının şah əsəri kimi”, Bölmənin Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova Bölmənin böyük laborantı Könül İsayeva ilə birgə hazırladığı “Tarixi-memarlıq ənənələri və urbanizasiya: Gəncə şəhərinin davamlı inkişaf modelinin formalaşdırılması”, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə ilə birgə hazırladığı “Azərbaycanın orta əsr şəhərlərinin İnkişafında Arran memarlıq məktəbinin rolu”, Ağstafa rayonu “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, BDU Qazax filialının müəllimi Musa Mursaquliyev BDU Qazax filialının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə birgə hazırladığı “Azərbaycanın qərb bölgəsində memarlıq nümunələri - orta əsrlərin müdafiə qurğuları”, Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə “Qafqaz Albaniyasının Uti və Arsak əyalətlərinin ilk orta əsrlər şəhərlərinin quruluşu və idarə olunması haqqında”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov həmin şöbənin laborantı Habil Xəlilovla birgə hazırladığı “Şəki şəhərinin XVIII əsr məscidləri”, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Abidələrin Qeydiyyatı və Pasportlaşdırılması şöbəsinin kiçik elmi işçisi Məhiyəddin Seyidov “Gəncə şəhərinin memarlıq irsi ənənəsi” və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçisi Anar İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Sənətşünaslıq ixtisasının tələbəsi Fatimə Ağayeva ilə birgə hazırladığı “Şərq-qərb müdafiə və şəhərsalma modellərinin kontekstində Qarabağ xanlığının qalaları” mövzularında çıxış ediblər.
Respublika konfransı üç bölmə üzrə iclaslarla işini davam etdirib.
Tədbirin yekununda məruzəçilərə sertifikatlar təqdim olunub.

Want your school to be the top-listed School/college in Ganja?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Azerbaycan Respulikası, Heydər Əliyev Pr. 419
G***a
AZ2003