15/09/2026
🔔 MƏKTƏBİMİZDƏ YENİ TƏDRİS İLİNİN İLK ZƏNGİ ÇALINDI! 🎓✨
15 sentyabr 2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində "Bilik Günü" münasibətilə tədbir keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Toğrul Babayev, şəhid ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.
🇦🇿 Tədbir Dövlət Himninin səsləndirilməsi, fəxr və qürur mənbəyimiz olan üçrəngli bayrağın gətirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Aysel Bayramova qonaqları, müəllim və şagird heyətini, eləcə də valideynləri "Bilik Günü" və yeni tədris ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik etdi. O, öz nitqində ötən tədris ilində əldə olunan uğurlardan bəhs edərək yeni dərs ilində də daha böyük hədəflərə doğru əzmlə çalışacaqlarını xüsusi vurğuladı. Direktor ilk dəfə məktəb həyatına qədəm qoyan birincilərə və bütün şagirdlərə təhsillərində uğurlar arzuladı.
Daha sonra çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Toğrul Babayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun yeni tədris ilinin başlanması münasibətilə səmimi təbriklərini məktəb və şagird kollektivinə çatdırdı. O, 2026/2027-ci tədris ilində müəllim və şagirdlərə cansağlığı, tükənməz enerji, əzmkarlıq və böyük nailiyyətlər arzuladı.
Çıxış edən digər qonaqlar da müəllim və şagird kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara yeni-yeni müvəffəqiyyətlər dilədilər.
Tədbirin bədii hissəsində birincilərin böyük həvəslə səsləndirdikləri şeirlər və şagirdlərin maraqlı çıxışları tədbirə xüsusi rəng qatdı. Sonda çalınan ilk zənglə məktəbimizdə yeni dərs ilinə rəsmi olaraq start verildi! 🔔
Bilik Gününüz mübarək, əziz müəllimlər və şagirdlər! Yeni tədris ili uğurlu və nailiyyətlərlə bol olsun!