İstedadlı şagirdlərin Liderlik Akademiyası

İstedadlı şagirdlərin Liderlik Akademiyası

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İstedadlı şagirdlərin Liderlik Akademiyası, Education, Hummel 31, .

“İstedadlı şagirdlərin Liderlik Akademiyası” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində qalib elan edilmişdir.

"İstedadlı Şagirdlərin Liderlik Akademiyası" layihəsinin hesabat videoçarxı 01/10/2019

Əziz dostlar!

30 Avqust-2 Sentyabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsinin hesabat videoçarxını izləyə bilərsiniz.

"İstedadlı Şagirdlərin Liderlik Akademiyası" layihəsinin hesabat videoçarxı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcən Göygöl rayon İ. Hüsey...

3-cü gün - "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsi 04/09/2019

2 Sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək olan Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsinin 3-cü günü başlamışdır.

3-cü günün başlanğıcı şagirdlərin idman hərəkətləri ilə başladı və futbol oyunu baş tutdu.
Futbol zamanı istedadlı oğlanlar və qızlar komanda şəklində oyun oynayaraq futbolun yalnız oğlanlar üçün olmadığını və qızların da bacardığını sübüt etmiş oldular.

Daha sonra şagirdlər səhər yeməyinə yollandılar. Günün 1-ci yarısını Liderlik və Motivasiya təlimində iştirak etdilər. Ardınca istedadlarımız son komanda oyununda iştirak edərək nəzərdə tutulmuş təlim proqramını başa vurdular.

Günün 2-ci yarısında istedadlı şagirdlərin təltif edilmə mərasimi baş tutdu. Bu hissədə layihə rəhbəri Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Hüseynov, layihə təlimçiləri və ekspertləri tərəfindən iştirakçılara xüsusi layihə üçün hazırlanmış hədiyyələr və təlimi uğurla bitirdiklərinə görə sertifikatlar paylanıldı.

Günün sonunda isə istedadlı şagirdlər Daşkəsən rayonunda yerləşən Heydər Əliyev Mərkəzi ilə tanış oldular və Ulu Öndərin həyat və fəaliyyət dövrü ilə bağlı geniş məlumat aldılar.

Bizimlə 3 günü birlikdə keçirən təlimçilərimizə, ekspertlərimizə və istedadlı şagirdlərimizə layihə rəhbəri olaraq təşəkkürümü bildirirəm. Şagirdlərimizin gələcək həyatlarının uğurlu olmasını və ölkəmizə layiqli vətəndaş olaraq töfhə verməsini arzulayıram!

2-ci gün - "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsi 03/09/2019

1 Sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək olan Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsinin 2-ci günü başlamışdır.

2-ci günün başlanğıcı şagirdlərin idman hərəkətləri ilə başladı və şagirdlər səhər yeməyinə yollandılar. Daha sonra gün ərzində iştirakçılar "Natiqlik bacarıqları" mövzusunda təlimlər keçmiş və günün ikinci yarısında öyrənilən bilikləri təcrübədə sınamaq üçün simulyasiyada iştirak etdilər. Simulyasiya müddətində şagirdlər həm komanda şəklində, həm də fərdi şəkildə ilk çıxışlarını etdilər.

Günün sonunda istedadlı şagirdlər üçün "Breyn Rinq" İntellektual bilik yarışı və daha sonra əyləncəli proqram təşkil edildi.
İştirak edən "Birincilər", "Uğur", "Liderlər", "Helendorf" komandaları intellektual yarışda aktiv iştirak edərək yeni biliklər öyrəndilər.

1-ci gün - "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsi 01/09/2019

31 Avqust 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək olan Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsinin 1-ci günü başlamışdır.

İlk gündə iştirakçılar məkana daxil olaraq müxtəlif komanda oyunları və təlimlərdə iştirak etdi.
"Birincilər", "Uğur", "Liderlər", "Helendorf" komandaları həyata keçirilən yarışlarda mübarizə apraraq komanda quruculuğunda aktiv iştirak etdilər.

Günün sonunda iştirakçılar komanda şəklində "Talant Şouda" öz istedadlarını nümayiş etdirdilər.

29/08/2019

📢Layihənin başlanmasına son 2️⃣ gün qaldı!🚀

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək olan Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin "İstedadlı Şagirdlərin Liderlik Akademiyası” layihəsinin peşəkar təlimçiləri ilə tanış ola bilərsiniz.

1-ci Məlumatlandırma təlimi 18/08/2019

18 Avqust 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək olan "İstedadlı şagirdlərin Liderlik Akademiyası” layihəsinin 1-ci məlumatlandırma təlimi həyata keçirilmişdir. Təlim zamanı seçilmiş iştirakçılarla ilkin görüş keçirilmişdir. Görüş müddətində layihənin təlimçisi Səbinə Qədirova iştirakçılara uğurlar arzulamış və düşərgə müddətində keçiriləcək təlimlərin mövzuları haqqında geniş məlumat təqdim etdi. Daha sonra təlimçi və layihənin ekspertləri ilə birlikdə şagirdlər qeyri-formal təhsil üsullarına əsaslanan öyrədici oyunda iştirak etdilər.

