Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbi

Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbi Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbi

Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil  məktəbində 28 oktyabr 2025 - ci il tarixdə Lənkəran-Astara Regional Tə...
19/11/2025

Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində 28 oktyabr 2025 - ci il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə IV, Vl və lX siniflərdə keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri müzakirə olundu.Qarşıya qoyulmuş hədəflər bir daha pedaqoji heyətin diqqətinə çatdırıldı, lazımi metodiki tövsiyələr verildi.Hər bir şagirdin nəticələrinin valideynlərin iştirakı ilə müzakirə olunması ixtisas müəllimləri və sinif rəhbərlərinə tapşırıldı.

13.10.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində VIII və IX siniflərdə "Reprodukti...
14/11/2025

13.10.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində VIII və IX siniflərdə "Reproduktiv sağlamlıq" mövzusunda növbəti dərs məşğələləri keçirildi.

Mövzular:
VIII sinif " Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır "

IX sinif " Gəncliyin ilk baharı "

VIII sinif 7 qız 3 oğlan
IX sinif 4 qız 6 oğlan

12.11.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində 12 noyabr - Konstitusiya gününə h...
14/11/2025

12.11.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində
12 noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.Məktəb rəhbəri və məktəbin tarix müəllimi Quliyev Babək Ceyhun oğlu tərəfindən tədbir iştirakçılarına bu günün əhəmiyyəti barədə geniş məlumat verildi.

07.11.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr...
12/11/2025

07.11.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Məktəb rəhbəri tərəfindən şəhidlərimizin qanı bahasına əldə olunan Zəfər Günü haqqında geniş məlumat verildi, müstəqilliyimizin rəmzi olan Bayrağımızdan söhbət açıldı.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəngan Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Müşfiq Bağırov da iştirak etdi.O da öz növbəsində tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik etdi.Şəhidlərimizin Zəfərimizin əldə olunmasında göstərdiyi şücaətdən söhbət açdı.

Tədbirdə şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi.

Zəfərin mübarək Azərbaycan !

03.11.2025 - ci  il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində məktəbimizin məzunu,Ləzran kəndi...
12/11/2025

03.11.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində məktəbimizin məzunu,Ləzran kəndinin qəhrəman şəhidi Baş leytenant Kərimov Asif Məmməd oğlunun anım günü ilə bağlı tədbir keçirildi.
Məktəb rəhbəri tərəfindən şəhidimizin şərəfli döyüş yolundan söhbət açıldı,tədbir iştirakçılarına Şuşa fatehinin qəhrəmanlığı barədə geniş məlumat verildi.Şagirdlər şeirlər səsləndirdilər.

Qeyd edək ki, Asif Kərimov 1989-cu il martın 25-də Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ali təhsil alıb. Ailəli idi. Gülay adında bir qızı və Yusif adında bir oğlu yadigar qaldı. Asif Kərimov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Azərbaycan Ordusunun Baş Leytenantı olan Asif Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Kərimov noyabrın 3-də Şuşa döyüşləri şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah şəhidlərimizə rəhmət eləsin !

17.10.2025 - ci  il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində məktəbimizin məzunu, Tahirli kən...
23/10/2025

17.10.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində məktəbimizin məzunu, Tahirli kəndinin qəhrəman şəhidi Quliyev Tərlan Bəxtiyar oğlunun anım günü , eləcə də 18 oktyabr - Müstəqilliyin bərpası günü ilə bağlı tədbir keçirildi.
Məktəb rəhbəri tərəfindən şəhidimizin şərəfli döyüş yolundan söhbət açıldı.Müstəqilliyin önəmi vurğulandı.. Şagirdlər şeirlər səsləndirdilər.

Qeyd edək ki,Tərlan Bəxtiyar oğlu Quliyev 1999-cu il, dekabrın 22-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 2006-2017-ci illərdə Çəngan kənd tam orta ümumtəhsil məktəbində təhsil alıb. 2018-ci il yanvarın 4-də hərbi xidmətə çağırılıb.

