Şöbə səlahiyyəti çərçivəsində tabeliyində olan təhsil müəssisələrində dövlətin təhsil siyasətini həyata keçirmək, Daşkəsən rayon təhsil sisteminin inkişaf strategiyasını müəyyənləşdirmək, prioritetlərə uyğun olaraq inkişaf proqramları hazırlamaq, onların həyata keçirilməsini təmin etmək, Daşkəsən rayonunda vətəndaşların təhsil almaları üçün onların Konstitusiya ilə təsbit olunmuş hüquqlarını qoru
maq və onların pozulmasının qarşısını almaq, bu məqsədlə təhsildə bərabər şəraitin və imkanların yaradılmasına nail olmaq, səlahiyyətləri çərçivəsində təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək, Şöbənin və tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı, həmçinin, vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək kimi vəzifələri yerinə yetirir. Daşkəsən RTŞ-nin tabeliyində 26 tam orta məktəb, 14 ümumi orta məktəb,3 ibtidai məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi vardır