Seçim mərhələsi - "İstedadlı Şagirdlərin Liderilik Akademiyası" 18/08/2019

17 Avqust 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "İstedadlı şagirdlərin Liderlik Akademiyası” layihəsinin seçim mərhələsi baş tutmuşdur.
Seçim mərhələsinin ilkin hissəsi olan onlayn müraciət formasından Göygöl rayonunda təhsil alan 70-ə yaxın şagird qeydiyyatdan keçmişdir. İkinci mərhələ olan müsahibə mərhələsindən uğurla keçən 30 şagird layihədə iştirak haqqı qazanmışdır.

Bütün şagirdlərə uğurlar arzulayırıq!

14/08/2019

Əziz şagirdlər,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək olan "İstedadlı şagirdlərin Liderlik Akademiyası” layihəsinə qeydiyyat üçün son 1 gün qaldı!

Qeydiyyatdan keçməyən şagirdlər aşağıdakı linkə daxil olaraq layihədə iştirak etmək şansı qazana bilərlər.

Son müraciət tarixi: 15 Avqust 23:59.

Link: https://bit.ly/2KcYOHX

"İstedadlı şagirdlərin Liderlik Akademiyası" layihəsinin açılışı 02/08/2019

2 Avqust 2019-cu ildə Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbdə "İstedadlı şagirdlərin Liderlik Akademiyası" layihəsinin açılış tədbiri baş tutmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra layihə rəhbəri və eyni zamanda Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfiqarov tədbir iştirakçılarını salamlamış və layihə haqqında iştirakçılara ətraflı məlumat verdi.
Ardınca layihənin eksperti Sevinc Ələkbərova layihənin vəzifələri və icra prossesi haqqında məlumat təqdim etdi.
Növbəti olaraq layihənin təlimçisi Səbinə Qədirova layihə iştirakçılarına uğurlar arzulayaraq onlara düşərgə müddətində keçiriləcək təlimlər haqqında ətraflı çıxış etdi.
Daha sonra layihənin eksperti Azər Əliyev seçim mərhələsi və onlayn müraciət formasından istifadə qaydaları haqqında tədbir iştirakçılarını təlimatlandırdı.
İstedadlı şagirdlərin Liderlik Akademiyası layihəsinin açılışı məktəb direktorları, direktor müavinləri və şagirdlər tərəfindən maraqla dinlənildi. Sonda iştirakçılara layihənin məqsəd və vəzifələrini özündə əks etdirən buklet və yazılı müraciət formaları paylanıldı.

01/08/2019

Əziz şagirdlər,

"İstedadlı şagirdlərin Liderlik Akademiyası" layihəsinə qeydiyyat artıq başlandı!

Əgər Siz Göygöl rayonunda fəaliyyət göstərən 50 ümumtəhsil məktəblərinin 9, 10, 11-ci siniflərində oxuyursunuzsa, aşağıda əlavə edilmiş onlayn müraciət linkindən qeydiyyatdan keçərək layihədə iştirak etmək şansı qazana bilərsiniz.

Qeydiyyat linki: https://bit.ly/2KcYOHX

Son müraciət tarixi: 15 Avqust 2019-cu il saat 23:59.

Qeyd: Yalnız onlayn müraciət formasını uğurla keçmiş şagirdlərlə əlaqə saxlanılacaq.

30/07/2019

“İstedadlı şagirdlərin Liderlik Akademiyası” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi çərçivəsində qalib elan edilmişdir.

Layihənin məqsədi Göygöl rayonunda 9, 10 və 11-ci siniflərdə təhsil alan istedadlı şagirdlərin bir araya gəlməsi ilə onların şəxsi bacarıqlarının, liderlik qabiliyyətlərinin, yaradıcılıq qabiliyyətlərinin və potensial imkanlarının inkişaf etdirilməsidir.

Layihə müddətində onlayn və birbaşa sorğu əsasında seçiləcək olan 30 şagirdin 3 gün düşərgədə iştirakı nəzərdə tutulmuşdur.

Düşərgə müddətində şagirdlərə komanda quruculuğu, özünü təqdimetmə bacarıqları, liderlik, tənqidi düşüncənin üstünlükləri mövzularında təlimlərin keçiriləcək.

Layihənin gedişatı və növbəti mərhələləri haqqında məlumat almaq üçün Sosial Media hesablarımızı izləməyə davam edin.

Want your school to be the top-listed School/college?

Website