Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbi

Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbi, Middle School, Nizami küçəsi 14, Dashkäsän.

21/07/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird qeydiyyat prosesi davam edir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir.

Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər N.Aydın 18 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat üçün link
https://forms.gle/4BQ5D2tX5N4tBZMU6

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

17/07/2026

2026–2027-ci tədris ili üzrə İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərəcək müəllimlərin (tərbiyəçilərin) seçimi üçün elektron müraciət prosesi başlamışdır.Namizədlərin müraciətləri yalnız işə qəbul portalı vasitəsilə qəbul edilir....

01/07/2026
01/07/2026

👩‍🏫 Yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu elan olunur!

📚 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, 2026–2027-ci tədris ilindən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı aşağıdakı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə üçün qeydiyyat başlanılır.

🏫 Vakansiya elan olunan ümumi təhsil müəssisələri:
🔹 Gəncə şəhər M.Ə. Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Gəncə şəhər M. Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
🔹 Goranboy rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbi

🎯 Adı qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək.

🌟 Yeni təmayüllü tədris modelinin uğurlu tətbiqinə töhfə vermək, peşəkar komandada fəaliyyət göstərmək və gələcək nəslin keyfiyyətli təhsil almasına öz töhfəsini vermək istəyən müəllimləri müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.

📌 Müsahibədə iştirak üçün tələblər:
✅ Yalnız Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər müraciət edə bilərlər.
✅ Namizədlər ali pedaqoji təhsilə malik olmalıdırlar.
✅ MİQ və Sertifikasiya üzrə nəticəsi 85% və ya daha yüksək olan müəllimlər müsahibədə iştirak edə bilərlər.

🗓️ Qeydiyyat üçün son tarix: 1 avqust

Qeydiyyat linki
https://docs.google.com/forms/d/1nSitnkyar5yPMic3QG0DYLGhqsK-oyf2MTLIrlnFq6A/edit

01/07/2026
01/07/2026

115 min müəllim sertifikatlaşdırmaya cəlb olunub ki, onlardan uğurlu nəticə əldə edənlər tamştatlı müəllim və əməkhaqqına əlavə alan saathesabı işləyən müəllim olaraq fəaliyyətlərini davam etdirəcəklər.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil”mövzusunda keçirilən tədbirdə məlumat verib.

Ətraflı: https://muallim.edu.az/nazir-ugurlu-netice-elde-edenler-tamstatli-ve-saathesabi-isleyen-muellim-kimi-calisacaq

Bu gün ADA Universitetində Elm və Təhsil Naziri cənab  Emin Əmrullayevin iştirakı ilə  “Sertifikatlaşdırma: səriştəli mü...
30/06/2026

Bu gün ADA Universitetində Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin iştirakı ilə “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” adlı tədbir keçirilib.
Tədbirdə məktəbimizin texnologiya müəllimi Ələkbərova Ətirə İntiqam qızı iştirak hüququ qazanmışdır.
Ələkbərova Ətirə İntiqam qızı müəllimlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə göstərərək 55 bal toplamışdır. Bu uğur onun peşəkarlığının, zəhmətinin və təhsilin keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfənin bariz nümunəsidir.
Müəllimimizi bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar, pedaqoji fəaliyyətində daim yüksək nailiyyətlər arzulayırıq.

Address

Nizami Küçəsi 14
Dashkäsän

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category