Xidmətə Goranboy rayonu N saylı hərbi hissədə başlasa da, andiçmə mərasimindən sonra Ağdamın Baharlı qəsəbəsində davam etdirib. Orada olarkən XTQ kursuna yazılan Tərlan 6 aylıq kurs keçdikdən sonra gizir kimi xidmətə davam edib.

2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Tərlan Füzuli, Murov, Kəlbəcər, Hadrut, Xocavənd istiqamətlərindəki döyüşlərdə igidliyi və qorxmazlığı ilə fərqlənib.

Gənc yaşında ömrünü vətənə xidmətə həsr edən Tərlan Quliyev oktyabrın 17-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu Tahirli kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edillib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah şəhidlərimizə rəhmət eləsin !

16.10.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində VIII və IX siniflərdə "Reprodukti...
23/10/2025

16.10.2025 - ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində VIII və IX siniflərdə "Reproduktiv sağlamlıq" mövzusunda növbəti dərs məşğələləri keçirildi.

Mövzular:
VIII sinif " Mən və mənim əhatəm "

IX sinif " Təhlükəsiz informasiya axtarışında "

VIII sinif 8 qız 2 oğlan
IX sinif 4 qız 5 oğlan

10.10.2025-ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində məktəbimizin şagirdi olmuş , Fərəcu...
14/10/2025

10.10.2025-ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində məktəbimizin şagirdi olmuş , Fərəcullalı kəndinin qəhrəman şəhidi Hüseynov Məhərrəm Ələşrəf oğlunun anım günü qeyd olundu..Tədbir vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlandı..Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi..Məktəb rəhbəri tərəfindən tədbir iştirakçılarına Antiterror əməliyyatı zamanı şəhid olmuş Hüseynov Məhərrəm Ələşrəf oğlunun igidliyi barədə geniş məlumat verildi..
Tədbirdə Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qədir Ağayev də iştirak etdi..O da öz növbəsində şəhidimizin şücaəti barədə söhbət açdı..Şagirdlər şeirlər səsləndirdilər.

Qeyd edək ki,Hüseynov Məhərrəm Ələşrəf oğlu 1983-cü il oktyabr ayının 11-də Cəlilabad rayonu Fərəcullalı kəndində anadan olmuşdur. Məhərrəm Hüseynov orta təhsilini Cəngan kənd tam orta ümumtəhsil məktəbində almışdır.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəm Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Məhərrəm Hüseynov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Harov kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəm Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.

07.10.2025-ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbinə yeni təyin olunan məktəbdənkənar və ...
14/10/2025

07.10.2025-ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbinə yeni təyin olunan məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Qaraşov Aqil Əkbər oğlu kollektivə təqdim edildi.

Aqil müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

01.10.2025 ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində  2025-2026-ci tədris ili üzrə məktə...
04/10/2025

01.10.2025 ci il tarixdə Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində 2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qrupunda məşğələlər başladı.

Məktəbəhazırlıq qrupunda təhsil alacaq uşaqlara uğurlar arzulayırıq!

26.09.2025 ci il tarixdə Cəlilabad rayon Cəngan kənd tam orta ümumtəhsil məktəbində 27 sentyabr Anım gününə həsr olunmuş...
26/09/2025

26.09.2025 ci il tarixdə Cəlilabad rayon Cəngan kənd tam orta ümumtəhsil məktəbində 27 sentyabr
Anım gününə həsr olunmuş tədbir keçirildi.Tədbir vətənimizin azadlığı,suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbir iştirakçılarına məktəb rəhbəri tərəfindən Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Qəhrəmanlarımız haqqında geniş məlumat verildi.
Şagirdlər tərəfindən şeirlər səsləndirildi.

Xatirəniz əbədi, adınız ölməzdir qəhrəman şəhidlər!

Address

Cəlilabad
Cəlilabad
AZ1513

Telephone

+994552022800

Website

Alerts

Be the first to know and let us send you an email when Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cəlilabad rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category