Yerə zibil atdın? 300 AZN cərimə gözləyir! 🚯
Küçələri, parkları, yol kənarlarını zibilləməmək həm mədəni davranış, həm də inzibati cərimədən qorunmaq deməkdir.
Şəhərimizin təmizliyini qorumaq hamımızın ortaq məsuliyyətidir!
Göyçay - Təmiz Şəhər
"Göyçay Təmiz Şəhər" kampaniyasına 2021-ci ildə Göyçay İcma İnkişaf Mərkəzi tərəfindən start verilib.
Göyçay İcma İnkişaf Mərkəzi 2021-ci ilin oktyabr ayında yaradılıb.Məqsədimiz ətrafımızda vətəndaşların qarşılaşdığı problemlərin həllinə yardım etmək, aidiyyatı qurumlarla qarşılıqlı əlaqələr yaratmaq, problemlərin həlli yollarını birlikdə axtarmaqdır.
10/10/2025
🌸 11 Oktyabr – Beynəlxalq Qızlar Günü 🌸
Bu gün bütün dünyada qızların hüquqları, təhsil imkanları və gələcək lider kimi rolunu qeyd edirik! 💪✨
BMT, Türkiyənin təşəbbüsü ilə, 193 ölkənin səsverməsi nəticəsində 11 oktyabrı Beynəlxalq Qızlar Günü elan edib. Qərar, qız uşaqlarının qərar vermə proseslərində iştirakını dəstəkləməyi və iqtisadi inkişafda rolunu önə çıxarmağı məqsəd qoyur. 🌍💖
Gəlin bu gün yalnız qız uşaqlarını deyil, onların səsini, istedadını və arzularını da qeyd edək! 💫
26/09/2025
Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.
Onların Vətənə və xalqa olan sevgi və sədaqətlərinin bütün şərtlərdə sarsılmazlığı qarşısında şərəf, qürur və fəxarət hissi ilə baş əyirik!
🕊 Ruhunuz şad olsun!
18/09/2025
Göyçay Şəhər Bələdiyyəsi tərəfindən şəhərin Ə.Kərim küçəsi, H.Əliyev prospekti və Şəhriyar küçəsində yerləşən çoxmərtəbəli binaların həyətlərinə 50 ədəd tullantı qutusu yerləşdirib. Qeyd edək ki, bir müddət əvvəl Göyçay İcma İnkişaf Mərkəzi tərəfindən ‘Göyçay - Təmiz Şəhər’ kampaniyası çərçivəsində əhali arasında maarifləndirici tədbirlər təşkil olunmuşdur.
Sakinlərimizi şəhərimizi təmiz saxlamağa və tullantıları yalnız qutulara atmağa çağırırıq.
14/08/2025
Bu gün - 12 avqust Beynəlxalq Gənclər Günüdür.
Əziz gənclərimiz, hər birinizi Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərinizdə uğur və müvəffəqiyyətlər arzu edirik. Hər zaman gənc ruhlu qalmağınız diləyi ilə!
Göyçay İcma İnkişaf Mərkəzinin komandası olaraq, Alpout kəndində yaşayan 3-cü qrup əlilliyi olan Fatimə və Zəhra əkiz bacılarının ad günündə yanlarında olduq.🎂
Onları sevincli görmək bizim üçün ən böyük hədiyyə oldu.
Keçən il bu günlərdə ailənin evi uçmaq təhlükəsində idi. Göyçay Rayon İcra Hakimiyyətinin və xeyirxah insanların dəstəyi ilə yeni evin tikintisi davam edir.
🙏 Dəstək göstərən hər kəsə təşəkkür edirik!
28/06/2025
“Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandası II yerə layiq görülüb.
Göyçay İcma İnkişaf Mərkəzi olaraq komandamızın üzvlərini təbrik edir, daha böyük uğurlara imza atmalarını arzu edirik!
27/06/2025
Dəyərli Göyçaylılar!
Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandasına dəstək olmağa dəvət edirik!
Bu möhtəşəm tədbirdə birgə iştirak edək, idmançılarımıza ruh verək!
📅 Tarix: 28 və 29 iyun
📍 Məkan: Dənizkənarı Bulvar, Bakı
🎟 Giriş sərbəstdir!
Join us at the 3rd Baku “Gym for All” International Challenge!
Come support the Goychay Olympic Sports Complex team on June 28 at 17:00 at Baku Boulevard.
📅 Date: June 28 & 29
📍 Venue: Baku Boulevard
🎟 Entrance is FREE!
18/06/2025
18 iyun Azərbaycanda “Milli İnsan hüquqları günü” kimi qeyd olunur.
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
AZ2300