24/12/2025
Bağçamızda Yeni ilin gəlişi münasibətilə təşkil olunan şənlik uşaqlarımız üçün əsl bayram sevincinə çevrildi 🎉🎄 Bu xüsusi gündə balacalar böyük həyəcanla müxtəlif oyunlarda iştirak etdi, şən musiqilər və rəngarəng fəaliyyətlər vasitəsilə bayram ab-havasını doyunca yaşadı. Yeni il şənliyi uşaqların sosiallaşmasına, özünə inamının artmasına və kollektivdə birgə hərəkət etmə bacarıqlarının inkişafına mühüm töhfə verdi. Uşaqlarımızın üzündəki səmimi gülüşlər və sevincli anlar bu tədbirin nə qədər uğurlu keçdiyini bir daha göstərdi.