11/07/2025
2025 STEM Kəşf Kampaniyasının uğurla başa çatdığını elan etməkdən məmnunuq.
Kampaniya zamanı Avropa və onun hüdudlarından kənarda 800.000- dən çox iştirakçı və 6500 fəaliyyətlə siz builki kampaniyanın böyük uğur qazanmasına töhfə verdiniz.STEM-i təbliğ etmək üçün göstərdiyiniz bütün səylərə görə təşəkkür edirik!
Sizi gələcək Scientix fəaliyyətlərində və kampaniyalarında görməyi səbirsizliklə gözləyirik!
Hörmətlə,
Scientix Komandası
10/04/2024
Salam vaxtınız xeyir mənim bir-birindən gözəl dəyərli sosial şəbəkə facebook dostlarım səhifəmin izləyiciləri🥰Sizin bayramınızı təbrik edirəm. Allah oruc namazlarınızı qəbul etsin. Sevdiklərinizlə bir yerdə sağlam neçə belə bayramlar keçirəsiz. Süfreniz ruzili, əliniz duali olsun, duasi qəbul olan qullarından olasiz😘Allah ibadətinizi, ürəyinizdəki ən xoş niyyətlərinizi qəbul eləsin, imanınız, iradəniz sağlam, möhkəm olsun hər zaman. Buraxılış imtahanında hər birinizə uğur, zehin açılığı nəsib olsun inşəAllah🤲🏻🌹Müqəddəs Ramazan bayramınız mübarək olsun♥️🌹
08/03/2024
Müəllim olmağımla qürur duyuram, çünki o, ən ali sima, böyük nüfuz sahibidir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə öyrədir.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar layiqincə gəlirlər. Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır.
Ən gözəl illərimi sevimlilərimə şagirdlərimə həsr etdim, onlarla birlikdə oldum❤️🌹
02/02/2024
"3D NAR FESTİVALI" Qrant layihənin davamı olaraq "Gəncliyin bir günü" Gənclər günü münasibətilə təşkil olunmuş sərgidə 3D əl işlərimizlə iştirak etdik gözəl günlərdən biri❤️🌹Təşəkkürlər
02/02/2024
Əziz gənclər, gününüz mübarək!