14/05/2026
Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nümunəvi dərs keçirildi.
Dərsin əsas məqsədi şagirdlərə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının dili, mədəniyyəti və birliyi baxımından oynadığı mühüm rolu izah etmək idi.
Dərs zamanı şagirdlər Türkoloji Qurultayın keçirilmə səbəbləri, qurultayda iştirak edən alimlər, müzakirə olunan əsas məsələlər və bu tarixi hadisənin Azərbaycan elmi-mədəni həyatındakı yeri haqqında məlumat verdilər. Dərsdə təqdimatlar, sual-cavab, qrup işi və yaradıcı tapşırıqlardan istifadə olundu.
Şagirdlər “Türk xalqları arasında birlik”, “Türk dillərinin qorunması”, “Mədəni irsin gələcək nəsillərə ötürülməsi” kimi mövzular ətrafında fikirlərini bölüşdülər. Onlar həmçinin müxtəlif türk xalqlarının adından çıxış edərək ortaq dil, tarix və mədəniyyətin əhəmiyyətini vurğuladılar.
Dərs şagirdlərin fəallığı, maraqlı çıxışları və yaradıcı yanaşmaları ilə yadda qaldı. Nümunəvi dərs onların tarixi hadisələrə marağının artırılmasına, milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına və türk dünyası haqqında biliklərinin genişlənməsinə xidmət etdi.