Göygöl şəhər Tapdıq Əmiraslanov adına 2 saylı tam orta məktəb

  • Home
  • Göygöl şəhər Tapdıq Əmiraslanov adına 2 saylı tam orta məktəb

Göygöl şəhər Tapdıq Əmiraslanov adına 2 saylı tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göygöl şəhər Tapdıq Əmiraslanov adına 2 saylı tam orta məktəb, School, Göygöl, .

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi
Göygöl rayonu üzrə təhsil sektoru
Göygöl şəhəri Tapdıq Əmiraslanov adına 2 nömrəli tam orta ümumtəhsil mətəbin rəsmi "Facebook" səhifəsi

12/09/2026

📢 Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir

🗓️ 16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq. Proses 30 sentyabr saat 15:00-dək davam edəcək.

📌 Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

❗️ Nəzərinizə çatdırırıq ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.

📊 Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

12/09/2026

📢 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün ikinci iş yeri üzrə işə qəbul elan edilir!

Hörmətli müəllimlər! Müəllimlərin mövcud dərs yükünün artırılması, vakant dərs saatlarının ixtisaslı pedaqoji kadrlar hesabına komplektləşdirilməsi, kadr potensialından səmərəli istifadə və tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müəllimlərin işə qəbulu həyata keçiriləcəkdir. İkinci iş yeri üzrə işləmək istəyən müəllimlər aşağıda qeyd olunan link vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link
https://docs.google.com/forms/d/1nEM-sob2HVhV8jkTUS3vSwRrpJxvinZ8GXM2Z5HbK1k/edit

Namizədlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaqdır:

🔹Nəticə göstəricisi: Namizədlərin üstünlüyü müəyyən edilərkən müəllimin sertifikatlaşdırmanın test imtahanı mərhələsində, sertifikatlaşdırmanın aparılmadığı fənlər üzrə diaqnostik qiymətləndirmədə, eləcə də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində göstərdiyi nəticə nəzərə alınacaqdır.Gəncə şəhəri üzrə: 85 faiz və daha yüksək nəticə göstərənlər;Rayon mərkəzləri, kənd və qəsəbələr üzrə: 70 faiz və daha yüksək nəticə göstərən namizədlərin müraciətləri nəzərə alınacaqdır.

🔹 Yüksək bal üstünlüyü: Eyni vakant yer üzrə bir neçə namizəd müraciət etdikdə daha yüksək qiymətləndirmə nəticəsinə malik namizədə üstünlük veriləcəkdir.

🔹 Dərs yükü meyarı: Qiymətləndirmə nəticələri bərabər olduqda əsas iş yeri üzrə dərs yükü daha az olan namizədə üstünlük veriləcəkdir.

🔹 Ərazi prinsipi: Qiymətləndirmə nəticəsi və əsas iş yeri üzrə dərs yükü eyni olduqda vakant yerin yerləşdiyi şəhər və ya rayon üzrə fəaliyyət göstərən namizədə üstünlük veriləcəkdir. (Qeyd: Ərazi üzrə üstünlük ayrıca seçim meyarı kimi deyil, namizədlərin qiymətləndirmə nəticələri və dərs yükü nəzərə alındıqdan sonra bərabər göstəricilərə malik namizədlər arasında tətbiq ediləcəkdir).

⚠️ Vacib qeyd: Qeydiyyat zamanı təqdim edilən məlumatların düzgün və tam qeyd olunması xahiş olunur.

Qeydiyyat üçün son tarix 14 sentyabr saat 23:59-dur.

Göygöl şəhəri Tapdıq Əmiraslanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilinin ilk Pedaqoji ...
11/09/2026

Göygöl şəhəri Tapdıq Əmiraslanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi.
İclasda yeni tədris ili ilə bağlı qarşıda duran məsələlər müzakirə olundu.

09/09/2026

PISA 2025 nəticələri açıqlanıb: Azərbaycan ən yüksək irəliləyiş göstərən 2-ci ölkədir.

✅ PISA 2025 nəticələrinə əsasən bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib.

✅ Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş əldə edən ölkələr sırasında yer alıb:

➡️ riyaziyyat üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə 40 bal.

🇦🇿 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib.

ℹ️ Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.

08/09/2026
 04.09.2026-cı il
04/09/2026


04.09.2026-cı il

03/09/2026

Address

Göygöl

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl şəhər Tapdıq Əmiraslanov adına 2 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share